Icma.az
close
up
RU
Prezidentdən qardaş ölkələrə TARİXİ ÇAĞIRIŞ Türk dövlətlərinin hərbi əməkdaşlıq PERSPEKTİVLƏRİ

Prezidentdən qardaş ölkələrə TARİXİ ÇAĞIRIŞ Türk dövlətlərinin hərbi əməkdaşlıq PERSPEKTİVLƏRİ

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, oktyabrın 6–7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü keçirildi. Görüşdə bir sıra mühüm məsələlər, xüsusilə də regionda sabitlik və təhlükəsizlik mövzuları müzakirə olundu. 
Təsadüfi deyil ki, Zirvə Görüşü məhz “Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunmuşdu.
Həmçinin Azərbaycan  Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı hərbi sahədə mühüm, geosiyasi əhəmiyyətli təkliflə çıxış etdi: 
“Ölkələrimiz arasında hərbi müdafiə və təhlükəsizlik sahələrində  geniş əməkdaşlığı nəzərə alaraq  2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”, - deyə İlham Əliyev çıxışında bildirdi. 
Türk dövlətləri arasında hərbi əməkdaşlıq perspektivləri
Bizim.Media mövzuyla bağlı siyasi şərhçi Əziz Əlibəylinin fikirlərini öyrənib. O vurğuladı ki, Prezidentin açıqlaması bir çağırışdır:
“Azərbaycan Prezidenti tərəfindən bu təklifin ilk dəfə səsləndirilməsi TDT ordusunun yaradılmasına dair konkret iradənin olmasının göstəricisidir.  Bu məsələdə Azərbaycanın, Türkiyənin istəyi var. Orta Asiyadan Özbəkistanın bu məsələdə ciddi addım atdığını görə biləcəyik. Buna Kipr də qoşula bilər. Əgər təməl yaradılsa, digər ölkələrin buna  qoşulması asanlaşacaq”. 
Əziz Əlibəyli vurğulayıb ki, təkcə Azərbaycan və Türkiyənin ordu yaratması dezavantaja çevrilə bilər. 
“Hazırda təkcə Azərbaycan və Türkiyənin TDT kontekstində ordu yaratması avtomatik olaraq bölgədə başqa hərbi blokların yaradılmasına da təkan verə bilər. Yəni bu, bizə də dezavantaj doğura biləcək prosesə çevrilə bilər. Buna görə də cənab Prezident bildirdi ki, bu, TDT-nin hərbi strukturlaşması kimi yaradılsın”.
“Türk dünyası toqquşma zonası deyil”.
“Proses onu göstərir ki, Türk dövlətlərinin hərbi inteqrasiyasının başlaması  vacibdir.Bu ölkələrin təhlükəsizlik aspektindən ciddi şəkildə qayğıları var. Çünki böyük dövlətlərlə qonşudurlar.  Dünyada müxtəlif qlobal maraqlar var. Bu maraqlar hər zaman əməkdaşlığa söykənmir və arxasında ciddi təxribatlar dayana bilir. Türk dünyası iki qütb - Şərq və Qərb arasında toqquşma zonası deyil, bərabər, vahid hərbi güc kimi üzərinə gələn müdaxilələri neytrallaşdıra biləcək gücdədir”,-deyə Əziz Əlibəyli qeyd edib.
Müsahibimiz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla (KTMT)  TDT-yə üzv ölkələr arasında münasibətləri də müqayisə edib:
“KTMT-nin digər üzvləri arasında Türk ölkələrindən fərqli olaraq ciddi razılaşma yoxdur. Ancaq Türk dövlətləri arasında təhlükəsizliyə, sabitliyə, həmçinin etnik bağlara söykənən ortaq tərəflər var. Buna görə də Türk dövlətlərinin güclənməsi regionun geosiyasi təhlükəsizliyinə güc mərkəzi kimi çıxış edərək təsir göstərə bilər. 
 

Həm Azərbaycanın cənubunda toqquşan İran və İsrail, həm də şimalında toqquşan Rusiya-Ukrayna məsələsi Azərbaycanın üzərindən inşa olunan Türk yolunun daha sabit, təhlükəsiz yola çevrilməsini şərtləndirir. Həmçinin bu, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin də təhlükəsiz yaşamasının əsas qarantıdır”.


Əziz Əlibəyli sonda həm Avropa İttifaqına üzv olan Macarıstanın, həm də beynəlxalq münasibətlər sistemində özünü bitərəf mövqeyi ilə tanıdan Türkmənistanın bu qədər aktivləşməsinin təsadüfi olmadığını vurğulayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri