Icma.az
close
up
RU
Prezidentdən SABAH proqramı ilə bağlı Sərəncam

Prezidentdən SABAH proqramı ilə bağlı Sərəncam

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.

News24.az-ın məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.

Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır:

- SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.

- SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

- mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;

- hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see488

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see284

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see280

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see278

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see254

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see249

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see248

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see247

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see239

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see239

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see232

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see222

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see221

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see217

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see212

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see211

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see210

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see209

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see209

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri