Icma.az
close
up
RU
Prezidentimiz həmin ərazilərdə bərpa quruculuq işlərinə birbaşa nəzarət edir POLİTOLOQ ŞƏRH ETDİ

Prezidentimiz həmin ərazilərdə bərpa quruculuq işlərinə birbaşa nəzarət edir POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Əlbəttə, biz daim müşahidə edirik ki, ölkə Prezidenti işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərlər edir. Bu səfərlər özünün sistemliyi ilə diqqəti cəlb edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, hər şeydən öncə, bununla xəbər verir ki, ölkə Prezidenti həmin ərazilərdə bərpa-quruculuq işlərinə birbaşa nəzarət edir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasının qarşısında duran 5 mühüm prioritetdən biri işğaldan azad olunmuş ərazilərdə səmərəli məskunlaşmanın təmin edilməsindən ibarətdir: "Ona görə də Azərbaycan 2030 sosial-iqtisadi inkişafı dair prioritetlərdə yer alan məqamlara uyğun olaraq həmin ərazilərdə çox aktiv şəkildə məskunlaşma həyata keçirilir. Bu zaman təkcə insanların yaşayış yerləri ilə təmin olunması deyil, onların məşğulluğunun təmin edilməsi, bütün zəruri infrastruktur quruculuğunun həyata keçirilməsi kimi kompleks məsələlər nəzərə alınır. Bu baxımdan, ölkə Prezidentinin Ağdama səfəri də çox yadda qalan oldu. Ağdam Muğam Mərkəzinin açılması hesab edirəm ki, Azərbaycan üçün təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyada mühüm mədəni hadisə idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev orada çox mühüm çıxış da etdi və bu çıxışda ötürdüyü mesajlar da hesab edirəm ki, təsirli və yadda qalan oldu. O, Azərbaycan xalqının iradəsindən, gücündən danışdı muğam mərkəzinin açılış tədbirində və bir daha bildirdi ki, Azərbaycan regionda gücdür və Azərbaycan regiondakı proseslərə real təsir etmək iqtidarındadır. Azərbaycanla əməkdaşlıq etmək regionda maraqları olan tərəflərin özləri üçün zəruridir. Yəni, Azərbaycan prezidentinin çıxışlarından belə bir nəticəyə gəlmək mümkündür. Azərbaycan xalqının iradəsi, gücü ilə və Azərbaycan dövlətinin gücü ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Ayrıca olaraq, ölkə Prezidentinin Şuşada olması, orada bərpa-quruculuq işlərini nəzarət etməsi, yerində tanıması həm də çox mühüm bir mesaj ötürməsi ilə yadda qaldı. O, Şuşa ilə Xan kəndi arasında kanal əlaqəsi yaradılacağını və bunun gələcəkdə bu bölgənin turizm potensialının əhəmiyyətli dərəcədə inkişafına xidmət edəcəyini bildirdi.
Bir sözlə, hesab edirəm ki, bu səfər, bundan öncəki səfərlər kimi işğaldan azad etdiyimiz ərazilərdə daha dinamik bərpa-quruculuq işlərinin sürətlənməsinə xidmət edir. Ayrıca olaraq da bildiyimiz kimi, ölkə Prezidentinin addımları beynəlxalq media tərəfindən çox diqqətlə izlənilir. Beynəlxalq ictimaiyyət də görür ki, Azərbaycan öz ərazilərində, tarixi torpaqlarında çox böyük sürətlə, keyfiyyətlə bərpa-quruculuq işlərini həyata keçirməkdədir, məskunlaşmanı təmin etməkdədir. Düşünürəm ki, bunun özü də Azərbaycanın pozitiv obrazını daha da gücləndirməyə xidmət edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri