“Prezidentin açıqlamaları göstərir ki, Azərbaycan xarici siyasətdə çoxtərəfli yanaşmanı davam etdirir” DEPUTAT
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin cari vəziyyəti və gələcək perspektivləri barədə ətraflı açıqlama verib. Dövlət başçısı 2025-ci ili ikitərəfli əlaqələr üçün tarixi və uğurlu il kimi qiymətləndirib.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan-ABŞ münasibətlərində çox intensiv diplomatik hərəkət müşahidə olunur. Dövlət başçısının sözlərinə görə, ikitərəfli əlaqələr “çox praktik və nəticəyə hesablanmış istiqamətdə” inkişaf edir”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib:
“Xüsusilə diqqətəlayiq olan məqam oktyabr ayından bəri həyata keçirilən yüksək səviyyəli təmasların intensivliyidir. Prezidentin açıqlamasına görə, bu müddət ərzində ABŞ-a nazirlərdən, özəl sektor nümayəndələrindən və digər məsul şəxslərdən ibarət dörd rəsmi nümayəndə heyəti göndərilib.
İkitərəfli münasibətlərin gündəliyində bir sıra prioritet məsələlər dayanır. Prezident İlham Əliyevin sözlərinə görə, əsas istiqamətlər üzrə strateji xartiya hazırlanır. Bu sənəd Azərbaycan-ABŞ əməkdaşlığının uzunmüddətli əsaslarını müəyyənləşdirəcək.
Qarşılıqlı sərmayə qoyuluşu və onun təşkili məsələləri də diqqət mərkəzindədir. Müzakirələr iqtisadiyyat, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrini əhatə edir. Bu çoxşaxəli yanaşma ikitərəfli münasibətlərin hərtərəfli xarakter daşıdığını göstərir.
Dövlət başçısı Azərbaycan-ABŞ əməkdaşlığının perspektivlərinə yüksək qiymət verib. “Ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir” – deyə Prezident İlham Əliyev vurğulayıb. Bu ifadə hər iki tərəfin qarşılıqlı maraq və iradə nümayiş etdirdiyini göstərir”.
O qeyd edib ki, 2026-ci ilin başlanğıcı ikitərəfli münasibətlər üçün yeni imkanlar açır.
“Strateji xartiyanın hazırlanması, iqtisadi əməkdaşlığın genişlənməsi və müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşməsi Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu sübut edir.
Prezidentin açıqlamaları göstərir ki, Azərbaycan xarici siyasətdə çoxtərəfli və balanslaşdırılmış yanaşmanı davam etdirir, eyni zamanda ABŞ kimi mühüm beynəlxalq aktorla əməkdaşlığa böyük əhəmiyyət verir”-,deyə deputat fikirlərini yekunlaşdırıb.
Elmar
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















