Icma.az
close
up
RU
Prezidentin Albaniya səfəri Bakının Avropa zəfəri kimi qalacaq

Prezidentin Albaniya səfəri Bakının Avropa zəfəri kimi qalacaq

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Biz bu səfərdə ərazi bütövlüyümüzü öz gücü, daxili imkanları hesabına həll edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi avropalı siyasətçilərin məyusluğunu, peşmanlıqlarını müşahidə etdik. Cənubi Qafqazda Bakının yaratmış olduğu yeni reallıqları qəbul etmək zorunda qalan qoca qitə artıq günü-gündən zəifləyən, böhran içərisində çabalayan Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil. Onlar ölkəmizin geoiqtisadi və geosiyasi əhəmiyyətini dərk edir, strateji nüfuzumuzu qəbul edirlər. Bu mənada cənab Prezidentin Albaniya turnesini zəfərə bərabər səfər adlandırmaq daha uyğun və düzgün olardı”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan lideri Qərbin Cənubi Qafqaz siyasətinin yanlışlığını, bölgədə birtərəfli qaydada Ermənistana verilən dəstəyin səmərəsizliyini və rəsmi Bakı ilə əməkdaşlıq etmədən həm enerji təhlükəsizliyi təminatının, həm də Asiya ilə əlverişli kommunikasiya yaratmağın çətinliyini Avropaya sübut etdi. 2022-ci ildə Praqada keçirilən Avropa Siyasi Birliyinin ilk toplantısında iştirak Azərbaycanın

suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu. Avropa bu ilin əvvəlindən Azərbaycanla münasibətlərdə yaranan anlaşılmazılığı aradan qaldırmaq üçün addımlar atmağa başlamışdı. Yanvar ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng edərək ikitərəfli münasibətlər, o cümlədən, Aİ və Azərbaycan arasında nəqliyyat, Orta dəhliz marşrutu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu müzakirə etdi.

Aprel ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etdi və Prezident İlham Əliyevlə görüşdü. Ardınca Azərbaycan dövlət başçısının Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Bakı-Brüssel münasibətlərdəki buzların əriməsində əhəmiyyətli rol oynadı. Azərbaycan liderinin Tiranada yüksək səviyyədə qarşılanması, ikitərəfli görüşlər və kulislərdə avropalı siyasətçilərin onunla təmasa can atması ölkəmizin və onun rəhbərinə olan münasibətin, marağın göstəricisi idi. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak edirdi. Onlar Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bəyan etdilər, Avropanın enerji ehtiyacının ödənilməsindəki rolumuzu yüksək qiymətləndirdilər. Üstəlik Azərbaycanın Avropa ilə Mərkəzi Asiya regionu arasındakı əlaqələrdə və Orta dəhlizdə oynadığı aparıcı rolun əhəmiyyəti vurğulandı. Görüşdə bərpaolunan enerji imkanları da müzakirə olundu. Qeyri-rəsmi görüşlər zamanı – kulisdə Fransa prezidenti Emanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq onunla yüksək ovqatda söhbət etməsi, müzakirə aparması Parisin yanlış Azərbaycan siyasətinə korrektələr etmək istəyi kimi də qəbul edilə bilər. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, məqsədyönlü xarici siyasətinin nəticəsidir. Milli maraqlarımızı yüksək səviyyədə müdafiə edən dövlət başçısının yüksək siyasi, diplomatik peşəkarlığı sayəsində Qərbin Cənubi Qafqaz siyasəti ciddi şəkildə dəyişdi. Qlobal siyasətin önəmli aktorları olan Fransa, Almaniya kimi ölkələr Avropa İttifaqının əvvəlki rəhbərliyi dövründə buraxılmış səhvləri aradan qaldırmaq istəyirlər”.

M.Vəliyeva onu da bildirdi ki, xarici siyasətində çoxtərəfliliyə üstünlük verən Azərbaycan Avropa qitəsində dialoq və əməkdaşlığa töhfələr verir: “Prezident İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim prioritet olduğunu, enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcudluğunu bildirdi. Enerji sahəsində 10 Avropa ölkəsinin, o cümlədən Aİ-yə üzv 8 dövlətin məhz Azərbaycan qazı ilə təmin olunması ölkəmizin bu sahədəki mövqeyinin gücündən xəbər verir. Prezident İlham Əliyevin Tiranadakı çıxışlarında Orta Dəhliz layihəsinin əhəmiyyətini xüsusi vurğulayırdı. Həmçinin Xəzər dənizi üzərindən Mərkəzi Asiya ölkələrinin yaşıl enerji potensialının Avropaya daşınması layihəsi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli də bir daha gündəmə gətirildi. Bu təşəbbüslər Prezident İlham Əliyevin qlobal ekoloji trendləri nəzərə alan uzaqgörən siyasətinin bariz göstəricisidir. Ölkəmizin qlobal səviyyədə təşəbbüskar mövqeyi yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı dövlətimizin və onun liderinin beynəlxalq müstəvidə yüksələn nüfuzunun göstəricisidir. Azərbaycanın bu cür yüksək səviyyəli beynəlxalq platformalarda fəal iştirakı həm ölkəmizin beynəlxalq statusunu gücləndirir, həm də dövlət başçımızın isə qlobal liderliyini təsdiqləyir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri