Icma.az
close
up
RU
Prezidentin bəyan etdiyi YENİ STRATEJİ PRİORİTET

Prezidentin bəyan etdiyi YENİ STRATEJİ PRİORİTET

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Azay Quliyev

Mili Məclisin deputatı

Bu gün Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı bir yubiley nitqindən daha çox, Azərbaycanın növbəti onillik üçün inkişaf fəlsəfəsini müəyyənləşdirən konseptual proqram idi.

Burada beş əsas istiqaməti xüsusilə qeyd etmək istərdim:

1. Süni intellekt və texnoloji transformasiya

2. Kibertəhlükəsizlik

3. Müdafiə sənayesinin inkişafında dövlət-özəl sektorlarının sinerjisinin yaradılması

4. Azərbaycanlıların tarixi torpaqlarına sülh yolu ilə qayıdışının təmini

5. Azərbaycan dilinin saflığının qorunması.

Cənab Prezidentin vurğuladığı kimi, artıq təbii sərvətlər deyil, intellektual və texnoloji güc ölkələrin inkişafını müəyyən edir: “Təbii sərvətlər tükənən sərvətlərdir, tükənməz sərvət isə intellektual potensialdır, ona sərmayə qoyub inkişaf etdirməliyik”. Azərbaycan bu istiqamətdə artıq rəqəmsallaşma, süni intellektin tətbiqi və “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi”nin institusional çərçivəsi ilə real infrastruktur yaradır. İndi əsas məsələ bu siyasəti tədqiqat–praktika əlaqəsi üzərindən gücləndirməkdir. Prezidentin çağırışı sadə, amma stratejidir: alimlər bu prosesin bir hissəsi olmalı, süni intellekt dövlətin idarəçiliyindən sənayeyə qədər bütün sahələrdə tətbiq edilməlidir.

Prezident İlham Əliyevin çıxışında ən vacib çağırışlardan biri də kibertəhlükəsizlik idi.

Dövlət başçısı açıq şəkildə bildirdi ki, kiberhücumlar artıq yalnız “virtual təhlükə” deyil, birbaşa milli təhlükəsizlik məsələsidir: “Kibertəhlükəsizlik, yəni virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir.” Son illərdə Azərbaycanın dövlət və strateji infrastrukturlarına qarşı kiberhücumların artması bu istiqamətdə sistemli yanaşmanın zəruriliyini göstərib. Prezidentin göstərişi ilə yaradılmış Kibertəhlükəsizlik Mərkəzi və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq proqramları bu sahədə əsas sütun rolunu oynayır.

Prezident İlham Əliyev Azərbaycanın artıq öz hərbi potensialını daxili istehsal hesabına formalaşdırdığını vurğuladı: “Biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün çox ciddi sənaye klasteri yaradılır.” Bu yanaşma Azərbaycanın təhlükəsizlik arxitekturasında yeni mərhələ deməkdir, yəni müdafiə sənayesi yalnız silah istehsalı deyil, həm də texnoloji innovasiya və iqtisadi ixrac mənbəyidir. Özəl sektora lisenziyaların verilməsi, PUA texnologiyalarının istehsalı, yerli komponent bazasının yaradılması, hamısı bu strategiyanın tərkib hissəsidir.

Prezidentin çıxışında diqqəti cəlb edən tezislərdən biri bu idi:“Biz öz tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə.” Bu fikir Azərbaycanın sülh konseptini sadəcə siyasi ritorika deyil, tarixi və hüquqi ədalət əsasında həyata keçirildiyini təsdiq edir. Əgər ötən əsrdə erməni təbliğatı tarixi saxtalaşdırmağa çalışırdısa, bu gün Azərbaycan tərəfinin mövqeyi faktlara, xəritələrə və elmi sübutlara söykənir. AMEA-nın rolu bu məqamda xüsusilə əhəmiyyətlidir, arxivlərin rəqəmsallaşdırılması, toponimlərin bərpası, tarixi xəritələrin elmi dövriyyəyə salınması Azərbaycanın sülh yolunda ən güclü arqumentidir.

Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını milli kimliyin və dövlətçiliyin əsas dayağı kimi təqdim etdi: “Biz dilimizi təmiz saxlamasaq, milli kimliyimiz sarsılar.” Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Azərbaycan dili 50 milyondan çox insanın ana dilidir, lakin onun ədəbi saflığı yalnız dövlətin deyil, ictimaiyyətin, alimlərin, siyasətçilərin, media və mədəniyyət xadimlərinin də məsuliyyətidir. Bu, modernləşmə ilə milli identikliyin paralel inkişafı modelidir.

Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız enerji ölkəsi deyil, intellektual və texnoloji liderliyə yönəlmiş bir dövlətdir. Süni intellekt iqtisadiyyatın, kibertəhlükəsizlik milli müdafiənin, müdafiə sənayesi texnoloji istehsalın, dil isə milli kimliyin dayağına çevrilir. Bütün bu istiqamətlərin ortaq payı isə elmin dövlət siyasətinin mərkəzinə çevrilməsidir.

Cənab Prezident AMEA-dakı proqram xarakterli nitqində Azərbaycanın gələcək gücünü bir anlayışda cəmləşdirdi: “İntellektual Suverenlik”!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Noyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri