Icma.az
close
up
RU
”Prezidentin çağırışları dünya azərbaycanlılarının fəaliyyətinin təşviqinə xidmət edir” DEPUTAT DANIŞDI

”Prezidentin çağırışları dünya azərbaycanlılarının fəaliyyətinin təşviqinə xidmət edir” DEPUTAT DANIŞDI

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

”31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik, həmrəylik və milli bərabərlik ideyalarını özündə ehtiva edən mühüm ictimai-siyasi bayramdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.Onun sözlərinə görə , bu əlamətdar gün Azərbaycan xalqı üçün təkcə bayram xarakteri daşımır, eyni zamanda müstəqillik dövrünün əsas ideoloji sütunlarından biri kimi çıxış edir: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün formalaşma tarixi müstəqilliyimizin ilk illəri ilə sıx bağlıdır. 1990-cı ildə Naxçıvanda bu günün geniş şəkildə qeyd olunması milli birlik ideyasının institusional əsaslarının qoyulmasına təkan vermişdir. 1991-ci ilin dekabr ayında isə Naxçıvan Ali Məclisinin sədri, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu tarix qanunvericilik aktı kimi rəsmiləşdirilmişdir. Ardınca, 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq qanunun qəbul edilməsi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dövlət səviyyəsində təsbit olunmuş və milli tariximizin, xüsusilə müstəqillik tariximizin ən şərəfli günlərindən birinə çevrilmişdir.Bu günün əhəmiyyəti onun qlobal miqyasda yaşayan azərbaycanlıları vahid ideya ətrafında birləşdirməsində özünü göstərir. Hazırda dünyada təxminən 60 milyona yaxın azərbaycanlı yaşayır və onlar yaşadıqları ölkələrdən asılı olmayaraq Azərbaycanın uğurlarına sevinir, üzləşdiyi problemləri isə milli məsuliyyət hissi ilə bölüşürlər. Bu həmrəylik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli kimliyin qorunmasına mühüm töhfə verir.Təsadüfi deyil ki, hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xaricdə yaşayan soydaşlarımıza müraciət edir. Bu müraciətlərdə milli birlik, qarşılıqlı əməkdaşlıq, diaspor fəaliyyətinin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması əsas prioritetlər kimi vurğulanır. Prezidentin çağırışları dünya azərbaycanlılarının koordinasiyalı və məqsədyönlü fəaliyyətinin təşviqinə xidmət edir.Eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hər il bu əlamətdar günlə bağlı bəyanat və müraciətlərin qəbul edilməsi həmrəyliyin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirir. “Birliyimiz bizim gücümüzdür” prinsipinin praktik təzahürü müstəqillik illərində, xüsusilə 44 günlük Vətən müharibəsində, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində, eləcə də Azərbaycanın beynəlxalq uğurlarında aydın şəkildə özünü göstərmişdir.Dünya azərbaycanlılarının Vətənlə sıx bağlılığı onların yaşadıqları ölkələrdə də ictimai-siyasi fəallığını artırır. Soydaşlarımız mütəmadi olaraq bir araya gələrək həm öz icmalarının problemlərini, həm də Azərbaycanla bağlı məsələləri müzakirə edir, ölkəmizin haqlı mövqeyini beynəlxalq aləmdə müdafiə edir və müxtəlif formalarda Azərbaycana dəstək göstərirlər. Bu prosesdə diaspor təşkilatlarının rolu xüsusilə əhəmiyyətlidir.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyə, qarşılıqlı dəstəyə və ümummilli həmrəyliyə çağıran müqəddəs bir bayram olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin güclənməsində və milli maraqların qorunmasında mühüm ideoloji platforma rolunu oynayır”.

Günay Hacıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri