Icma.az
close
up
RU
Deputat: Bu, Prezidentin siyasi diplomatik hərbi fəaliyyətinin nəticəsi idi

Deputat: Bu, Prezidentin siyasi diplomatik hərbi fəaliyyətinin nəticəsi idi

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində imzalanmış 10 noyabr üçtərəfli bəyanatı ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ oldu. 

Bu sənədin icrası çərçivəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu heç bir hərbi toqquşma baş vermədən, atəşkəs pozulmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Şübhəsiz ki, bu hadisə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, diplomatik və hərbi sahələrdə həyata keçirdiyi ardıcıl və düşünülmüş fəaliyyətin bariz nəticəsi idi.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun gücü Ermənistanı ərazilərimizi tərk etməyə vadar etdi:

“1993-cü ildə işğaldan dərhal sonra Ermənistan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başlamışdı. Onlar hesab edirdilər ki, Kəlbəcəri heç zaman tərk etməyəcəklər. 

Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə eyni zamanda BMT Təhlükəsizlik Şurasının 27 ildən çoxdur kağız üzərində qalan 822 saylı qətnaməsini icra etmiş oldu və beynəlxalq hüququn bərqərar olmasına nail oldu”.

Deputat bildirib ki, Kəlbəcər Azərbaycanın ən böyük ərazisi olan rayonudur:

“Kəlbəcər həm də strateji və çətin relyefə malik olan bir rayondur. Orada yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurmuşdu. Onlar 27 il işğalda saxladıqları rayonu tərk edərkən də evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atdılar. 

Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırmışdılar. Bütün bunlar erməni xislətinin təzahürüdür".

S.Salmanova qeyd edib ki, hazırda işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi, Kəlbəcərdə də böyük bərpa-quruculuq işləri aparılır:

“Düşmən orada da daşı daş üstünə qoymamışdı. Azərbaycan dövləti öz vəsaiti hesabına hazırda Kəlbəcəri yenidən qurur, kəndlər, qəsəbələr salır. Əminliklə demək olar ki, yaxın gələcəkdə Kəlbəcər də digər azad edilmiş torpaqlarımız kimi inkişaf etmiş, müasir və dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri