Icma.az
close
up
RU
“Prezidentin ciddi səyləri nəticəsində Rusiya ilə münasibətlərə zərbə vuran qüvvələr neytrallaşdırılır...”

“Prezidentin ciddi səyləri nəticəsində Rusiya ilə münasibətlərə zərbə vuran qüvvələr neytrallaşdırılır...”

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Rusiya Zəngəzur dəhlizinin işləməsinə mane olan İranı lokallaşdırmaq üçün Şimal-Cənub tranzitinin işləməsi məsələsini ortaya atdı və bu ilin yanvarında Rusiya və İranın liderləri bu tranzitin işləməsinə imza atdılar...”

“Aydındır ki, Rusiya və Türkiyənin Zəngəzur dəhlizinin də işləməsinə böyük maraqları var. Bu, tarixi Lenin-Atatürk sazişinin həyata keçirilməsi deməkdir. İndiki dövrdə Azərbaycan bu iki ölkə arasında körpü rolunu oynayır. Şimal-Cənub dəhlizinin işləməsi Zəngəzur yolunun da açılması üçün bir addımdır”.

Siyasi analitik Tahir Cəfərli bu fikirləri Moderator.az əməkdaşının “Rusiya-Azərbaycan strateji müttəfiqlik sazişinin üçüncü ildönümü yaxınlaşır. Amma iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdəki gərginlik davam edir. Sizcə, bundan sonra münasibətlər necə qurulacaq” sualını cavablandırarkən dilə gətirib.

“Əlbəttə, Rusiya-Azərbaycan strateji müttəfiqlik sazişi iki ölkə arasında bağlanılan ciddi sazişlərdən biridir. Azərbaycan buna getməklə regionda qüvvələr balansını saxladı və Cənubi Qafqazda sülhün vacibliyini dünyaya göstərdi. Bu saziş nəticəsində Qarabağda qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyuldu, gələcəkdə yeni müharibə təhlükəsi olmasın deyə, Rusiyanın göstərişi ilə onun Ermənistandakı oyunçuları Sərkisyan və Köçəryanın əliylə bütün ermənilər Qarabağdan Ermənistana köçürüldü. Beləliklə, Qarabağda yeni müharibə təhlükəsinə son qoyuldu. Sonrakı hadisələri də Rusiya və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirmək olar”, -deyə analitik bildirib. 

“Rusiya Zəngəzur dəhlizinin işləməsinə mane olan İranı lokallaşdırmaq üçün Şimal-Cənub tranzitinin işləməsi məsələsini ortaya atdı və bu ilin yanvarında Rusiya və İranın liderləri bu tranzitin işləməsinə imza atdılar. Nəticədə bu, Azərbaycan Rusiya –İran arasında çox ciddi geo-siyasi körpüyə çevrildi və Azərbaycan tərəfi də fevralın əvvəlində həmin sazişi təsdiqlədi. Beləliklə, İran və Azərbaycan arasında olan narazılıqlar aradan götürüldü. Şimal –Cənub dəhlizinə Qazaxıstanın və Çinin də qoşulacağı vacib məsələlərdən biridir.  Aydındır ki, Rusiya və Türkiyənin Zəngəzur dəhlizinin də işləməsinə böyük maraqları var. Bu, tarixi Lenin-Atatürk sazişinin həyata keçirilməsi deməkdir. İndiki dövrdə Azərbaycan bu iki ölkə arasında körpü rolunu oynayır. Şimal-Cənub dəhlizinin işləməsi Zəngəzur yolunun da açılması üçün bir addımdır. Və təbii ki, belə bir şəraitdə Azərbaycan-Rusiya münasibətlərinə zərbə vuran qüvvələr də mövcuddur. Bununla belə, hesab edirəm ki, Azərbaycan Prezidentinin ciddi səyləri nəticəsində bu qüvvələr də neytrallaşdırılır və iki ölkə arasında normal münasibətlər bərpa olunmaqdadır”,- deyə Tahir Cəfərli diqqətə çatdırıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri