Icma.az
close
up
RU
Prezidentin Çinə səfəri tarixi hadisə kimi yaddaşlara həkk olunacaq

Prezidentin Çinə səfəri tarixi hadisə kimi yaddaşlara həkk olunacaq

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Dünyaya gəlişi ilə hər bir şəxs həyatda gələcək proqramları və planları ilə doğulur.
İnsanlar müxtəlif kateqoriyalara ayrılır. Amma yalnız ömrü boyu xarakterindən asılı olaraq neqativ əməlləri ilə həyatını başa vuran, yəni bütün fəaliyyəti ilə təkcə öz həyatını deyil, başqalarının həyatını da məhv edən, çirkin niyyətlərinə digərlərini də şərik edən bir insan tipologiyası var.
Bu “pislik əqrəbləri” insanların beynini zəhərləmə missiyasını üzərinə götürüb, sistematik şəkildə həm şəxsi, həm də ictimai-siyasi həyatda mənfi əməllərindən həzz alırlar.
Bu, pislik xəstəliyidir.
Bu xəstəliyi sağaltmaq çətindir, islah etmək isə demək olar ki, mümkün deyil.
Çünki praktikada bir neçə dəfə islah olunmaq üçün müalicə cəhdləri edilsə də, bu, nəticə verməyib.
Bu gün dünya heç də öz axarı ilə getmir və getməyə də imkan verilmir.
Region olaraq bizə və digər coğrafi məkanlarda normal həyat düzənini pozmaq istəyən qüvvələr — böyük güclər — ümumilikdə dünyada nizam pozğunluğuna nail olublar.
Bu isə, təbii ki, qlobal yanaşmanın yaratdığı və hələlik nizama salınması mümkün olmayan sistemli bir prosesdir.
Belə məqamlarda milli düşüncə sahibləri, milli ideoloji strategiyasını qarşılarına məqsəd qoyaraq həyata keçirənlər, iş prinsiplərində dövlətin mənafeyini gücləndirməyə çalışır, gələcək üçün dayanıqlı və sabit bir məmləkətin, bütöv və qüdrətli bir dövlətin formalaşması, güclənməsi və əbədi olması üçün zəruri siyasi və iqtisadi addımlar atırlar.
Lakin dediyimiz “pislik əqrəbləri” isə dünyanın düşünülmüş xaotik vəziyyətindən istifadə edərək, ölkələrinin yaşadığı çətinliklər fonunda dövlətin maraqlarına zərbə vurmaq üçün əqrəblərin eşələndiyi yerdə eşələnirlər və bununla fəxr edirlər.
Amma layiq olduqları yerdə eşələnənlərin fikri və niyyəti dünyanın, o cümlədən ölkəmizin ağıllı kəsimi üçün artıq bəllidir.
Cəmiyyət özü bu qüsurlu xarakterli insanların daha geniş miqyasda inteqrasiya cəhdlərinin qarşısını alır.
Digər kateqoriyaya aid şəxslər isə liderlik qabiliyyətinə malik olub, yalnız özlərini deyil, ətraflarını, ölkələrini, dövlətlərini və ümumilikdə dünyada yaşayan insanların həyatını düşünərək, dünyanın bu pislik virusundan xilas olunması üçün xarakterlərinə və əqidələrinə uyğun olaraq ləyaqətli addımlar atırlar.
Nə yaxşı ki, doğma diyarımız, şanlı ölkəmiz — qüdrətli Azərbaycan bu gün elə bir liderin rəhbərliyi ilə idarə olunur ki, o, dövlətin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün diplomatik səylər göstərir, xarici siyasəti ilə böyük — hətta çox böyük — strateji addımlar atır.
Cənab Prezidentin Çin Xalq Respublikası­na səfəri də bu siyasətin bariz nümunəsidir.
İki ölkə arasında tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyması, 20-dən çox sənədin imzalanması, hərtərəfli strateji əməkdaşlığın qurulması, viza rejiminin ləğvi, yaşıl enerji sahəsində əməkdaşlıq, Transxəzər dəhlizi, boru kəməri və “Bir Kəmər, Bir Yol” təşəbbüsü kimi layihələrdə iştirak — bütün bunlar dünya siyasi düzənində mühüm yer tutan vacib addımlardır.
Bu addımlar bir daha sübut edir ki, ölkə lideri böyük düşüncə sahibidir və dövlətinin maraqlarını ləyaqətlə təmsil edir.
Lakin ölkədə qarışıqlıq yaratmağa çalışanlar isə bu strateji uğurlar fonunda böyük bir siyasi sillə ilə cavablarını aldılar.
Boş-boş danışmaqla, ölkəsinin maraqlarını satan nanəciblər gördülər ki, iş görmək, ölkəsi üçün qətiyyət göstərmək, dövlətini qorumaq üçün prinsipiallıq ortaya qoymaq — bu, başqa məsələdir.
Dünya ölkələri sırasında ən vacib dövlətlərdən birinə çevrilmək sizin həddinizə deyil!
Siz sadəcə siyasi mənada deyingən qarılar kimi danışmaqla məşğulsunuz.
Vətəni sevənlər, dövlətinə bağlı olanlar isə zatən fəaliyyət meydanındadır və onların fəaliyyəti bizim milli strateji yol xəritəmizi dünyanın siyasi, iqtisadi və hərbi xəritəsində yüksək statusa malik bir məkanda saxlayır.
Yeri gəlmişkən, səfərin görünməyən tərəfləri daha maraqlı və qürurvericidir.
İllər keçəcək, zaman yetişəcək və biz bu səfərin ölkəmizə əhəmiyyətli təsirlərini daha dərindən müzakirə edəcəyik.
Amma düşünün, artıq indidən bu səfərin mahiyyətini siyasi bilikləri və intellektual səviyyəsi ilə dərk edən şəxslərlə bu qiymətləndirmə mütləq baş tutacaq.
Hörmətli Prezidentimizin Çinə səfəri sıradan bir xarici səfər deyil — bu, tarixi bir hadisə kimi yaddaşlara həkk olunacaq.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Aprel 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see252

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see191

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see159

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see135

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see133

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see131

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see129

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri