Icma.az
close
up
RU
Prezidentin çıxışında əsas MESAJLAR

Prezidentin çıxışında əsas MESAJLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı həm tarixi retrospektiv, həm də gələcəyə yönəlik strateji baxış baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının nitqi yalnız elm və təhsil sahəsinin indiki vəziyyətini qiymətləndirməklə məhdudlaşmadı, eyni zamanda, XXI əsrin yeni çağırışları fonunda Azərbaycanın texnoloji və intellektual inkişafının konturlarını müəyyənləşdirdi. 

Prezidentin çıxışının mərkəzində duran əsas ideya ondan ibarət idi ki, bu gün ölkələrin real gücünü müəyyən edən əsas amil artıq təbii resurslar deyil, məhz elmi-texnoloji potensial, intellektual sərvət və rəqəmsal transformasiya səviyyəsidir.

Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan elminin keçdiyi 80 illik yol müstəqilliyimizin, milli identitetimizin və modern dövlətçiliyimizin formalaşmasında mühüm rol oynamışdır. Akademiyanın fəaliyyəti müxtəlif ictimai-siyasi mərhələlərdən keçsə də, dövlətin elmə diqqəti heç vaxt azalmamış, əksinə, müstəqillik dövründə bu diqqət daha da güclənmişdir. Xüsusilə Ulu Öndər Heydər Əliyevin elmə verdiyi strateji dəstək, gənclərin xarici universitetlərə göndərilməsi və elmi-tədqiqat infrastrukturunun yaradılması bu günün intellektual zəminini formalaşdırmışdır. Prezident vurğuladı ki, bu siyasət bu gün də eyni ardıcıllıqla davam etdirilir-Azərbaycanın minlərlə gənci dünyanın aparıcı universitetlərində təhsil alır və vətənə dönərək ölkənin modern inkişafına töhfə verir.

Dövlət başçısının çıxışında mühüm yer tutan əsas istiqamətlərdən biri süni intellekt və rəqəmsallaşma məsələləridir. Prezidentin fikrincə, artıq süni intellekt yalnız texnoloji yenilik deyil, bütövlükdə ölkələrin gələcək inkişaf modelinin ayrılmaz hissəsidir. “On il bundan əvvəl süni intellekt barədə heç kim danışmırdı, bu gün isə o, ölkələrin inkişafının təməl amilinə çevrilib,” – deyə Prezident qeyd etdi. O bildirdi ki, Azərbaycan bu prosesdən kənarda qalmamalıdır və dövlət bu istiqamətdə zəruri addımlar atır. Rəqəmsal transformasiya təkcə informasiya texnologiyaları sahəsində deyil, idarəetmədə, iqtisadiyyatda və sənayedə keyfiyyət dəyişiklikləri yaradır. “
T.Mirkişili qeyd edib ki, cənab Prezidentin vurğuladığı kimi, rəqəmsallaşma tətbiq edilən sahələrdə səmərəlilik və şəffaflıq əmsalı əhəmiyyətli dərəcədə artır və nəticədə daha effektiv idarəetmə və iqtisadi nəticələr əldə olunur. Bu baxımdan “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi”nin yaradılması və bu sahəyə dövlətin strateji yanaşması rəqəmsal dövlət modelinə keçidin göstəricisidir.

Cənab Prezidentin çıxışında texnoloji inkişafın milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və hərbi potensialla birbaşa əlaqəsi xüsusi vurğulandı. O qeyd etdi ki, bu gün dünyada qaydalar dəyişib, beynəlxalq münasibətlərdə güc amili əsas meyara çevrilib. Belə bir şəraitdə texnoloji müstəqillik, kibertəhlükəsizlik və yüksək elmi potensial dövlətlərin mövqeyini müəyyən edən başlıca faktorlardandır. Azərbaycan bu istiqamətdə artıq real addımlar atır: Kibertəhlükəsizlik Mərkəzinin yaradılması, beynəlxalq tərəfdaşlarla birgə proqramların həyata keçirilməsi və özəl sektorun bu sahəyə cəlb olunması ölkəmizin texnoloji təhlükəsizliyinin təminatıdır. Prezidentin sözlərinə görə, kibertəhlükəsizlik artıq “virtual təhlükəsizlik” deyil, milli fiziki təhlükəsizlik məsələsidir. Bu sahədə dövlətlə yanaşı, Azərbaycan alimlərinin də fəal iştirakı vacibdir.

Prezident cənab İlham Əliyev həmçinin qeyd etdi ki, texnoloji inkişafla yanaşı, elm iqtisadiyyatla, sənaye ilə sıx inteqrasiyada olmalıdır. Alimlərin elmi tədqiqatlarının praktik nəticələri iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq edilməli, elmi innovasiyalar real istehsal prosesinə transformasiya edilməlidir. Dövlət başçısı bu baxımdan dövlət qurumlarına birbaşa göstəriş verərək alimlərlə daha sıx əməkdaşlıq etməyin zəruriliyini vurğuladı. “Bu gün bizim elmimizin praktik nəticələri olmalıdır”,-deyə Prezident bildirdi.

Elm yalnız nəzəri səviyyədə deyil, iqtisadi artımın, sənayeləşmənin, xüsusilə də yeni texnologiyaların tətbiqinin hərəkətverici qüvvəsinə çevrilməlidir.

Azərbaycanın elmi inkişaf strategiyası həm də iqtisadi sabitliyə və dayanıqlığa əsaslanır. Prezident qeyd etdi ki, ölkənin valyuta ehtiyatları 80 milyard dolları ötüb, xarici borc ümumi daxili məhsulun cəmi 6 faizini təşkil edir. Bu, Azərbaycanın iqtisadi müstəqilliyinin göstəricisidir və bu maliyyə potensialı texnoloji, elmi və bərpaolunan enerji sahələrinə daha çox investisiya yatırmağa imkan verir. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın qeyri-neft sektoru bu gün iqtisadiyyatın aparıcı təkanverici qüvvəsinə çevrilib və texnoloji innovasiyalar burada da əsas rol oynayır.

Prezidentin çıxışında diqqət çəkən digər mühüm istiqamət süni intellektin və rəqəmsal texnologiyaların hərbi və sənaye sahələrində tətbiqidir. Azərbaycanın artıq pilotsuz uçuş aparatlarını istehsal etməsi və hərbi təyinatlı məhsullar ixrac etməsi bu istiqamətdə atılan strateji addımların nəticəsidir. Dövlət başçısının vurğuladığı kimi, bu, həm təhlükəsizlik, həm də iqtisadi gəlirlilik baxımından böyük əhəmiyyət daşıyır. Hərbi sənayenin inkişafında özəl sektorun iştirakının genişləndirilməsi, yeni sənaye klasterlərinin yaradılması və bu prosesdə alimlərin bilik və bacarıqlarından istifadə olunması elmi potensialın milli təhlükəsizliyə inteqrasiyasını təmin edir.

Prezident İlham Əliyevin çıxışı həmçinin bərpaolunan enerji, geoloji tədqiqatlar, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, intellektual resursların qiymətləndirilməsi və milli dəyərlərin qorunması kimi məsələləri də əhatə etdi. Dövlət başçısı bildirdi ki, tükənməz sərvət təbii ehtiyatlar deyil, intellektual potensialdır. Bu potensialın formalaşması üçün isə dövlətin və alimlərin birgə fəaliyyəti vacibdir. “O sərmayəni dövlət qoymalıdır, amma alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər,” – deyə Prezident vurğuladı.

Elm və intellektual potensialın inkişafı həm də milli kimlik və mədəni dəyərlərin qorunması ilə sıx bağlıdır. Prezident Azərbaycan dilinin saflığının qorunmasını bu istiqamətdə prioritet məsələ kimi dəyərləndirərək bildirdi ki, “təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik- müstəqil Azərbaycan dövləti”.

O, alimləri və ziyalıları ana dilinin qorunması, milli kimliyin möhkəmləndirilməsi istiqamətində daha fəal olmağa çağırdı.

Ümumilikdə Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışı milli elmin yeni mərhələsinin strateji xəritəsini təqdim etdi. Burada əsas ideya aydın idi: elm dövlətin gələcəyinin, milli gücünün və beynəlxalq nüfuzunun əsas dayağıdır. Süni intellekt, rəqəmsallaşma, texnoloji innovasiyalar və intellektual kapitala sərmayə yönəltmək Azərbaycanın gələcək onilliklərdə qlobal rəqabətdə öz mövqeyini möhkəmləndirməsinin təminatıdır. Prezidentin bu çıxışı yalnız bir yubiley nitqi deyil, eyni zamanda, Azərbaycan elminin və texnologiyalarının gələcək istiqamətini müəyyən edən konseptual proqram bəyanatı kimi qiymətləndirilə bilər.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri