Icma.az
close
up
RU
Prezidentin dedikləri yaxın gələcək üçün yol xəritəsidir

Prezidentin dedikləri yaxın gələcək üçün yol xəritəsidir

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“III Şuşa Qlobal Media Forumunda Azərbaycan lideri İlham Əliyevin çıxışı təkcə yerli media deyil, beyəlxalq mətbuat tərəfindən də diqqətlə izlənilir. Forumda iştirak edən prezident Əliyev jurnalistlərin suallarına cavab verdi. Rəqəmsal keçidlər, süni intellektlə bağlı olan forumda cənab prezident bir sıra məsələlərlə bağlı fikirlərini açıqladı. Prezidentin çıxışında iqtisadi, siyasi və ideoloji məsələlər var”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev əlavə edib ki, iqtisadi mövzuda çıxışı zamanı prezident Zəngəzur dəhlizi, Azərbaycanın xarici borcu, ölkəmizin iqtisadi durumu, potensialı, Qarabağ və Zəngəzurda yürütdüyü yaşıl iqtisadiyyatla bağlı, eləcə də əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına dair fikirlər işlədib.
Professorun sözlərinə görə, Azərbaycan prezidenti siyasi blokda da çoxsaylı məsələlərə toxunub. Bu kontekstdə Əbu-Dabi görüşü, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, Azərbaycanın qonşu dövlətlərlə bağlı yürütdüyü sıfır problem, Zəngəzur dəhlizinin siyasi əhəmiyyəti - Azərbaycan vətəndaşlarının öz ölkəsindən öz ölkəsinə getmək prinsipi haqqında danışıb. Dövlət başçısı, eyni zamanda Azərbaycan-ABŞ, Azərbaycan-Çin, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də toxunub.
C. Nuriyev bildirib ki, Azərbaycan lideri ilk dəfə olaraq dünya siyasi arenasında yeni ideya irəli sürüb. Bu ideya təkcə qonşularla sıfır problemi deyil, qonşularımızın qonşuları ilə olan məsələləri də gündəmə gətirib: “Məsələn, Azərbaycanın Özbəkistan və Qırğızıstanla heç dəniz üzərindən də sərhədi yoxdur. Bunlar bizim qonşularımızın qonşularıdır. Bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı ilə bağlı irəli sürüləcək iddiaların qarşısını almaq üçün gündəmə gətirilən məsələdir. Əslində cənab prezident çox uzaqgörən siyasət irəli sürür”.
C. Nuriyevin qənaətincə, Azərbaycan prezidenti İ. Əliyev Cənubi Qafqaz miqyaslı regional siyasətçi sərhədlərini çoxdan aşıb, o, nəinki türk dünyasının, islam aləminin, MDB məkanın, artıq dünya siyasətinin formalaşdırılmasında əsas oyunşulardan birinə çevrilir. “Bu da Azərbaycan üçün qürurverici və şərəf gətirən mühüm hadisədir. Odur ki, prezidentin bu mövzulara toxunması həm siyasi, həm də ideoloji məsələləri özündə əks etdirir. Sözsüz ki, prezident 44 günlük Vətən müharibəsi, xalqımızın vəhdətindən, hərbi qələbəmizin siyasi-ideoloji tərəflərinə də toxundu”,- deyə Nuriyev əlavə edib.
Müsahibimiz hesab edir ki, prezident İlham Əliyevin III Şuşa Qlobal Media Formunda çıxışı zamanı toxunduğu məsələlər Azərbaycanın yaxın dövr üçün həm siyasi, həm də ideoloji sahədə yürüdəcəyi siyasətin yol xəritəsini gündəmə daşıyıb: “Bu, çox uğurlu, arqumentli və əhatəli çıxış oldu. Biz cənab prezidentin irəli sürdüyü bütün fikirləri dəstəkləyirik. Vəhdət Partiyası mərkəzçi siyasi təsisat olaraq cənab prezidentin siyasətini dəstəkləyərək hakimiyyətlə xalq arasında vəhdətin olmasını alqışlayır”.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri