Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Prezidentin geniş müsahibəsi: Sülh, inkişaf və güc balansı

Prezidentin geniş müsahibəsi: Sülh, inkişaf və güc balansı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibə ölkənin son bir ildə keçdiyi yolun, formalaşan yeni siyasi reallıqların və qarşıdakı dövr üçün müəyyən edilən strateji hədəflərin dolğun mənzərəsini ortaya qoydu. Dövlət başçısı müsahibə zamanı 2025-ci ilin yekunlarını dəyərləndirərək vurğuladı ki, ötən il Azərbaycan üçün təkcə təqvim baxımından deyil, tarixi məzmununa görə də xüsusi əhəmiyyət daşıyıb. Ermənistan–Azərbaycan münaqişəsinə siyasi baxımdan son qoyulması, sülh mərhələsinə keçid və bunun yaratdığı yeni imkanlar ölkənin daxili və xarici siyasətində əsas xətti təşkil edib.
Prezident İlham Əliyev qeyd etdi ki, artıq Azərbaycan sülh şəraitində yaşayır və bu reallıq həm siyasi sabitlikdə, həm də iqtisadi göstəricilərdə özünü göstərməyə başlayıb. Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə əsas məqsəd yalnız təhlükəsizliyi qorumaq deyil, eyni zamanda sülhün verdiyi üstünlükləri maksimum dərəcədə reallaşdırmaqdır. Prezident vurğuladı ki, bu mərhələdə dövlət siyasəti inkişaf, əməkdaşlıq və milli maraqların qorunması prinsipləri üzərində qurulub.
Müsahibədə Amerika Birləşmiş Ştatları ilə münasibətlərə xüsusi yer ayrıldı. Prezident İlham Əliyev bildirdi ki, uzun illər Azərbaycan–ABŞ münasibətlərinin inkişafına mane olan 907-ci düzəliş ABŞ Prezidenti Donald Tramp tərəfindən ləğv edilib. Dövlət başçısı bu qərarın iki əsas səbəbini qeyd etdi: birincisi, Ermənistan–Azərbaycan müharibəsinin rəsmi şəkildə başa çatması, ikincisi isə ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəlməsi ilə siyasətdə dəyişikliklərin baş verməsi. Prezidentin sözlərinə görə, bu addım ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub və artıq strateji işçi qrupunun yaradılması, strateji tərəfdaşlıq xartiyası üzərində işlərin başlanması bunun bariz nümunəsidir. İlham Əliyev vurğuladı ki, Azərbaycan bölgədə güclü siyasi, iqtisadi və nəqliyyat potensialına malik ölkədir və bu reallıq ABŞ üçün də strateji əhəmiyyət daşıyır.
Zəngəzur dəhlizi məsələsi də müsahibənin diqqət çəkən mövzularından biri oldu. Prezident İlham Əliyev bu dəhlizin açılmasının artıq beynəlxalq səviyyədə qəbul edildiyini və ABŞ Prezidenti tərəfindən də təsdiqləndiyini bildirdi. Onun sözlərinə görə, bu məsələ həll olunmuş hesab edilməlidir və Azərbaycan vətəndaşlarında dəhlizin açılacağı ilə bağlı heç bir şübhə olmamalıdır. Dövlət başçısı Ermənistanla normallaşma prosesi çərçivəsində əsas məsələlərin razılaşdırıldığını, sülh müqaviləsinin və birgə bəyannamənin imzalanmasının region üçün yeni imkanlar yaradacağını vurğuladı. O qeyd etdi ki, yolların açılması təkcə siyasi deyil, həm də iqtisadi baxımdan hər iki ölkə üçün faydalı olacaq.
Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə münasibətlərin də sürətlə inkişaf etdiyini bildirdi. Onun sözlərinə görə, ötən il Çinə rəsmi səfər zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrdə keyfiyyətcə yeni mərhələ açıb. Prezident qeyd etdi ki, əmtəə dövriyyəsi artıq 4 milyard dolları keçib, Çin şirkətlərinin Azərbaycana marağı və investisiyaları artmaqdadır. Xüsusilə yaşıl energetika, elektrik avtobusları istehsalı, günəş panelləri zavodunun tikintisi kimi sahələrdə əməkdaşlıq genişlənir. İlham Əliyev vurğuladı ki, nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi Şərq–Qərb marşrutunun rolunu daha da artıracaq və bu proses Zəngəzur dəhlizi ilə birbaşa əlaqəli olacaq.
Beynəlxalq inteqrasiya məsələlərinə toxunan Prezident Azərbaycanın diplomatik uğurlarını xüsusi qeyd etdi. D-8 təşkilatına üzv olmaq və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilmək İlham Əliyevin fikrincə, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Dövlət başçısı bildirdi ki, ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiya ilə Qərb arasında etibarlı körpüyə çevirib. Nəqliyyat-logistika mərkəzi kimi Azərbaycanın əhəmiyyəti artmaqdadır və artıq ölkə ərazisindən keçən yüklərin həcmi 100 min konteyneri ötüb. Prezident qeyd etdi ki, bu sahədə infrastrukturun daha da genişləndirilməsi üçün işlər davam edir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutdu. O bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə artıq 70 minə yaxın insan yaşayır və bu rəqəm mərhələli şəkildə artacaq. Prezident qeyd etdi ki, infrastruktur layihələrinə böyük vəsait ayrılıb, enerji sistemləri yenidən qurulur, su təchizatı, yollar və körpülər tikilir. Məqsəd təkcə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək deyil, eyni zamanda bu regionları ölkənin yeni inkişaf mərkəzlərinə çevirməkdir. 
Hərbi sahədə güclənmə və təhlükəsizlik məsələlərinə toxunan Prezident bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan heç vaxt arxayınlaşmayıb. Əksinə, Silahlı Qüvvələrin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. O, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsünü xatırladaraq, bu əməkdaşlığın regional təhlükəsizlik üçün vacib olduğunu vurğuladı. Müdafiə sənayesində yeni mərhələnin başlandığını bildirən Prezident qeyd etdi ki, özəl sektor bu sahəyə cəlb olunub, istehsal genişlənib. Keçən il 1,4 milyard manatlıq hərbi məhsul istehsal edildiyini, ixracın isə qısamüddətli perspektivdə bir milyard dollara çatdırılmasının hədəf olduğunu açıqladı. 
İqtisadi göstəricilərlə bağlı Prezident İlham Əliyev Azərbaycanın tam müstəqil iqtisadi siyasət yürütməsindən danışdı. O, xarici borcun ÜDM-in cəmi 6,3–6,4 faizi səviyyəsində olduğunu, valyuta ehtiyatlarının isə 83–84 milyard dolları keçdiyini açıqladı. Prezident vurğuladı ki, ölkə artıq beynəlxalq maliyyə institutlarından asılı deyil. Sosial sahədə həyata keçirilən islahatlara toxunan İlham Əliyev son yeddi ildə beş sosial islahat paketinin icra edildiyini və bu tədbirlərin 4 milyon insanı əhatə etdiyini bildirdi. O, işsizliyin aşağı səviyyədə olduğunu, lakin özünüməşğulluq proqramları vasitəsilə əlavə imkanların yaradıldığını qeyd etdi.
Yaşıl energetika Prezidentin müsahibəsində strateji istiqamət kimi təqdim olundu. İlham Əliyev Azərbaycanın külək enerjisi potensialının 150 giqavatdan çox olduğunu bildirdi. Qısamüddətli hədəfin 8 giqavat bərpa olunan enerji istehsalı olduğunu deyən Prezident bunun üçün enerji şəbəkələrinin gücləndirildiyini və batareya saxlanc sistemlərinin qurulduğunu açıqladı. Bu addımların həm daxili istehlakda qaza qənaət, həm də ixrac imkanlarının artırılması baxımından mühüm rol oynayacağını vurğuladı.
Azərbaycan dilinin qorunması məsələsi Prezident tərəfindən milli kimliyin əsas sütunlarından biri kimi təqdim edildi. İlham Əliyev bildirdi ki, dil hər bir xalqın varlığının əsas göstəricisidir və Azərbaycan dilinin saf saxlanılması hər bir vətəndaşın borcudur. O, lazımsız xarici sözlərin istifadəsinə qarşı çıxaraq, ana dilinə hörmətin vacibliyini qeyd etdi. Dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını xatırladan Prezident onların da ana dilini mükəmməl bilməsi üçün onlayn məktəblər və digər təşəbbüslərin həyata keçirildiyini bildirdi.
Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin yaradılmasının dövlət siyasətinin daha səmərəli icrasına xidmət etdiyini vurğuladı. O, inkişaf etmiş ölkələrin uğurunun əsasının elm və təhsil olduğunu, yalnız təbii resurslara arxalanmağın kifayət etmədiyini bildirdi. Son 20 ildə 10 yeni ali təhsil müəssisəsinin açıldığını, xarici tərəfdaşlarla birgə layihələrin həyata keçirildiyini qeyd edən Prezident kadr potensialının gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu dedi.
Turizm sahəsində perspektivlərə toxunan İlham Əliyev Azərbaycanın təhlükəsizliyi, coğrafi mövqeyi, zəngin mədəni irsi və qonaqpərvər əhalisinin bu sahə üçün böyük üstünlük olduğunu bildirdi. Prezident turist sayının 5–6 milyona çatdırılmasının real hədəf olduğunu, bunun üçün beynəlxalq tədbirlərin keçirildiyini və infrastrukturun təkmilləşdirildiyini açıqladı. Qarabağ və Zəngəzurun təbii gözəlliklərinin turizm üçün xüsusi potensial daşıdığını vurğuladı.
Kadr siyasəti məsələsinə də toxunan Prezident İlham Əliyev bildirdi ki, əsas məqsəd keyfiyyətli və məsuliyyətli kadrların formalaşdırılmasıdır. Prezident struktur islahatlarının vacib olduğunu, lakin ən əsas amilin vicdanlı və peşəkar kadrlar olduğunu vurğuladı.
Müsahibənin sonunda Prezident İlham Əliyev Azərbaycanın güclü dövlət olduğunu, sülh şəraitində yaşamağın bəhrələrini gördüyünü, lakin hər zaman öz torpağını müdafiə etməyə hazır olduğunu bildirdi. O, xalqın birliyi, güclü iqtisadiyyat və möhkəm hərbi potensial sayəsində Azərbaycanın gələcəyə inamla baxdığını ifadə etdi. Prezidentin müsahibəsi ölkənin daxili və xarici siyasətində formalaşan yeni mərhələnin, strateji baxışın və uzunmüddətli inkişaf kursunun aydın təsviri kimi yadda qaldı.
Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri