Prezidentin köməkçisi Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı məsələyə münasibət bildirib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Bu sual Ermənistan tərəfinə verilməlidir. ABŞ şirkətləri ilə əməkdaşlıq onların öz işidir. Biz isə öz işimizlə məşğul oluruq: nəqliyyat əlaqələrimizi genişləndiririk, qonşularımız olan Gürcüstan, İran və Rusiya ilə təmaslar qururuq”.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.
O bildirib ki, bu cür əlaqələr bütövlükdə regiona fayda verə bilər:
“Əgər Ermənistan buna hazır olacaqsa, biz Transqafqaz nəqliyyat dəhlizini birgə inkişaf etdirmək istərdik”.

Rusiyanın narahatlığı Zəngəzur dəhlizinə nəzarətin Türkiyəyə verilməsi ehtimalıdır AÇIQLAMA
31 İyul 2025 23:36
Prezidentin köməkçisi ABŞ nin Zəngəzur dəhlizi layihəsində iştirakı ilə bağlı şayiələri şərh edib
26 İyul 2025 18:05
Ermənistanda Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətinə verilməsini mümkün hesab edirlər
10 İyul 2025 20:49
Vaşinqton görüşündən gözləntilər nədir? ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
06 Avqust 2025 15:14
Zəngəzur dəhlizinə qarşı ABŞ “sipəri”?
11 Mart 2025 09:59

