Icma.az
close
up
RU
Vaşinqton görüşündən gözləntilər nədir? ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...

Vaşinqton görüşündən gözləntilər nədir? ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də ABŞ-nin prezidenti Donald Trampla Vaşinqtonda görüşünün keçirilməsi planlaşdırılır.

Politoloq İlyas Hüseynov planlaşdırılan tarixi görüş ilə bağlı AZXEBER.COM-a açıqlama verib.

Politoloq hesab edir ki, görüşün keçirilməsi sülh prosesində artıq real mərhələ başlayıb və prosesə ciddi hazırlıq gedir:

"Əvvəllər, bu cür görüşlər barədə yayılan məlumatlar cəmiyyətdə təəccüb doğururdu. Lakin zaman keçdikcə artıq aydın oldu ki, görüşə ciddi hazırlıq gedir. Çünki bu tip görüşlər adətən gizli saxlanılır və son anda ictimailəşdirilir. Əbu-Dabidə keçirilən görüşün cəmi bir neçə saat əvvəl razılaşdırılması və Azərbaycanın bunu təsdiqləməsi həmin dialoqun tarixi əhəmiyyətini göstərir. Bu görüşlər Azərbaycan və Ermənistan arasında sülh prosesində siyasi iradə və qətiyyətin nümayişi kimi qiymətləndirilməlidir. ABŞ-nin Azərbaycan və Ermənistanla ayrı-ayrılıqda siyasi gündəliyi var. Bu səbəbdən əvvəl fərdi görüşlərin keçirilməsi daha məqsədəuyğundur. Daha sonra üçtərəfli formatda görüş isə prosesə əlavə simvolik məna qazandıracaq". 


Onun sözlərinə görə, ABŞ-nin vasitəçiliyi həm regiondakı maraqlarını ifadə edir, həm də təhlükəsizlik zəmanəti baxımından önəm daşıyır:

"Bu görüş eyni zamanda ABŞ-nin regionda öz maraqlarını qorumaq və təhlükəsizlik zəmanəti vermək niyyətini də ortaya qoyur. Xüsusilə, Zəngəzur dəhlizinə nəzarətin təmin olunması ABŞ-nin prioritetlərindən biridir. ABŞ-nin regionda təhlükəsizlik zəmanəti verməsi Zəngəzur dəhlizinin etibarlı, dayanıqlı və sağlam şəkildə fəaliyyət göstərməsinə gətirib çıxara bilər. ABŞ-nin iştirakı ilə əvvəllər də uğurlu layihələr reallaşıb – Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi. Bu layihə Azərbaycanın regional əhəmiyyətini və siyasi nüfuzunu artırmaqla yanaşı, sülhün dayanıqlı olmasına da xidmət edəcək. Vaşinqton görüşündən sonra İran və Rusiyanın da bu prosesə daha aktiv müdaxilə etməsi ehtimalı yüksəkdir. Buna görə də ABŞ bu həssas vəziyyətdən istifadə edərək bölgədəki geosiyasi mövqeyini gücləndirmək istəyir."

İlyas Hüseynov Donald Trampın şəxsi istəklərinə də toxunaraq bildirib ki, prezidentin dünyada sülhə nail olmaq və Nobel Sülh Mükafatına layiq görülmək arzusu bu prosesə əlavə təkan verə bilər:

"Donald Trampın şəxsi maraqlarından biri də dünya üzrə konfliktləri həll etmək və Nobel Sülh Mükafatına layiq görülməkdir. Onun daha öncə bir sıra münaqişələrin həllində birbaşa iştirakı olub. Azərbaycan-Ermənistan məsələsində də onun səyləri yüksək qiymətləndirilməlidir. Əsas məqsəd sülhün bərqərar olması, xalqların birgəyaşayışı, rifahı və dövlətlərin tərəqqisidir. Dünya barış içində yaşamalıdır. Bu isə böyük güclərin qətiyyəti və siyasi iradəsi ilə mümkündür."

Oksana Orucova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri