Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Prezidentin müraciətində bir mühüm xətt aydın görünür RƏYLƏR

Prezidentin müraciətində bir mühüm xətt aydın görünür RƏYLƏR

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları da bu böyük coğrafiyanın gələcək əməkdaşlıq modelində daha fəal rol oynayacaq

 

“Bu forumun Bakıda keçirilməsi həm də bir mesajdır. Türk dünyası öz inkişafında yeni mərhələyə qədəm qoyur. Bu prosesdə vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, həmrəyliyin və birliyin fəal daşıyıcısıdır"

 

Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşıb. Dünən Bakıda - “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış tədbiri keçirilib. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir. Forumda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel iclası keçirilib. Qeyd edək ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır. Noyabrın 25-də Naxçıvan şəhərində Forum işini davam etdirəcək. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək. Xatırladaq ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən - 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətində vurğulanıb ki, Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. Ölkə başçısı qeyd edib ki, ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır: "Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır".

Dövlət başçısı bəyan edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır: "2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər". Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirib ki, TDT çərçivəsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı var. Onun sözlərinə görə, 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmayıb: "Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Sherg.az-a bildirib ki, bu görüş təkcə ümumi müzakirələr xarakteri daşımır. R.İsgəndərlinin sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri konkret işgüzar şəraitdə gələcək praktiki addımların həm müzakirəsi, həm də müəyyən məsələlərə dair razılaşmaların əldə olunması baxımından önəmlidir:

"Belə görüşlər müəyyən qərarlarla yadda qalır. Gələcəkdə media sahəsində əlaqələrin yaradılması, digər kontaktların qurulması, ekspertlərin bu prosesə cəlb olunması barədə razılaşma oldu. Qərara alındı ki, qarşılıqlı səfərlər yenə davam etdirilsin. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri onları maraqlandıran sualları Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevə ünvanladılar. Hikmət müəllim də onları cavablandırdı. Yəni ümumilikdə görüşlərdə atmosfer çox pozitivdir. Vətəndaş cəmiyyətinin nümayəndələri müzakirələrdə ziddiyyətli məqamlardan daha çox gələcək üçün önəm kəsb edən ümumi məqamların müzakirəsinə üstünlük verirlər. Proqramın mədəni tədbirlər hissəsində Ermənistan nümayəndə heyəti İçəri Şəhəri, Nizami küçəsini, Bakı Bulvarını, Ağ Şəhəri və Heydər Əliyev Mərkəzini gəziblər. Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin həyat yolunu əks etdirən xüsusi bölmə ilə yanaşı, daimi və müvəqqəti sərgi kompozisiyalar da var. Ermənistan nümayəndə heyəti onların hər biri ilə tanış oldular".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında deyib ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu təkcə bir tədbir deyil, həm də türk dünyasında ictimai diplomatiyanın daha geniş miqyasda formalaşmasının göstəricisidir. Ekspert bildirib ki, Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə bir mühüm xətt aydın görünür:

"Türk dövlətlərinin güclənən siyasi iradəsi ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da bu böyük coğrafiyanın gələcək əməkdaşlıq modelində daha fəal rol oynayacaq. Son illərdə TDT çərçivəsində artan əlaqələr, media, QHT, humanitar və klimatik istiqamətlərdə keçirilən tədbirlər göstərir ki, region artıq təkcə dövlətlərarası münasibətlərlə kifayətlənmir. Cəmiyyətlərin bir-birinə yaxınlaşması strateji prioritetə çevrilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizinin açılması, 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunacağı faktı, bütün bunlar QHT-lər üçün yeni əməkdaşlıq imkanları yaradır. Ən əsası, türk ölkələrinin ictimai institutlarının beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsi üçün real zəmindir. Bu forumun Bakıda keçirilməsi həm də bir mesajdır. Türk dünyası öz inkişafında yeni mərhələyə qədəm qoyur. Bu prosesdə vətəndaş cəmiyyəti artıq passiv müşahidəçi deyil, həmrəyliyin və birliyin fəal daşıyıcısıdır".

İsmayıl Qocayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri