Icma.az
close
up
RU
Prezidentin müsahibəsi göstərir ki, Azərbaycan güclü, müstəqil və gələcəyə inamla baxan dövlətdir

Prezidentin müsahibəsi göstərir ki, Azərbaycan güclü, müstəqil və gələcəyə inamla baxan dövlətdir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin verdiyi müsahibə ölkəmizdə və regionda baş verən proseslərə aydın baxış ortaya qoyur. Əminliklə demək olar ki, bu müsahibə Azərbaycanın bu gün harada olduğunu və hara doğru getdiyini aydın şəkildə göstərir".

Qaynarinfo xəbər verir ki, bunu Vəhdət Partiyasının şöbə müdiri İlham Şahverdiyev deyib.

Onun fikrincə, prezident həm daxili, həm də xarici siyasətlə bağlı mühüm məsələlərə toxunaraq görülən işlər və qarşıda duran məqsədlər haqqında ətraflı məlumat verib: 

"Qürurverici haldır ki, Prezident İlham Əliyevin apardığı siyasət beynəlxalq aləmdə də müsbət qiymətləndirilir. Bir çox ölkələrin dövlət başçıları və siyasi dairələri Azərbaycanın balanslı və düşünülmüş siyasətini təqdir edirlər. Azərbaycan heç bir tərəfin maraqlarına alət olmadan, yalnız öz milli maraqlarına əsaslanan siyasət yürüdür. Bu yanaşma ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. 

Müsahibədə iqtisadi məsələlərə xüsusi yer ayrılıb. Prezident bildirib ki, Azərbaycanın maliyyə ehtiyatları xarici borcumuzdan dəfələrlə çoxdur. Xarici borcun ÜDM-də payı isə tarixdə ən aşağı səviyyədədir. Bu, ölkəmizin iqtisadi baxımdan tam müstəqil olduğunu göstərir. Dövlət sosial sahəyə, müdafiəyə və Qarabağın bərpasına ayrılan vəsaiti azaltmır. Əksinə, bu sahələr daim diqqət mərkəzində saxlanılır.

Prezident müsahibəsində hərbi məsələlərə də toxunub. O qeyd edib ki, Azərbaycanın müdafiə qabiliyyəti ildən-ilə gücləndirilir, yerli hərbi sənaye inkişaf edir və ordumuz müasir texnika ilə təmin olunur. Bu isə ölkəmizin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına xidmət edir".

"Xarici siyasət sahəsində əsas mövzulardan biri də sülh məsələsi olub. Azərbaycan və Ermənistan arasında ABŞ-da əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Ümumilikdə, Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan güclü, müstəqil və gələcəyə inamla baxan dövlətdir. Aparılan siyasət ölkənin inkişafına, xalqın rifahına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir", deyə İlham Şahverdiyev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri