Icma.az
close
up
RU
Prezidentin müsahibəsi xarici medianın diqqət mərkəzində FOTO

Prezidentin müsahibəsi xarici medianın diqqət mərkəzində FOTO

Icma.az bildirir, Milli.az portalına istinadən.

Prezident İlham Əliyevin dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycan televiziyasına verdiyi müsahibə xarici mətbuatda geniş işıqlandırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fransanın "La Gazette du Caucase" nəşri xüsusilə Azərbaycan dövlət başçısının baş vermiş qəzanın reallıqdan uzaq versiyalarını yaymaq cəhdləri ilə bağlı prinsipial mövqe göstərdiyini qeyd edib.

"Prezident Əliyev təyyarənin quşlarla toqquşması ehtimalını rədd edib, çünki füzelyajın dəlik-deşik olması bu versiyanı şübhə altına alır. Azərbaycan lideri vurğulayıb ki, Rusiyanın rəsmi mənbələri qaz balonunun partlaması versiyasını irəli sürüblər və bu, Əliyevin fikrincə, faciənin əsl səbəblərini gizlətmək cəhdidir. Azərbaycanın Rusiya qarşısında tələbləri sadə və ciddidir: üzr ​​istəmə, günahın etirafı, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminat ödənilməsi", - nəşr qeyd edir.

İsveçrənin Aze.swiss portalı öz növbəsində, hadisədən dərhal sonra Azərbaycanın gördüyü tədbirlərə diqqət çəkir. Nəşr qeyd edir ki, Prezident İlham Əliyev baş vermiş faciəyə operativ reaksiya verib. Materialda faciənin baş vermə şəraitinin müəyyən edilməsi üçün görülən tədbirlər, o cümlədən bir qrup azərbaycanlı həkimlərin Qazaxıstana göndərilməsi və cinayət işinin başlanması barədə ətraflı məlumat verilir. Azərbaycan Prezidentinin təyyarənin kənardan zədələnməsi, eləcə də radioelektron mübarizə vasitələrinin mümkün təsirləri barədə bəyanatına mühim diqqət yetirilir.

Türkiyənin "DHA Press" nəşri isə öz materialında hadisənin araşdırılmasının beynəlxalq aspektlərinə diqqət çəkir. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev xilasetmə əməliyyatlarında göstərdiyi dəstəyə və köməyə görə Qazaxıstana minnətdarlığını bildirib.

"Azərbaycan Prezidenti hava nəqliyyatının təhlükəsizliyinin vacibliyini qeyd edərək bildirib ki, Bakı ilə Rusiyanın bir sıra şəhərləri arasında uçuşların dayandırılmasına şəxsən göstəriş verib", - DHA Press yazır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri