Icma.az
close
up
RU
Prezidentin qərarı: bu şəxslər azadlığa çıxa bilər SİYAHI

Prezidentin qərarı: bu şəxslər azadlığa çıxa bilər SİYAHI

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimiPrezident İlham Əliyev genişmiqyaslı amnistiya təşəbbüsü ilə çıxış edib. Dövlət başçısının Milli Məclisə təqdim etdiyi amnistiya aktı minlərlə məhkumun cəzadan azad olunmasını və ya cəzasının yüngülləşdirilməsini nəzərdə tutur.

Tanınmış şəxslərdən kimlərin azadlığa çıxma şansı var?

Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, onlara amnistiya ilə bağlı çoxlu sayda müraciət daxil olub.

O, monitorinq qrupu olaraq bunu uzun müddətdir gözlədiklərini qeyd edib:

Novella Cəfəroğlu

“Biz siyasi motivlə həbs olunmuş jurnalistlər, bloqerlər, gənc fəallar, partiya üzvləri və digər şəxslərin azad olunmasını gözləyirik. Həmçinin 1-2 illik tutulanların, hətta ömürlük və 20 ildən çox müddətə həbsdə olanların, o cümlədən din xadimlərinin də amnistiyaya daxil edilməsini istəyirik. Ümid edirik ki, cənab Prezidentin bu təşəbbüsü çox ailəyə sevinc gətirəcək!”

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Prezidentin amnistiya aktı qəbul etmək təşəbbüsü humanist addımdır:

“Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, humanizm və mərhəmət prinsipləri ölkə başçısının fəaliyyətinin əsas istiqamətlərindəndir. Amnistiya ilə əfv anlayışını dəqiq ayırmaq vacibdir. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ aktdır, geniş şəxslər dairəsinə şamil edilir və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi aktıdır və konkret şəxslərə münasibətdə tətbiq olunur. Hazırda söhbət amnistiya təşəbbüsündən gedir və Prezidentin bu təşəbbüsünü bir daha alqışlayırıq”.

Əliməmməd Nuriyev

Hüquqşünas qeyd edib ki, amnistiya aktı qəbul edilərsə, aşağıdakı şəxslər cəzadan və cinayət məsuliyyətindən azad edilə bilər:

“Dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak edən şəxslər;

Həmin əməliyyatlarda həlak olmuş və itkin düşmüş şəxslərin yaxın qohumları;

Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkənlər və mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil olmuş şəxslər;

Qadınlar, 60 yaş və daha yuxarı şəxslər, yetkinlik yaşına çatmayan şəxslər və digər humanitar əsaslı kateqoriyalar.

Amnistiya aktına böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də daxil edilə bilər. Bu kateqoriya aid şəxslər ya tam azad edilə, ya cəzanın çəkilməmiş hissəsi azaldıla, ya da cinayət məsuliyyətindən ümumiyyətlə azad edilə bilər. Amnistiya aktı adətən ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə və təkrar ağır zorakılıq cinayətlərinə şamil edilmir. Bu məsələlər aktın yekun mətni və ya təsvirində əks olunacaq”.

Ə.Nuriyevin sözlərinə görə, amnistiya aktı bu dəfə miqyas etibarilə daha böyük olacaq:

“2021-ci ildə Zəfər amnistiyası 17 min 200 şəxsi əhatə etmişdisə, bu aktın 20 mindən çox şəxsə şamil olunacağı ehtimal edilir. Bu təşəbbüs hüquqi dövlətçilik, humanizm, mərhəmət prinsipləri, postmüharibə sosial inteqrasiyası və Konstitusiyanın bütün ərazidə bərqərar olması kontekstində qiymətləndirilir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri