Icma.az
close
up
RU
Prezidentin Serbiya səfəri: Əməkdaşlıq üçün real imkanlar var

Prezidentin Serbiya səfəri: Əməkdaşlıq üçün real imkanlar var

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın daha da möhkəmlənməsi ilə yanaşı, turizm sahəsində əməkdaşlıq üçün də yeni və geniş perspektivlər formalaşdırır. 

Bu səfər çərçivəsində əldə olunan razılaşmalar və səsləndirilən mesajlar göstərir ki, Azərbaycan–Serbiya münasibətləri təkcə siyasi və iqtisadi müstəvidə deyil, humanitar və turizm sahələrində də sürətlə inkişaf edir.

Bu sözləri Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyasının rəhbəri Nizaməddin Hüseynzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada əsaslanan münasibətlər turizm sahəsində davamlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır:

“Serbiya Balkan regionunda turizm potensialı sürətlə artan ölkələrdən biridir və Azərbaycan turistləri üçün cəlbedici istiqamət hesab olunur. Son illər müşahidə olunan dinamika onu deməyə əsas verir ki, iki ölkə arasında turizm axınlarının qarşılıqlı şəkildə artırılması üçün real imkanlar mövcuddur. 

Mədəni irs, sağlamlıq turizmi, dağ-xizək mərkəzləri, termal kurortlar və şəhər turizmi sahəsində Serbiyanın zəngin imkanları Azərbaycan turizm bazarı üçün maraq doğurur. Eyni zamanda, Azərbaycanın müasir turizm infrastrukturu, beynəlxalq standartlara cavab verən otelləri, zəngin mədəni və təbii irsi Serbiya turistləri üçün cəlbedici istiqamət kimi çıxış edir”.

Assosiasiya rəhbəri bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə turizmin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib:

“Bu siyasətin nəticəsi olaraq Azərbaycan regionda turizm mərkəzlərindən birinə çevrilməkdədir. Serbiya ilə viza prosedurlarının sadələşdirilməsi, birbaşa aviareyslərin genişləndirilməsi və turizm sahəsində birgə təşviqat tədbirlərinin həyata keçirilməsi qarşılıqlı turist axınının artmasına ciddi töhfə verə bilər. 

Xüsusilə vurğulamaq lazımdır ki, xalqlarımız arasında mövcud olan səmimi münasibətlər, qonaqpərvərlik ənənələri və mədəni yaxınlıq turizmin inkişafı üçün mühüm sosial baza yaradır. Turizm yalnız iqtisadi sahə deyil, eyni zamanda xalqları bir-birinə yaxınlaşdıran, mədəniyyətlərarası dialoqu gücləndirən mühüm vasitədir”.

N.Hüseynzadə onu da vurğulayıb ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında çıxışı zamanı yaxın vaxtlarda Belqrad və Bakı şəhərləri arasında birbaşa aviareyslərin açılacağını bəyan etməklə, iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin əsasının qoyulduğunu diqqətə çatdırıb:

“Bu müjdə siyasi, iqtisadi və humanitar əməkdaşlıqla yanaşı, xüsusilə turizm sahəsində əlaqələrin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Birbaşa uçuşların bərpası Azərbaycan və Serbiya arasında məsafəni faktiki olaraq daha da yaxınlaşdıracaq, insanlararası təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin sayının artmasına əlverişli şərait yaradacaq. 

Bu addım həm işgüzar dairələr, həm də turistlər üçün yeni imkanlar açmaqla yanaşı, mədəni və humanitar əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəkdir. Xüsusilə qeyd edilməlidir ki, Bakı–Belqrad birbaşa aviareyslərinin açılması turizm sektorunun inkişafına güclü təkan verəcək. 

Bu, turizm operatorlarının yeni marşrutlar formalaşdırmasına, birgə turizm paketlərinin hazırlanmasına, qısa müddətli şəhər turları və mövsümi turizm proqramlarının təşviqinə imkan yaradacaq. Eyni zamanda, hər iki ölkənin milli turizm potensialının beynəlxalq bazarlarda daha effektiv şəkildə tanıdılmasına xidmət edəcək”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Fevral 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri