Icma.az
close
up
RU
Prezidentin təltif etdiyi general Namiq İslamzadə KİMDİR? DOSYE

Prezidentin təltif etdiyi general Namiq İslamzadə KİMDİR? DOSYE

Icma.az, Milli.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Milli.Az xəbər verir ki, təltif edilənlər arasında Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə də var.

O, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

General-leytenant İslamzadə Namiq Sərəfruz oğlu 7 may 1974-cü ildə Bərdə rayonunda anadan olub.

1991-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra 1996-cı ilədək Türkiyə Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib.

2011-2013-cü illər ərzində Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb.

1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.
2019-2024-cü illər ərzində Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25.06.2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 25.06.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı, 02.02.2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)"  Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

23.09.2024-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.

Ailəlidir. Üç övladı var.(modern.az)

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Noyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri