Prezidentin Çinə səfəri dünya nizamının yenidən yaranması dövründə mühüm əhəmiyyət kəsb edir
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
"Azərbaycanın dünya siyasi arenasında uğurları davam edir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri dünya nizamının yenidən yaranması dövründə mühüm əhəmiyyət kəsb edir. Çin lideri Si Tsinpinin də dediyi kimi Azərbaycanla birlikdə dünya nizamının formalaşmasında iştirak edə bilərik. Bu, çox böyük məna daşıyan fikir olmaqla yanaşı, Azərbaycanın geosiyasi nüfuzunun göstəricisi kimi bir çox dairələrə verilən mesajdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, ölkələrin ərazi baxımdan böyüklüyü hələ onun güclü olması anlamına gəlmir:
"Azərbaycanı bu steteotipi sındıran nadir dövlətlərdən biridir. İmzalanmış sənədlərin mahiyyəti də onu göstərir ki, iki ölkə bundan sonra daha böyük əzmlə qarşılıqlı fəaliyyətdə israrlıdırlar və beynəlxalq məsələlərin həllində birlikdə fəaliyyət göstərməkdə qərarlıdırlar".
Azər Qasımov hesab edir ki, Azərbaycan Prezidentinin Çin səfəri ölkəmizin siyasi tarixində yeni dövr açır:
"Azərbaycan artıq tək regional proseslərin yox, beynəlxalq təhlükəsizliyin mahiyyətcə mərkəzi ölkəsinə çevrilir. Bu, özünü ilk növbədə nəqliyyat dəhlizlərinə verdiyi önəmi ilə dünya nizamına gətirdiyi tarazlıq baxımından əhəmiyyət təşkil edir".
Süleyman
Bu mövzuda digər xəbərlər:İlham Əliyevin Çinə səfəri strateji baxımdan mühüm əhəmiyyət kəsb edir
22 Aprel 2025 14:58
Prezidentin Danimarka səfəri strateji əhəmiyyət kəsb edir POLİTOLOQ ŞƏRH ETDİ
03 Oktyabr 2025 11:14
Davos Forumunda Cənab Prezidentin iştirakı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir
24 Yanvar 2025 19:48
“Prezidentin Çinə səfəri mühüm perspektivlər yaradır Deputat
01 Sentyabr 2025 13:52
Vyetnam liderinin səfəri mühüm əhəmiyyət kəsb edir Deputat
10 May 2025 16:35
Baxış sayı:99
Bu xəbər 23 Aprel 2025 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















