Icma.az
close
up
RU
Prezidentin “Üçəm” ailəsinə bağışladığı evlə bağlı qalmaqal “Kristal AA” şirkəti əlavə pul alıb

Prezidentin “Üçəm” ailəsinə bağışladığı evlə bağlı qalmaqal “Kristal AA” şirkəti əlavə pul alıb

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Prezident İlham Əliyevin 2012-ci ildə “Üçəm” uşaqların doğulmasına görə Soltanovlar ailəsinə hədiyyə etdiyi mənzillə əlaqədar qalmaqal yaşanır.

Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D ünvanında yerləşən bu 4 otaqlı mənzil uzun müddətdir ki, məhkəmələrdə mübahisə predmetidir.

Gununsesi.info xəbər verir ki, mənzil “Kristal-AA” şirkətinin inşa etdiyi binalarda yerləşir. Məlum olub ki, tikinti şirkəti prezidentin hədiyyə etdiyi mənzilə görə ailədən əlavə pul alıb. Şirkət iddia edib ki, mənzilin sahəsi 3,5 kvadrat çoxdur.
Ailədən əlavə pul alındığını “Kristal-AA” şirkəti də etiraf edir. Bu barədə tikinti şirkətinin məktubu var:
“Biləcəri qəsəbəsində “Kristal-AA” MTK-ya məxsus yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m. 4 otaqlı, 8 saylı mənzil sərəncam əsasında verilmiş, Rauf Soltanov 2014-cü ildə mənzil üçün (3,5 kvadrat metr) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin sahəsi 172,52 kvadrat metrdir”.
Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışda mənzilin sahəsi 150,7 kvadrat metr göstərilib.
Şirkət iddia edir ki, evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür və həmin dövrdə mənzillərin satış qiyməti 1 kvadrat metr üçün 900 manat olub.
Doğulan “Üçəm”lərlə birlikdə ailənin 4 övladı olub. Lakin 2014-cü ildə uşaqların valideynləri – Rauf Soltanov və Günel Nəbiyeva boşanmaq qərarı verib.
Cütlük arasında nikahın pozulmasından sonra məhkəmə prezidentin onlara bağışladığı evlə bağlı da qərar verib. 2016-cı ildə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, mənzilin 3/2 hissəsi anaya, 3/1 hissəsi isə ataya verilib. Bundan sonra məhkəmənin müəyyənləşdirdiyi qaydada hər ikisinin paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb.
Sonradan cütlük barışıb, bir neçə il birlikdə yaşasa da, 2022-ci ildə yenidən ayrılıb. Bundan sonra Rauf Soltanov keçmiş həyat yoldaşına təklif edib ki, ya mənzildə onun payına görə kompensasiya ödəsin, yaxud da evi satıb, pulunu paylarına uyğun bölsünlər. Tərəflər öz aralarında razılığa gələ bilmədiyindən bu məsələ də məhkəmə müstəvisinə çıxıb və qərar verilib ki, prezidentin hədiyyə etdiyi mənzil hərraca çıxarılıb satılsın.
Daha sonra həmin mənzillə bağlı daha bir məhkəmə çəkişməsi başlayıb. Bu dəfə Günel Nəbiyevanın anası məhkəmədə 90000 manatlıq iddia qaldırıb. Prezidentin hədiyyə etdiyi mənzilin onun hesabına təmir olunduğunu və 90000 manat xərc çəkdiyini deyən iddiaçı bu məbləği keçmiş kürəkənindən və qızından tələb edib. Daha dəqiqi, əvvəl iddianı yalnız Rauf Soltanova qarşı qaldırıb. Lakin iddia qəbul olunmayıb. Daha sonra qızına və keçmiş kürəkəninə qarşı qaldırıb. O bildirib ki, başqa bir evini satıb, bankdan kredit götürüb, qızılını lombarda qoyub və özünün topladığı pulu da əlavə edərək, həmin evi nəvələri üçün təmir elətdirib. İndi isə mənzil bölündüyünə görə o, öz pulunu tələb edir.
Binəqədi Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib – 54386 manat pulun Rauf Soltanov və Günel Nəbiyevadan tutulub, ona ödənilməsinə qərar verilib.
Rauf Soltanov bu qərardan yuxarı instansiyaya şikayət verib. O bildirib ki, keçmiş qayınanası yalan danışır və məqsəd mənzilin satılıb, payların bölünməsinə əngəl olmaqdır. Onun sözlərinə görə, keçmiş qayınanası öz qızı ilə bu məsələdə əlbirdir və iddia əslində, ona qarşı yönəlib. Formal olaraq, qızını da cavabdeh kimi göstərib.
İddiaçı da 54386 manatlıq nəticədən yuxarı instansiyaya şikayət verib. O, 90000 manatlıq iddianın tam təmin olunmasını istəyib. Lakin apellyasiya məhkəməsi onun yox, keçmiş kürəkəninin şikayətini təmin edib. Qərar verilib ki, onun iddiası Rauf Soltanova münasibətdə ümumiyyətlə, təmin olunmasın. Qızına aid hissəyə gəlincə, apellyasiya məhkəməsi buna münasibət bildirməyib. Çünki Günel Nəbiyeva özünə aid hissədə qərardan şikayətçi olmayıb.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri