Icma.az
close
up
RU
Prezidentin xəbərdarlığı: Türk dünyasının imtahanı

Prezidentin xəbərdarlığı: Türk dünyasının imtahanı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Müasir beynəlxalq münasibətlər sistemi köklü transformasiya mərhələsindən keçir. Klassik beynəlxalq hüquq normalarının selektiv şəkildə tətbiq olunduğu, güc balansının hüququ üstələdiyi bir şəraitdə dövlətlərin təhlükəsizlik arxitekturası yenidən formalaşır. Yeni dünya düzəninin qurulması fonunda baş verən gərgin və mürəkkəb geosiyasi mübarizə onu göstərir ki, bu prosesdə yalnız güclü dövlətlər öz mövcudluğunu qoruyub saxlamaqla yanaşı, yeni sistemdə layiqli yer tuta bilirlər”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat  bildirib ki,  son illərin qlobal prosesləri açıq şəkildə sübut edir ki, beynəlxalq hüquq anlayışı faktiki olaraq funksionallığını  demək olar tamamilə itirib: “Dövlətlərin ərazi bütövlüyünün pozulması, suverenliyə müdaxilələr, müharibələr və sanksiya siyasəti beynəlxalq hüququn deyil, gücün diktəsi ilə müəyyən olunur. Bu reallıqda “haqqın gücü” yox, “gücün haqqı” işləyir.

Məhz bu kontekstdə Prezident İlham Əliyevin səsləndirdiyi “kim güclüdürsə, o da haqlıdır” tezisi müasir dünya siyasətinin acı, lakin real təsviridir. Həftəlik formatda müxtəlif regionlarda baş verən münaqişələr bu yanaşmanın praktik təsdiqidir”.

Deputat hesab edir ki, yeni dövrdə dövlətin gücü yalnız iqtisadi göstəricilərlə ölçülmür: “Güclü iqtisadiyyat mütləq şəkildə güclü və çevik ordu modeli ilə tamamlanmalıdır. Əks halda iqtisadi potensialın qorunması və milli maraqların müdafiəsi mümkün olmur.

Azərbaycan bu modelin uğurlu nümunəsini ortaya qoyub. 2020-ci il və 2023-cü ildə əldə edilən hərbi-siyasi nəticələr sübut etdi ki, məqsədyönlü ordu quruculuğu, texnoloji üstünlük və siyasi iradə dövlətin taleyini müəyyən edən əsas faktorlardır. Eyni yanaşma qardaş Türkiyənin də son onilliklərdə apardığı müdafiə strategiyasında aydın görünür.

Bu baxımdan da Türk Dövlətləri Təşkilatı (TDT) artıq təkcə mədəni və tarixi birlik platforması deyil. Energetika, nəqliyyat, ticarət, investisiya və humanitar sahələrdə formalaşan əməkdaşlıq təşkilatı real geosiyasi aktora çevirib. Lakin qlobal təhlükəsizlik mühitində bu əməkdaşlığın hərbi komponentlə tamamlanması obyektiv zərurətə çevrilib.

Prezident İlham Əliyevin TDT Zirvə görüşlərində mütəmadi olaraq birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı təklifləri təsadüfi deyil. Bu təşəbbüs hansısa hərbi blokun yaradılması məqsədi daşımır. Söhbət üzv dövlətlərin təhlükəsizlik qabiliyyətinin artırılmasından, qarşılıqlı etimadın möhkəmləndirilməsindən və potensial təhdidlərə kollektiv reaksiyanın formalaşdırılmasından gedir.

Birgə hərbi təlimlər bir neçə mühüm funksiyanı yerinə yetirir:
-Praktiki fayda: Ordular arasında koordinasiya, interoperabellik və təcrübə mübadiləsi artır.
-Psixoloji və siyasi mesaj: Xarici aktorlara Türk dünyasının təhlükəsizlik məsələlərində həmrəy olduğu mesajı verilir.
-Daxili sabitlik: Üzv dövlətlər öz cəmiyyətlərinə təhlükəsizliyin kollektiv şəkildə qorunduğunu nümayiş etdirir.
-Çəkindirilik faktoru: Potensial təhdidlərin qarşısını almaqda preventiv rol oynayır.
Bu təlimlərin Azərbaycanda keçirilməsi təklifi isə həm rəmzi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müasir müharibə təcrübəsinə malik ölkə kimi bu prosesə real töhfə verə biləcək potensiala sahibdir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də gücün məsuliyyətlə istifadəsidir. “Azərbaycan hərbi üstünlüyə malik olduğu halda mülki əhaliyə və şəhərlərə qarşı dağıdıcı addımlar atmadı. Bu, gücün yalnız təzyiq vasitəsi deyil, eyni zamanda sülhü dayandırmaq və ədaləti bərpa etmək aləti olduğunu göstərdi.

Bu yanaşma Türk dünyasının gələcək təhlükəsizlik fəlsəfəsi üçün də nümunə ola bilər: güclü olmaq, lakin bu gücü beynəlxalq məsuliyyət və siyasi müdrikliklə tətbiq etmək”, -o vurğulayıb.
Onun fikrincə, Türk dünyası üçün tarixi fürsətlər yaranıb və bundan maksimum faydalanmalıdır. “Mövcud qlobal proseslər Türk dünyası üçün həm risklər, həm də tarixi fürsətlər yaradır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə formalaşan sıx əməkdaşlıq hərbi əməkdaşlıqla tamamlanarsa, TDT beynəlxalq münasibətlər sistemində real güc mərkəzinə çevrilə bilər.
Bir sözlə, güclü olarsaq səsimiz eşidilər, hesablaşarlar. Əks halda isə yeni dünya düzənində kənar müşahidəçi mövqeyində qalmaq riski yaranar. Birgə hərbi təlimlər və təhlükəsizlik əməkdaşlığı Türk dünyasının varlığını, suverenliyini və gələcək inkişafını təmin edən əsas sütunlardan birinə çevrilə bilər”, - o qeyd edib.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri