Icma.az
close
up
RU
Prezidentin Xocalı səfəri: Ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti mesajı

Prezidentin Xocalı səfəri: Ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti mesajı

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

2020-ci ildə həyata keçirtdiyimiz 44 günlük şanlı müharibə və böyük Zəfərdən sonra Azərbaycan dövlətinin prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması, bu torpaqların əzəli sakinlərinin geri qaytarılması - Böyük Qayıdış oldu. Ötən gün, 2025-ci ilin 15 sentyabrında ölkə Prezidenti cənab İlham Əliyevin bölgəyə növbəti səfəri də həmin strategiyanın bir hissəsidir.

Prezident İlham Əliyev səfər çərçivəsində Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərində oldu.

Badara kəndi Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə keçib. Burada elektrik və qaz xətləri bərpa edilub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, rabitə xətləri üçün dirəklər qoyulub, kabel çəkilişi işləri davam etdirilir. Badarada park və bayraq meydanı salınıb, yollar asfaltlanıb.

Kəndin ümumi fərdi ev sayı 313-dür. Onlardan 55-i yararsız, 258-i qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Bu ilin sonuna qədər 115 evin, gələn il isə 128 evin bərpası planlaşdırılır. Kəndə artıq 14 ailə (55 nəfər) qayıdıb.

Xocalının Daşbulaq, Seyidbəyli, Şuşakənd kəndlərində də elektrik, qaz, rabitə, su, içməli su şəbəkələrinin təmiri və ya yenidənqurulması işləri aparılır.

Şuşakənd kəndində də elektrik xətləri, su anbarları, subartezian quyusu, transformator, sayğaclaşma, içməli su şəbəkəsinin təmiri, yolların asfaltlanması kimi sahələrdə müxtəlif həcmli işlər görülüb.

Prezident İlham Əliyev kəndlərə köç etmiş ailələrlə görüşdü, onların problemlərini dinlədi, yaşayış şəraitləri ilə maraqlandı.

Dövlət başçısının növbəti hər səfəri sakinlər arasında gələcəyə olan inam və etibar hissini daha da gücləndirir. Dövlətin bölgəyə ən yüksək səviyyədə diqqət göstərməsi, insanların öz doğma yurdlarına geri dönməsi üçün münbit şəraitin yaradılması bu inam və etibarın təməlini təşkil edir.

Prezident İlham Əliyevin 15 sentyabr 2025-ci il tarixli Xocalı səfəri bölgədə gedən bərpa-yenidənqurma işlərinin aktiv mərhələsində olduğunu göstərdi. Bu səfər, dövlətin uzun müddətli planlarının icrasının davam etdiyini və bölgə sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində real addımlar atıldığını bir daha nümayiş etdirdi.

Badara, Daşbulaq, Şuşakənd kəndlərində görülən işlər eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin mesajıdır.

Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see278

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see245

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see215

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see214

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see210

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see208

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see188

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see188

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see172

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see167

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see167

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see163

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see156

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see156

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see155

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri