Icma.az
close
up
RU
Prezidentin yeni təyinatları dəyişən zamanın yeni idarəçilik ruhuna çağırışdır

Prezidentin yeni təyinatları dəyişən zamanın yeni idarəçilik ruhuna çağırışdır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin bölgələr üzrə yeni icra başçılarını qəbul etməsi və onlara verdiyi tapşırıqlar bir daha göstərdi ki, müasir dövlət idarəçiliyində əsas prinsip xalqa xidmətin keyfiyyəti və məsuliyyətidir. Bu görüş təkcə kadr dəyişikliyi deyil, həm də dövlətin regional siyasətində yeni mərhələnin başlanğıcıdır. Cənab Prezidentin fikirləri, sadəcə inzibati göstərişlər deyil, həm də bir idarəçilik fəlsəfəsidir. “Xalq üçün işləmək dövlət məmurunun borcudur” – bu, cənab İlham Əliyevin rəhbərlik üslubunun əsas məğzidir. Yeni təyinatlar məhz bu fəlsəfəni reallığa çevirmək üçün formalaşmış güc komandasıdır. İdarəçiliyin mənəvi ölçüsü:isə xalqa yaxın olmaqdır. Cənab Prezidentin son çıxışında diqqət çəkən əsas məqam, icra hakimiyyəti başçılarının “özünü xalqdan üstün saymaması” barədə xəbərdarlığı oldu. Bu mesajın arxasında dərin bir dövlətçilik baxışı dayanır: “İcra başçıları xalqın nümayəndələridir, onlar insanlarla ünsiyyətdə olmalı, onların qayğılarını dinləməli, problemlərinə çevik reaksiya verməlidirlər.” Bu, müasir dövrdə idarəçiliyin yalnız inzibati səlahiyyətlərlə deyil, mənəvi məsuliyyətlə ölçülməsi deməkdir. Xalqın inamı və etimadı olmadan heç bir icra strukturu səmərəli ola bilməz.

Yeni təyinatlar həm də yeni düşüncə və yeni məsuliyyət deməkdir. Son illərdə cənab Prezident İlham Əliyev ölkənin bütün bölgələrində sosial infrastrukturun, iqtisadi inkişaf layihələrinin və yenidənqurma proseslərinin genişlənməsini təmin edib. Lakin bu prosesin davamlılığı üçün yerli icra orqanlarında effektiv idarəetmə və şəffaflıq həyati əhəmiyyət kəsb edir. Yeni təyinatlar da bu məqsədə xidmət edir – bölgələrdə yeni nəfəs, yeni düşüncə, yeni davranış modeli formalaşdırmaq. İcra başçılarından tələb olunan artıq sadəcə göstərişləri icra etmək deyil, prosesləri idarə etmək, təşəbbüslər irəli sürmək və yerli potensialı dövlət siyasətinin əsas xəttinə çevirməkdir. Dövlət siyasətində insan amili isə əsas şərtdir. Cənab Prezidentin çıxışında səslənən “insanların həyatına toxunan hər bir məsələ diqqət mərkəzində olmalıdır” fikri dövlətin sosial yönümlü siyasətinin mahiyyətini əks etdirir. Əslində bu, müasir Azərbaycan modelinin mühüm sütunlarından biridir: iqtisadi gücün mərkəzində insan rifahı dayanır. Bu baxımdan yeni icra başçıları qarşısında ikiqat məsuliyyət var: həm dövlətin inkişaf strategiyasını yerli səviyyədə həyata keçirmək, həm də insanlarla ünsiyyətdə ədaləti, sadəliyi və etibarı qorumaq. Artıq illərdir ki, cənab Prezident İlham Əliyev dövlət idarəçiliyində hesabatlılıq, şəffaflıq, məsuliyyət və xidmət mədəniyyəti prinsiplərini möhkəmləndirir. Bu, idarəçiliyin yeni modelidir – formal inzibatçılıqdan uzaq, vətəndaşa söykənən, nəticəyə hesablanmış sistem. “Məmurlar xalqın xidmətçiləridir, hər bir qərar xalqın maraqlarına xidmət etməlidir.” Bu ideya sadəcə şüar deyil, cənab Prezidentin bütün kadr siyasətinin əsas istiqamətidir.

Yeni təyinatlar Azərbaycanın bölgələrində dəyişimin yeni mərhələsinə start verir. Bu dəyişimin əsasında təkcə kadr yenilənməsi yox, düşüncə transformasiyası dayanır. Xalqla dövlət arasında məsafə yox, birliyə və etimada əsaslanan münasibət formalaşdırılır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hər yeni təyinat, əslində, müasir idarəçiliyin keyfiyyət mərhələsinə keçidin təzahürüdür. Və bu mərhələdə hər bir məmur üçün əsas vəzifə – dövlətin siyasətini sadəcə icra etmək deyil, onu xalqa yaxınlaşdırmaq, vətəndaşın gündəlik həyatına çevirməkdir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri