Icma.az
close
up
RU
Fuad Abbasov: Prezidentin çıxışı NATO və Rusiya arasında qarşıdurmanın olmamasına çağırışdır

Fuad Abbasov: Prezidentin çıxışı NATO və Rusiya arasında qarşıdurmanın olmamasına çağırışdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. O söyləyib ki, birincisi, ona görə ki, hamı bunun bütün dünya, bütün ölkələr və əlbəttə, regionla həmsərhəd olan ölkələr üçün fəlakətli nəticələrini dərk edir. İkincisi, mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin. 



Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, bu gün dünyada Çinin mövqeyi güclənməkdədir:


“Soyuq savaş dönəmində olduğu kimi Amerikanın qarşısında təkcə  Sovet İttifaqı davamçısı olan Rusiya deyil, eyni zamanda Çin dayanır. Çünki Çinin hərbi, siyasi, iqtisadi qüvvəsi Rusiya və Amerikaya meydan oxumağa imkan yaradır. Belə olan halda Amerikanın Rusiyaya qarşı hansısa fəaliyyət aparması qeyri-məntiqlidir. Co Bayden dönəmində fərqli Amerika gördük. Ukrayna müharibəsinin fərqli boyutlara çatmasında Baydenin rolu danılmazdır. Hətta prezidentliyinin son dönəmində Ukraynaya raketlərlə Rusiyanın dərinliklərini zərbələr endirməyə icazə verdi. Amma Donald Tramp hakimiyyətə gəldikdən sonra NATO-nun əvvəlki kimi Ukraynanı dəstəkləyəcəyinə inanmıram. Çünki Donald Tramp keçmiş prezidentlik dönəmində də NATO-ya münasibətini bildirərək söyləmişdi ki, NATO üzvü olan hər bir ölkə özünün hərbi büdcəsini ayırmalı və Amerikaya ümid etməməlidir. NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama vermişdi ki, Tramp Ukraynanı Rusiyaya təhvil verərsə, Amerikanı alyansdan çıxaracam. Amma Stoltenberqin belə bir səlahiyyətinin olmasını düşünmürəm”.


Ekspert qeyd edib ki, həqiqətən də bu gün Ukrayna savaşından sonra dünya iki qütbə ayrılıb:

“Bunlardan biri Rusiyanın, digəri isə Ukraynanın tərəfdarlarıdır. Azərbaycan isə öz neytral mövqeyimizi saxlayırıq. Lakin bütün dünya Azərbaycanı Rusiya tərəfdarı kimi görməkdədir. Bu halda NATO və Rusiya qarşıdurmasında NATO Azərbaycanın başlıca rəqibi Ermənistana deyil, Azərbaycana qarşı müəyyən addımlar atacaq. Eləcə də, Rusiya NATO üzvü olmağa çalışan Nikol Paşinyan hakimiyyətinə qarşı heç bir mövqe sərgiləməyəcək. İlham Əliyevin açıqlamasında qeyd olunduğu kimi Azərbaycan bütün problemlərin sülh yoluyla həllinin tərəfdarıdır. İlham Əliyevin çıxışı NATO və Rusiya arasında qarşıdurma olmamasına çağırışdır və buna ümid bəsləməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri