Prezidentlərin iştirakı ilə İğdır Naxçıvan qaz boru kəmərinin açılışı olacaq A. Bayraktar
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İğdır-Naxçıvan qaz boru kəməri bu həftə istifadəyə verilə bilər.
Yeniavaz.com “A Haber” portalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Boru kəmərinin tamamlandığını bildirən Alparslan Bayraktar, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasiminin keçiriləcəyini deyib:
"Biz Naxçıvana təbii qaz ixracına başlayırıq. İğdır-Naxçıvan kəmərinin tikintisi başa çatıb. İnşallah, möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mərasim keçiriləcək. Bu həftə Türkiyə ilə yeni bir əlaqə olan bu təbii qaz boru xəttini istifadəyə verəcəyik. Naxçıvanın qaza olan tələbatı artıq Türkiyə vasitəsilə ödəniləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 02 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















