Icma.az
close
up
RU
Primakovun Baku TV yə qarşı təhdidlərinin arxasında nə dayanır?

Primakovun Baku TV yə qarşı təhdidlərinin arxasında nə dayanır?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu yaxınlarda Baku TV televziya kanalı "Rossotrudniçestvo"nun Azərbaycanda təmsilçiliyi adı altında fəaliyyət göstərən "Bakıda Rus Evi"nin divarları arasında Rusiya xüsusi xidmət orqanları tərəfindən təxribat işlərinin aparıldığına dair süjet hazırlayıb.

Əslində, burada, dayanıb düşünmək olar. Niyə özünü bu qədər ciddi media resursu kimi tanıdan kanal belə səs-küylü bəyanatı bu qədər əminliklə təqdim edir? Bunun hayp, reytinq üçün olmadığı dəqiqdir, Baku TV-nin buna ehtiyacı yoxdur. Deməli, jurnalistlər təxirə salmadan xəbər verməli olduqları bir məlumat əldə ediblər. Özü də həm izləyicilərə, həm də çox güman ki, ittiham olunan tərəfə. Lakin sözügedən material Rusiyanın MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik - daha çox "Rossotrudniçestvo" kimi tanınan qurumun rəhbəri Yevgeni Primakovun çox emosional və gözlənilməz reaksiyasına səbəb oldu.

Ona görə gözlənilməzdir ki, bizim fikrimizcə, "Rossotrudniçestvo"nun rəhbəri, əvvəlcə vəziyyəti araşdırmağa çalışmalı, yalnız ondan sonra reaksiya verməli idi. İkincisi isə, əsassız ittiham və təhdidlərə qədər alçalmamalı idi. Primakov həm hökuməti işə qatdı, həm də məhkəmə ilə hədələdi... Ancaq hər şey haqqında ardıcıllıqla. Biz hər hansı dövlətin müxtəlif ölkələrdə öz mədəni, təhsil, humanitar mərkəzlərini, təşkilatlarını açarkən yalnız ədəbiyyat, incəsənət və təhsil sahəsində əlaqələri möhkəmləndirmək deyil, həm də öz siyasi maraqlarını təbliğ etmək məqsədi güddüyünü başa düşməyəcək qədər sadəlövh deyilik. Bu hətta müəyyən mənada normal sayıla bilər, amma yalnız ikitərəfli münasibətlərə xələl gətirməmək şərtilə.

Məsələn, müəyyən siyasi anlaşılmazlıqların olduğu bir dövlətdə belə bir təşkilatın fəaliyyəti, müttəfiq ölkələrdəki fəaliyyətlərdən fərqli şəkildə həyata keçirilir. Təşkilatın sosial şəbəkələrindəki hesabları, əsasən də hesabatlarından göründüyü kimi, sözügedən "Rus Evi"ndə müxtəlif mədəni tədbirlər, yazıçılarla görüşlər, sərgilər, tamaşalar, konsertlər, seminarlar keçirilir. Lakin bu, sadalanan tədbirlərdən əlavə vaxtlarda orada geniş ictimaiyyətə açıqlanmayan və heç də əyləncə xarakteri daşımayan özəl görüşlərin keçirilə bilməsini istisna etmir. Məhz buna görə də bu cür təşkilatların fəaliyyəti həmişə bütün ölkələrdə xüsusi qurumların diqqət mərkəzində olur. Yeri gəlmişkən, Rusiyada da müxtəlif ölkələrin oxşar mədəniyyət mərkəzlərində belədir.

Təkrar edək ki, bu təşkilatların fəaliyyətində, xüsusilə müttəfiqlik sazişi ilə bir-birinə bağlı olan və özlərini dost adlandıran dövlətlər arasında qeyri-rəsmi olaraq müəyyənləşdirilmış və riayət edilən sərhədlər var.

Bu konkret halda - əgər Baku TV jurnalistləri bu barədə danışmağa başlayıblarsa - "Rossotrudniçestvo" bu sərhədi birmənalı keçib. Və indi tamamilə əsassız ittihamlar irəli sürən və televiziya kanalına qarşı gülünc təhdidlər yağdıran Yevgeni Primakov, yəqin ki, söhbətin nədən getdiyini və Baku TV-nin jurnalist araşdırmasının hansı gerçəkləri ortaya çıxara biləcəyini çox yaxşı bilir. Bir neçə söz də "Rus Evləri" adı altında fəaliyyət göstərən təşkilatın ümumiyyətlə nə işlə məşğul oduğu barədə deyək.

Agentliyin özünün rəsmi səhifəsində qeyd olunduğu kimi təşkilatın əsas missiyası "dünyada Rusiyanın humanitar təsirinin gücləndirilməsidir". Agentlik 71 ölkədə 87 nümayəndəliklə təmsil olunur. "Rossotrudniçestvo"nun prototipi 1925-ci ildə yaradılmış "Xariclə Mədəni Əlaqələr Üzrə Ümumittifaq Cəmiyyəti" (VOKS) olub. Yəni, o kifayət qədər uzun müddətdir ki, mövcuddur. Lakin "Rossotrudniçestvo"nun real fəaliyyəti Rusiyameyilli şəbəkənin yaradılmasına yönəlib.

SSRİ dövründə də belə olub, bu gün də davam edir. Yevgeni Primakov qəzəbli teleqram postunda Almaniyada "oxşar mövzu üzrə məhkəmə iddiası"ndan bəhs edir. Lakin 2023-cü ildə o, Sloveniya, Slovakiya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyada "Rus evləri"nin bağlanması barədə danışmışdı. Düzdür, onun versiyasına görə, bunun səbəbi ya mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı hökumətlərarası sazişlərin dayandırılması, ya da diplomatların qovulması idi. Çünki mərkəzlərin əməkdaşları da adətən səfirlikdə akkreditə olunurlar. "Diplomatlar"ın həqiqətən sadəcə diplomat olub-olmadığı isə sual altındadır.

Bu gün "Rossotrudniçestvo" resurslarını hazırda Rusiya üçün prioritet olan regionlara - Afrika, Asiya və Latın Amerikası ölkələrinə yönəldir. Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə "Rus Evi"nin rəhbəri Rusiya hərbi kəşfiyyatının nümayəndəsi Dmitri Sıtıdır. Başqa bir nümunə - Cyprus Daily News qəzeti Kiprdəki Rus Evinin fəaliyyəti haqqında "Rusiya xüsusi xidmət orqanlarının agentura mərkəzi" deyə bəhs edir. Daha bir nümunə - Danimarkadır ki, yerli Information qəzetinin yazdığına görə, "Rus Evi" burada da uzun illər Rusiya kəşfiyyatı üçün qalxan rolunu oynayıb.

"Burada keçirilən tədbirlərin foto və video materiallarını araşdıran jurnalistlər ölkədən qovulmuş casuslardan bəzilərini aşkar ediblər", - deyə qəzet yazıb. İndi isə Primakovun anti-Azərbaycan fəaliyyətini xatırlayaq. Bakıda bu barədə yaxşı məlumatlı idilər, lakin yenə də ikitərəfli əlaqələrin səviyyəsini nəzərə alaraq, bu mövzunu qabartmırdılar.

2021-ci il noyabrın 11-də "Rossotrudniçestvo"nun Moskva ofisində "Donbass uşaqları - Qarabağ uşaqlarına" adlı sərgi keçirildi. Burada tamamilə fərqli regionlar və fərqli siyasi vəziyyətlər arasında mənasız paralel aparılaraq Qarabağdan olan erməni uşaqlara dolayı yolla təlqin edildi ki, onlar yalnız Rusiyanın hərbi mövcudluğu sayəsində sağ qala biliblər. 2022-ci il martın 1-də Ermənistan Milli Elmlər Akademiyasında İrəvandakı "Rus Evi" tərəfindən hazırlanmış multimedia interaktiv xəritənin təqdimatı baş tutdu. Xəritədə Rus-Fars və Rus-Türk müharibələrinin tarixi irs abidələri əksini tapmışdı. İrəvan qalası bölməsində onun "fars qoşunlarından azad edildiyi" qeyd olunur və uydurma "Şərqi Ermənistan" termini tez-tez xatırlanırdı.

Belə nümunələr çoxdur... Primakovun 44 günlük müharibə dövründə bir qrup ermənipərəst hərbi müxbirlə əlaqələrini xatırlatmaq kifayətdir. Sonda Yevgeni Primakovdan soruşmaq istəyirik ki, niyə o, "Rossotrudniçestvo"nun rəhbəri kimi, Rusiya mediasında ölkəmizi və rəhbərliyimizi bu qədər açıq və kobud şəkildə təhqir edən materialların yayılmasına etiraz etməyib? Yoxsa o yalnız Baku TV-yə baxır və öz ölkəsinin mediasındakı media-itlərin "həyat fəaliyyətinin məhsullarını" görmür? Və başa düşmür ki, "Hücum!" əmri onlara yalnız ona görə verilib ki, Azərbaycan - Rusiyanın dostu və müttəfiqi, sadəcə ədalətli şəkildə vəziyyətin araşdırılmasını, AZAL təyyarəsinin qəzasının həqiqəti gizlətmədən və yayınmadan təhqiq edilməsini, məsuliyyətin qəbul edilməsini tələb edib?!.. Nəticədə nə əldə etdik, "Rossotrudniçestvo" əvvəlcə araşdırma jurnalistlərin marağına səbəb ola biləcək bir şey təşkil edib, sonra isə Baku TV-ni günahlandırıb və təhdidlərlə çıxış etməklə yumşaq desək, qeyri-etik davranır.

Bəlkə də, Primakovun Azərbaycana qarşı antipatiyasında miras amili özünü göstərir? Azərbaycanda Rossotrudniçestvo rəhbərinin babasının, Rusiyanın keçmiş baş nazirinin 1990-cı il Qara Yanvar faciəsinə görə Qorbaçov və Yazov qədər məsuliyyət daşıdığını yaxşı xatırlayırlar.

Ətraflı süjetdə:

Primakovun Baku TV-yə qarşı təhdidlərinin arxasında nə dayanır?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Yanvar 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri