Icma.az
close
up
RU
Prime Cotton “Made in Azerbaijan” brendlərinin təqdim olunduğu Novruz yarmarkasını keçirib FOTO

Prime Cotton “Made in Azerbaijan” brendlərinin təqdim olunduğu Novruz yarmarkasını keçirib FOTO

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 18-də Bakıda Prime Cotton, GP Cotton Holdings şirkətinin bir hissəsi olaraq, baş ofisinin yerləşdiyi Qafqaz Biznes Mərkəzində Azərbaycan Tekstil Assosiasiyası və Shoppingaz.az platformasının dəstəyi ilə Novruz Yarmarkası təşkil edib.

APA xəbər verir ki, yarmarka Prime Cotton və tərəfdaş şirkətlərin əməkdaşlarına Novruz bayramının unikal atmosferini yaşatmaq, bayram ruhunu bölüşmək, yerli sahibkarlara dəstək olmaq və “Made in Azerbaijan” brendlərinin tanıdılmasına töhfə vermək məqsədini daşıyıb.

Yarmarkanı Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudov açılış nitqi ilə başladı. O, iştirakçıları və əməkdaşları İlaxır Çərşənbə və Novruz bayramı münasibətilə təbrik etdi, şirkətin korporativ yanaşması və gələcək planları haqqında danışdı və yarmarkada iştirak edən sahibkarlara uğurlar arzulayıb.

Tədbirdə AZPROMO nümayəndələri də iştirak edərək, “Made in Azerbaijan” brendlərinin inkişafına dəstək olduqlarını bildirdilər və yerli sahibkarlarla yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rəsmi açılışdan sonra yarmarka fəaliyyətə başlayıb. Ziyarətçilər yerli istehsal olunan məhsulları almaqla yanaşı, maraqlı əyləncə proqramlarında iştirak etdilər və biznes dairələri ilə yeni əlaqələr qurmaq imkanı qazanıblar.

Yarmarkada yalnız yerli bazarın brendləri iştirak edib, o cümlədən:

Geyim və Aksesuarlar: Kings Style, Amorini,, The Noise, Di Mom handmade, Flort, Phantom, Şərq inciləri, Gilli 1881, SF production, Anarın Atelyesi, Gultac brend, S. Abdul collection, Atide, Nur design, Badira Aliyeva, Woonderkind, SLV art, Artwood bylaliko, Vajiha Hasanova, Iconicstyle, Meshque MMC, Milli suvenirler, Gulsam group MMC

Tekstil: Giltex, Oztekstil, Debet Safety, Zadagan, Az Tekstil, Business Tex/Xankendi Tekstil, Baki Tekstil Fabriki

Qida: SM Fresh Oil

Parfum: Zuleykha parfum

Prime Cotton-un tərəfdaş şirkətlərinin əməkdaşları, Azərbaycan Tekstil Assosiasiyasının üzvləri və dəvətli qonaqlar “Made in Azerbaijan” brendlərindən hədiyyələr seçərək, eyni zamanda yerli istehsala dəstək vermək imkanı qazanıblar.

Prime Cotton təşkil etdiyi yarmarka yerli istehsalın təşviqi və milli sahibkarların bazarda tanınması baxımından önəmli bir addım oldu. Prime Cotton, “Made in Azerbaijan” brendlərinin inkişafına və yerli sahibkarlara dəstək verməyə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Mart 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri