Icma.az
close
up
RU
Prime Cotton uşaqlara unudulmaz yay sevinci bəxş etdi

Prime Cotton uşaqlara unudulmaz yay sevinci bəxş etdi

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycanın pambıq sənayesində lider şirkət olan GP Cotton Holdings nəzdindəki Prime Cotton, bu yay mənalı və sosial dəyəri yüksək olan təşəbbüsə imza atdı. Bakı Psixologiya Mərkəzi ilə birgə təşkil olunan yay düşərgəsi layihəsi, çətin həyat şəraiti ilə üzləşmiş uşaqlara unudulmaz anlar, yeni bacarıqlar və inkişaf etdirici təcrübələr qazandırdı.

11–12 avqust tarixlərində Nabran bölgəsində keçirilən düşərgədə Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin 25 sakini iştirak etdi. 14 avqustda isə Şamaxıda baş tutan tədbirdə “Ümid Yeri” Uşaq Sığınacağından olan 35 uşaq bir araya gəldi.

Layihə çərçivəsində:

- Uşaqlara mənalı istirahət, pozitiv sosiallaşma və psixososial dəstək təmin olundu.

- Asudə vaxtlarını səmərəli keçirmələri üçün kitablar, metodiki vəsaitlər, qutu oyunları və yaradıcı məşğələlər təşkil olundu.

- Empatiya, ünsiyyət, komanda ilə işləmə və özünüifadə bacarıqları inkişaf etdirildi.

“Prime Cotton üçün bu təşəbbüs sadəcə sosial məsuliyyət layihəsi deyil, gələcəyimizi formalaşdıracaq uşaqlara qayğı göstərmək, onlara yaddaşlardan silinməyəcək xoş xatirələr bəxş etmək fürsətidir. Biz inanırıq ki, xoşbəxt və güvəndə olan uşaq sabahın güclü cəmiyyətinin əsasını təşkil edir,” — Prime Cotton şirkətinin Baş İcraçı Direktoru Rövşən Mahmudov bildirib.

Bu təşəbbüs şirkətin uzunmüddətli Korporativ Sosial Məsuliyyət strategiyasının bir hissəsi olaraq həyata keçirilib.

Bu il Prime Cotton özünün 30 illik yubileyini qeyd edir və müasir Azərbaycan pambıq sənayesində ən uzun tarixə sahib şirkət olaraq, ölkənin kənd təsərrüfatı və tekstil sektorunda mühüm rol oynamağa davam edir.

Prime Cotton MMC — Azərbaycanın pambıqçılıq sektorunda lider mövqeyə sahib, pambığın becərilməsindən iplik istehsalına qədər bütün mərhələləri əhatə edən inteqrasiya olunmuş sənaye şirkətidir. Bu il şirkət 30 illik yubileyini qeyd edir və müasir Azərbaycan pambıq sənayesində ən uzun tarixə malik şirkət olaraq tanınır. Prime Cotton pambıq sahələrinin idarə olunması, qabaqcıl texnologiyaların tətbiqi və yerli və beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların istehsalı ilə məşhurdur.

GP Cotton Holdings — Prime Cotton-un ana şirkəti olaraq regionun ən böyük pambıqçılıq və kənd təsərrüfatı platformalarından biridir. Holdinq pambıq yetişdirilməsindən iplik və tekstil istehsalına qədər bütün mərhələləri birləşdirir. Tərkibinə həmçinin GiLTEX MMC daxildir — ev tekstili məhsullarının istehsalı və satışını həyata keçirən, daxili bazarda geniş tanınan şirkətdir. Bu struktur Prime Cotton-a sahədən son istehlakçıya qədər bütün dəyər zəncirinə tam nəzarət imkanı verir və onu Azərbaycanda unikal sənaye modelinə çevirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri