Icma.az
close
up
RU
Prinsipial mövqe dövlətin gücünü və milli həmrəyliyi təmin edir

Prinsipial mövqe dövlətin gücünü və milli həmrəyliyi təmin edir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan dövləti və xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır. Bu reallığı anlamaq üçün müstəqilliyin ilk illərindən bu günə qədər keçilən mərhələlərə nəzər salmaq kifayətdir. Azərbaycan xalqı ölüm-qalım mücadiləsindən qalib çıxaraq fiziki mövcudluğunu qorudu, sabitliyi təmin etdi, özünü müstəqil millət kimi tanıdaraq dünyaya tanıtdı. Beynəlxalq iqtisadi bazarlarda yer aldı, milli identikliyini qlobal təzyiqlərə baxmayaraq qorumağı bacardı və “Qalib ölkə” statusuna yüksəldi. Bu, xalqın iradəsi və dövlətin prinsipial siyasəti nəticəsində mümkün oldu".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri "AZƏRTAC"-a açıqlamasında politoloq Asif Adil deyib.

Politoloq bildirib ki, Azərbaycan dövləti və xalqı bu gün regionda tamamilə yeni geosiyasi reallıq yaradan əsas güc mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, bu mərhələyə qədər ölkəmiz çoxsaylı sınaqlardan keçib, lakin milli iradə, siyasi qətiyyət və xalq–dövlət birliyi sayəsində hər bir maneəni dəf edib. Azərbaycan xalqının son illərdə qazandığı nailiyyətləri, sadəcə, hərbi və ya siyasi uğur kimi deyil, bütövlükdə milli mübarizə tarixinin zirvəsi kimi qiymətləndirilməlidir.

“Azərbaycan regionda yeni reallıq yaradan xalqa çevrildi, onilliklər boyu davam edən münaqişəyə son qoydu, gələcəkdə xalqlar arasında ideoloji müstəvidə yarana biləcək qarşıdurmaların qarşısını almaq üçün “sülh modeli”ni gündəliyə gətirdi. Dünənədək düşmən və rəqib sayılan dövlətlərin belə bu reallığı etiraf etməsi Azərbaycanın diplomatik, siyasi və mənəvi üstünlüyünün göstəricisidir”, – deyə politoloq vurğulayıb.

Politoloq Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlərə diqqət çəkib: “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.

Onun sözlərinə görə, bu ifadə Azərbaycanın bu gün qarşılaşdığı bəzi siyasi və ideoloji təzyiqlərin mahiyyətini aydın şəkildə izah edir. “Dövlət başçısı hətta düşmənlərin əllərini sıxdığı anlarda belə milli maraqlara sadiq qalaraq prinsipial mövqe nümayiş etdirib. Məhz bu prinsipiallıq sayəsində Azərbaycan regionda yeni reallıqlar yaradan və tarixi ədaləti bərpa edən ölkəyə çevrilib”, – deyə politoloq qeyd edib.

Asif Adil bildirib ki, tarixin sübut etdiyi kimi, güclü dövlət olmaq yalnız siyasi iradə və prinsipial mövqe ilə mümkündür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi kursunu xarakterizə edən əsas xüsusiyyətlərdən biri də məhz bu prinsipiallıqdır.

“Dövlət başçısının hər bir addımı bəzən müxtəlif dairələr tərəfindən təhrif olunmağa çalışılsa da, xalq bunun fərqindədir. Prinsipial mövqe bəzən çətinliklər yaradır, amma məhz bu mövqe sayəsində Azərbaycan bu gün qürurla danışdığımız uğurlara imza atıb,” – deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev daim öz strateji hədəflərinə sadiq qalıb və bu məqsədlərə nail olmaq üçün bəzən taktiki kamuflyajdan istifadə etməyə məcbur olub. “Təsadüfi deyil ki, dünyada kifayət qədər tanınmış bir jurnalist və ictimai xadim öz müsahibələrinin birində qeyd etmişdir:

“Prezident İlham Əliyev o nadir dövlət başçılarındandır ki, o, öncə edir, sonra danışır”. Mükəmməl müşahidə və mükəmməl qiymətdir”, – deyə Asif Adil əlavə edib.

Politoloq hesab edir ki, dövlət idarəçiliyində ideoloji həmrəyliyin və milli birliyin qorunması strateji vəzifədir. “Həmrəylik xalqın ideoloji dayağıdır. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə daxili sabitliyi pozmaq üçün siyasi partiyalardan alət kimi istifadə olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi partiyalar sistemində aparılan islahatlar da məhz bu risklərin qarşısını almağa və siyasi institutların sağlamlaşdırılmasına yönəlib,” – deyə ekspert bildirib.

Asif Adil vurğulayıb ki, bəzi qüvvələrin yeni “Siyasi partiyalar haqqında” Qanuna qarşı aqressiv münasibəti onların köhnə təfəkkürdən qurtula bilməməsi ilə bağlıdır. “Milli maraqların müdafiəsi üçün siyasi institutların fəaliyyəti şəffaf və məsuliyyətli olmalıdır. Dövlətin bu sahədə atdığı addımlar cəmiyyətin siyasi partiyalara olan inamını gücləndirəcək. Bu proses qaçılmaz olaraq müəyyən “təmizlənmə” ilə müşayiət olunur, lakin uzunmüddətli perspektivdə yalnız milli həmrəyliyi möhkəmləndirəcək”, – deyə o qeyd edib.

A.Adil sonda bildirib ki, Azərbaycan xalqı birlik və həmrəyliyini qoruduğu müddətcə ölkənin gələcəyi təmin olunmuş sayılır: “Birlik və həmrəylik xalqımızın ən böyük sərvətidir. Bu dəyərləri qorumaq, onları süni şəkildə zədələmək istəyən qüvvələrə qarşı dayanmaq hər bir vətəndaşın borcudur”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri