Icma.az
close
up
RU
Prinsipial mövqe dövlətin gücünü və milli həmrəyliyi təmin edir

Prinsipial mövqe dövlətin gücünü və milli həmrəyliyi təmin edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan dövləti və xalqı öz tarixinin ən möhtəşəm dövrünü yaşayır.Bu reallığı anlamaq üçün müstəqilliyin ilk illərindən bu günə qədər keçilən mərhələlərə nəzər salmaq kifayətdir. Azərbaycan xalqı ölüm-qalım mücadiləsindən qalib çıxaraq fiziki mövcudluğunu qorudu, sabitliyi təmin etdi, özünü müstəqil millət kimi tanıdaraq dünyaya tanıtdı. Beynəlxalq iqtisadi bazarlarda yer aldı, milli identikliyini qlobal təzyiqlərə baxmayaraq qorumağı bacardı və ‘Qalib ölkə’ statusuna yüksəldi. Bu, xalqın iradəsi və dövlətin prinsipial siyasəti nəticəsində mümkün oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

Politoloq bildirib ki, Azərbaycan dövləti və xalqı bu gün regionda tamamilə yeni geosiyasi reallıq yaradan əsas güc mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, bu mərhələyə qədər ölkəmiz çoxsaylı sınaqlardan keçib, lakin milli iradə, siyasi qətiyyət və xalq–dövlət birliyi sayəsində hər bir maneəni dəf edib. Azərbaycan xalqının son illərdə qazandığı nailiyyətləri sadəcə hərbi və ya siyasi uğur kimi deyil, bütövlükdə milli mübarizə tarixinin zirvəsi kimi qiymətləndirilməlidir “Azərbaycan regionda yeni reallıq yaradan xalqa çevrildi, onilliklər boyu davam edən münaqişəyə son qoydu, gələcəkdə xalqlar arasında ideoloji müstəvidə yarana biləcək qarşıdurmaların qarşısını almaq üçün ‘sülh modeli’ni gündəliyə gətirdi. Dünənədək düşmən və rəqib sayılan dövlətlərin belə bu reallığı etiraf etməsi Azərbaycanın diplomatik, siyasi və mənəvi üstünlüyünün göstəricisidir”, – deyə politoloq vurğulayıb.

Politoloq Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimində səsləndirdiyi fikirlərə diqqət çəkib: “Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.

Onun sözlərinə görə, bu ifadə Azərbaycanın bu gün qarşılaşdığı bəzi siyasi və ideoloji təzyiqlərin mahiyyətini aydın şəkildə izah edir. “Dövlət başçısı hətta düşmənlərin əllərini sıxdığı anlarda belə milli maraqlara sadiq qalaraq prinsipial mövqe nümayiş etdirib. Məhz bu prinsipiallıq sayəsində Azərbaycan regionda yeni reallıqlar yaradan və tarixi ədaləti bərpa edən ölkəyə çevrilib”, – deyə politoloq qeyd edib.

Asif Adil bildirib ki, tarixin sübut etdiyi kimi, güclü dövlət olmaq yalnız siyasi iradə və prinsipial mövqe ilə mümkündür. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi kursunu xarakterizə edən əsas xüsusiyyətlərdən biri də məhz bu prinsipiallıqdır. “Dövlət başçısının hər bir addımı bəzən müxtəlif dairələr tərəfindən təhrif olunmağa çalışılsa da, xalq bunun fərqindədir. Prinsipial mövqe bəzən çətinliklər yaradır, amma məhz bu mövqe sayəsində Azərbaycan bu gün qürurla danışdığımız uğurlara imza atıb,” – deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev daim öz strateji hədəflərinə sadiq qalıb və bu məqsədlərə nail olmaq üçün bəzən taktiki kamuflyajdan istifadə etməyə məcbur olub. “Təsadüfi deyil ki, dünyada kifayət qədər tanınmış bir jurnalist və ictimai xadim öz müsahibələrinin birində qeyd etmişdir: “Prezident İlham Əliyev o nadir dövlət başçılarındandır ki, o öncə edir, sonra danışır”. Mükəmməl müşahidə və mükəmməl qiymətdir.” – deyə Asif Adil əlavə edib.

Politoloq hesab edir ki, dövlət idarəçiliyində ideoloji həmrəyliyin və milli birliyin qorunması strateji vəzifədir. “Həmrəylik xalqın ideoloji dayağıdır. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə daxili sabitliyi pozmaq üçün siyasi partiyalardan alət kimi istifadə olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə siyasi partiyalar sistemində aparılan islahatlar da məhz bu risklərin qarşısını almağa və siyasi institutların sağlamlaşdırılmasına yönəlib,” – deyə ekspert bildirib.

Asif Adil vurğulayıb ki, bəzi qüvvələrin yeni “Siyasi partiyalar haqqında” Qanuna qarşı aqressiv münasibəti onların köhnə təfəkkürdən qurtula bilməməsi ilə bağlıdır. “Milli maraqların müdafiəsi üçün siyasi institutların fəaliyyəti şəffaf və məsuliyyətli olmalıdır. Dövlətin bu sahədə atdığı addımlar cəmiyyətin siyasi partiyalara olan inamını gücləndirəcək. Bu proses qaçılmaz olaraq müəyyən ‘təmizlənmə’ ilə müşayiət olunur, lakin uzunmüddətli perspektivdə yalnız milli həmrəyliyi möhkəmləndirəcək,” – deyə o qeyd edib.

A.Adil sonda bildirib ki, Azərbaycan xalqı birlik və həmrəyliyini qoruduğu müddətcə ölkənin gələcəyi təmin olunmuş sayılır: “Birlik və həmrəylik xalqımızın ən böyük sərvətidir. Bu dəyərləri qorumaq, onları süni şəkildə zədələmək istəyən qüvvələrə qarşı dayanmaq hər bir vətəndaşın borcudur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see144

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see142

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see139

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see134

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see122

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri