Icma.az
close
up
RU
Problem bekarçılıqdadır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Problem bekarçılıqdadır So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytına istinadən bildirir.

Şəmil Sadiq, filologiya üzrə fəlsəfə doktoru:

- Bir il Akademik İsa Həbibəylinin müavini olmuşam.

Onu kənardan yox, yaxından tanıyıram. Təkcə elmi çəkisini yox, xarakterini, iş prinsipini, insan kimi duruşunu da.

Bir dəfə hansısa sənəd üçün İsa müəllimin ərizəsi lazım idi. Vaxtı yox idi. Dedim ki, "İsa müəllim, icazə verin, ərizəni biz yazaq, siz imzalayın". Sərt bir səslə cavab verdi: "İndiyə qədər mənim bir nöqtəmi də kimsə yazmayıb. Olmaz".

İsa müəllim həmişə öz işini özü görən, heç kimin arxasında gizlənməyən, heç kimə yük olmayan adam olub.

İndi isə bir gəncin 75 yaşlı bir akademikin çətirini tutması üstündən cəmiyyət düşüb həm gəncin, həm də ustadın üstünə. Tanıyan da danışır, tanımayan da. Sanki burada hansısa "xidmətçilik", "yarınma", "aşağılanma" aktı baş veribmiş kimi.

Nə olub ki?

Ağsaqqal bir insandır. Yaşı, yolu, çəkisi olan bir adamdır. Çətiri tutan isə gəncdir. Tərbiyəlidir. Şəxsən tanıyıram, şəxsiyyətinə də, mədəniyyətinə də bələdəm. Ağzına gələni yazanların heç birindən də əskik oğlan deyil.

Bəs hanı o tez-tez dillərə gətirilən "milli mentalitet"? Hanı ağsaqqala hörmət? Hanı böyüyə ehtiram, kiçiyə tərbiyə?

Onunla işləyən biri kimi deyə bilərəm ki, o, bütün işçiləri ilə dostluq edib həmişə. Dəfələrlə olub ki, biz elə otaqda pendir çörək yemişik tədbirlər vaxtı. Hamımızı çağırırdı ki, hərəniz bir tikə götürün, işimiz çoxdur.

İsa müəllim ustaddır. Ağsaqqaldır. Və bir gəncin ona dəstək verməsi nə alçaldıcıdır, nə də müzakirə mövzusu.

Ayıbdır vallah.

Bu, nə təfəkkürdür, bu nə düşüncədir. Problem çətirdə deyil, problem baxışdadır, yanaşmadadır, bekarçılıqdadır.

Fazil Mustafa, millət vəkili:

- "Qarabağ" yalnız geri dönüş edərək möhtəşəm qələbə qazanmadı. 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı. Bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir. İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi. Bu arada, görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə oyuna baxırdım. Yaşar çox soyuqqanlı şəkildə 1:2 məğlubiyyət anında açıq bəyan etdi ki, bu oyun 3:2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət: söylədiyi kimi də oldu. Hakimin avara hərəkətləri də komandamızı sındıra bilmədi. Bu cür oyunlardan sonra "Qalatasaray"dan, "Fənərbağça"dan maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm. Artıq Türk dünyasında "Qarabağ"a həm "Qarabağsaray", həm də "Qarabağbağça" kimi baxılır. Söhbət toplanan xallardan getmir, system oyundan gedir. Bu futbol Qurban Qurbanovun ixtirasıdır sanki. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin Cəfərquliyev, Medina, Duran, Yankoviç, Silva, Bəhlul - daha kimi deyim - hamısı mükəmməl! Növbəti mərhələyə çıxarlar-çıxmazlar - bir o qədər önəmli deyil, dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!

Bəxtiyar Aslanbəyli, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti:

- Bu gün bp-nin dəstəyi ilə nəşr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt" kitabını ictimaiyyətə təqdim etdik!

272 səhifəlik bu nəşrdə Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri haqqında unikal və az məlum olan 100 fakt toplanıb. Kitabda həmçinin 25 orijinal illüstrasiya yer alıb ki, bu da onu məktəblilər, tələbələr və ölkənin tarixi ilə maraqlanan hər kəs üçün daha cəlbedici və əlçatan edir.

Kitabın müəllifi tarix mövzusunda podkastları ilə tanınan jurnalist Ayaz İlyasovdur.

Layihə Azərbaycanın zəngin tarixi irsinin təbliğinə bp-nin növbəti töhfəsidir.

Sərdar Amin, yazıçı:

- Dünyanın növbəti illər üçün ən çıxılmaz problemlərindən biri dezinformasiya olacaq. Dünyanı insan əlindən alıb soyuq monitorlara, sərt klaviaturalara köçürənlər bəlkə də zamanında düşünə bilmirdilər ki, emosiyalardan kasad, daş sifətli monitorlar rahatlıqla hər kəsi aldada biləcək.

Ağ-qara hərflər, rəqəmlər hər nə qədər işimizi asanlaşdıran şifrələr olsa da, bir insan göz-qaşı qədər həqiqi deyil. Məhz bu səbəbdən dünya artıq virtual platformalarda süni intellektərə həvalə olunduqca nəfəsini, ətini-qanını itirməkdədir.

Afət Telmanqızı, jurnalist:

- 35 illik ayrılıq bu gün bitir. Xankəndi şəhəri bu gün ilk sakinlərini qarşılayır. Doğma torpağa QAYIDIŞINIZ mübarək!

Elxan Şahinoğlu, politoloq:

- Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub. Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir. Bu sözlər onun təsdiqidir ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq. Birincisi, bu ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək. Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında "kim güclüdürsə, o da haqlıdır" tezisini səsləndirib. Bu elə Donald Trampın yürütdüyü siyasətdir.

Bu arada, Donald Trampın Prezident kimi fəaliyyətə başlamasının bir ili tamam oldu. Bu bir ildə ətraf toz-dumana bürünüb, hələ qarşıda Trampın 3 ildə edəcəkləri var. Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır. Tramp bu bir ildə iki qonşusu - Kanada və Meksikanı da Amerikadan küsdürməyə nail olub. Tramp Qrenlandiyanı Amerikaya birləşdirərsə, buna müqavimət göstərəcək güc yoxdur.

Vəfa Həmzəyeva, jurnalist:

- Əvvəl Solovyov çıxıb Mərkəzi Asiya və Cənubi Qafqazı eyni cümlədə hədəf kimi göstərdi. İndi isə Duqin (Kremlin ideoloqu) artıq açıq mətnlə danışır. Nə eyham var, nə alt-mətn. Birbaşa. Deyir ki, Rusiya postsovet məkanında, o cümlədən Azərbaycanda müstəqil, suveren dövlətlərin mövcudluğu ilə razılaşmamalıdır. Onun fikrincə, yeni geosiyasi reallıqda Azərbaycan kimi ölkələrin ayrıca suverenliyi mümkün deyil və bu dövlətlər Moskvanın nəzarətində olan birliklərin tərkib hissəsi olmalıdır.

Bu artıq "şəxsi fikir" deyil. Bu, "emosional çıxış" da deyil. Bu - ideoloji xətdir.

Və daha vacibi, bizim ictimai şəxslərimiz, politoloqlarımız, iranşünaslarımız, beynəlxalq münasibətlər üzrə ekspertlərimiz niyə Duqinkimilərinin (adətən artıq formalaşmaqda olan düşüncəni sözə çevirən fiqurların) cavabını vermir? Faktlara əsaslanan məqalələr yazmır?

Niyə nə Solovyova, nə Duqinə və d. qarşı aydın, intellektual və arqumentli mövqe səslənmir? Bizim informasiya müharibəmiz bitib?

Yoxsa "it hürər, karvan keçər" fəlsəfəsi daha rahatdır?

Özbəkistan, Qazaxıstan, hətta Ermənistanda edirlər.

Susmaq olmaz!

İnformasiya müharibəsində sükut neytrallıq deyil. Sükut - boşluqdur.

Boşluq isə həmişə başqaları tərəfindən doldurulur.

Cavid Zeynallı, Akademik Milli Dram Teatrının mətbuat katibi:

- İTV 1992-ci ildə Zəngilan dağlarında itkin düşən Abbas Behbudov haqqında süjet hazırlayıb. Abbasın anası oğlunun son dəfə döyüşdüyü yerdə ağlaya-ağlaya belə deyir:

- Gəlmişəm ki, oğlumu bu dağlardan xəbər alım, görüm harda qaldı? Zəngilan dağlarında səni axtarıram, hardasan, ay Abbas?!

Sonra yorulub oturur. Sakit səslə, əlacsız-əlacsız danışır. Bunu ancaq ana deyə bilər. Ana qədər heç kim dərdi və ümidi belə yaşaya bilməz, belə dilə gətirməyi bacarmaz:

- Yoldaşım yatandan sonra durub qapını açırdım ki, birdən oğlum gələr, görər qapı bağlıdır, məni tapmaz.

Yeganə Hacıyeva, politoloq:

- Mədəniyyət və şou-biznes nümayəndələrinin rəsmi, dövlət səviyyəsində keçirilən tədbirlərdə açıq-saçıq, dərin dekolteli geyimlərdə iştirak etməsi nə müasirlik göstəricisidir, nə də incəsənətlə əsaslandırıla bilər.

Bu davranış sadəcə cəmiyyətin  mədəni dəyərlərinə deyil, eləcə də tədbirin rəsmi və ya ciddi statusuna qarşı hörmətsizlikdir.

İctimaiyyət qarşısında çıxış edən tanınmış şəxslər yalnız fərdi zövqlərini deyil, həm də təmsil etdikləri sahəni və həmin təbəqəni təmsil və ifadə edir.

Azadlıq anlayışı məsuliyyətsizliklə qarışdırılmamalı, xüsusən də rəsmi və dövlət səviyyəli ciddi tədbirlərdə müəyyən ictimai normalar qorunmalıdır.

Tez-tez istinad etməyi sevdiyimiz  dünya praktikasında, lap elə Rusiya  mədəniyyət və şou-biznes mühitinə nəzər saldıqda şahid oluruq ki, rəsmi və dövlət səviyyəsində təşkil olunmuş tədbirlərdə iştirak edən incəsənət və mədəniyyət nümayəndələri heç vaxt açıq-saçıq geyimlərdə gəlmirlər.

Daha ölçülü və tədbirin mahiyyətinə uyğun ciddi üsluba üstünlük verirlər.

Ciddi və rəsmi mühitdə estetik zövq ilə etik məsuliyyət arasında balans saxlamaq mümkündür və vacibdir.

Müasirliyin əsl göstəricisi də elə budur...

Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:

- Görkəmli dilçi-alim, türkoloq, tənqidçi Aydın Mirsaleh oğlu Məmmədovun (16 yanvar 1944 - 19 aprel 1991) doğum günüdür.

Xalq yazıçısı Anarın Aydın Məmmədov haqqında yazdığı "Aydın surəti" adlı məqaləsi çox təsirlidir:

"Bir neçə il bundan qabaq Leninqradda Azərbaycan günlərinin iştirakçıları arasında Aydınla mən də vardıq. Sözləşib məşhur alim türkoloq Lev Qumilyovgilə getdik. Aydın onunla tanış idi, xahiş etdim ki, məni də tanış etsin. Kommunal mənzildə yaşayan bu böyük alimin gənc azərbaycanlı həmkarına xüsusi bir hörmətlə yanaşdığını görür, qürurlanırdım. Qumilyov türk xalqlarının tarixindən, öz keşməkeşli taleyindən, həbs düşərgəsində Oljas Süleymenovun atasıyla bir barakda üst-üstə taxçalarda yatmağından danışdı. Söhbət Azərbaycan xalqının mənşəyindən düşdü. Qumilyov: "Niyə sizin bəzi alimlər Azərbaycan xalqının soykökünü müəyyənləşdirmək üçün ora-bura boylanırlar? -deyə soruşdu. - Səlcuqların əsl varisisiniz, Azərbaycan tarixində üç ulu Səlcuqun - Toğrulun, Alp-Aslanın, Məlikşahın həlledici yeri var. Sonra diqqətlə Aydına və mənə baxdı: "Səlcuq mənşəyi hər birinizin zahiri görkəmində belə əks olunub", - deyə əlavə etdi. Əlbəttə, zahiri görkəmdən daha vacib daxili dünyanın quruluşu, mənəviyyatın yönü, ruhun gözəlliyidir. Və Aydının Səlcuq ruhuna sədaqətli,  türk mənəviyyatına, Xalqımızın həqiqi mənşəyi, kökləri və tarixiylə bağlı sahələrə marağı bununla əlaqədardır".

Aydın Məmmədov 1991-ci ilin aprel ayının 19-da avtomobil qəzasında faciəvi şəkildə vəfat etdi.

Həmin məqalədə Anar yazır: "Aydının məzarı başında durmuşuq. Məzarın üstü bütün Azərbaycandan axıb gəlmiş güllərə, dəmətlərə, çələnglərə qərq olub. Bir tərəfdə füsünkar gözəlliyə malik olan Marxal yaylağı - Aydın buranı çox sevərdi. "Marxal"ın qədim türk sözü olduğunu da mən ilk dəfə Aydının dilindən eşitmişəm. O biri tərəfdə dəli-dolu Kiş çayı, Kiş kəndi, kiçik həyət, qəribsəmiş bir ev - itirdikləri oğulun dərdini səssiz-səmirsiz, içindən yana-yana, qovrula-qovrula çəkən iki qoca ata-ana. Hər tərəfdə - qarlı dağlar başında, sıx ormanlıqlarda, qədim Şəkinin təkrarsız küçələrində, Bakının, Qarabağın, Azərbaycanın hər yerində məhəbbətlə hörmətlə, minnətdarlıqla, yanğıyla anılan bir ad - Aydın Məmmədov adı. Aydının bütün vətən torpağımızı dolaşan ruhu. Yaddaşlarımızda, qəlbimizdə, talelərimizdə yaşayan işıqlı surəti. Aydın surəti".

1990-cı ildə keçirilən deputat seçkilərində bu nəhəng şəxsiyyətin vəkili olmuşam. Aydın Məmmədov böyük alim olmaqla yanaşı, həm də mükəmməl orator idi. Onun çıxışlarını, dialoqlarını, söhbətlərini unutmaq mümkün deyil. Heyif...

Zəruri qeyd: Aydın Məmmədov yaratdığı "Tərcümə Mərkəzi"nə istedadlı gəncləri tərəddüd etmədən işə götürürdü, yol göstərirdi və onlara yaradıcılıq azadlığı verirdi.

Allah rəhmət eləsin...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri