Problemdən kənar söhbət ... Dərman qiymətləri artır, amma deputat parlamentdə kağız ölçüsü ndən şikayətlənir
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Deputat Səyyad Aranın aptekdən aldığı içlik kağızlarını tribunaya gətirib “bunları xəstə necə oxusun?” sualını verməsi, əlbəttə, müəyyən mənada diqqətəlayiqdir, amma ölkədə dərman sistemi ilə bağlı əsas problemlər fonunda bu mövzunun bu qədər qabardılması təəssüf doğurur.
Reallıq odur ki, ölkədə dərman qiymətlərinin sürətlə bahalaşması, bir çox preparatların tapılmaması, idxaldan asılılığın yüksək olması, keyfiyyətsiz və saxta dərmanların bazara düşməsi kimi ciddi məsələlər illərlə müzakirə gözləyir. Hər gün yüzlərlə insan ən adi dərmanları almaqda çətinlik çəkir, xəstələr yüksək qiymətlərə görə müalicəsini yarımçıq qoyur, əczaçılıq sahəsində nəzarət boşluqları qalır. Və bu qədər fundamental problem fonunda deputatın dərman içliklərinin ölçüsünü “qəzet kimi açılır” deyə tənqid etməsi parlament səviyyəsində məsuliyyətin necə yanlış istiqamətə yönəldiyini açıq göstərir.
Əlbəttə ki, içlik vərəqələrinin sadə dildə yazılması vacibdir. Amma bu, dövlət siyasəti səviyyəsində əsas məsələ deyil, sadəcə texniki təşkilati qüsurdur.
Qiymətlərin necə tənzimlənməsi, dərman təminatının necə yaxşılaşdırılması, sosial həssas qrupların dərmanlara necə əlçatan olması, dövlət sığortasının hansı dərmanları əhatə etməsi kimi mövzular məhz Milli Məclisdə müzakirə olunmalı əsas məsələlərdir. Deputatın isə bu qədər dərin problemin içində içlik vərəqəsinin font ölçüsünü ən böyük tribunanın müzakirə mövzusuna çevirməsi siyasi məsuliyyət baxımından çox ciddi suallar yaradır.
Xalq bahalı dərmandan, tapılmayan preparatlardan, səhiyyədə çatışmazlıqlardan gileylənir, deputat isə aptekdə aldığı vərəqin uzunluğundan şikayət edir. Bu, problem seçiminin nə qədər qeyri-ciddi aparıldığını göstərir. Parlament üzvünün seçicilərdən aldığı şikayətləri tribunalara gətirməsi təqdirəlayiqdir, amma sual budur ki, seçicilər onun yanına dərman vərəqəsi yox, dərmanın özünü almağa pul tapmadığı üçün gedir. Vərəqin uzunluğu yox, qiymətin yüksəkliyi insanları sıxır.
Bu cür çıxışlar Milli Məclisin prioritetlərini necə müəyyən etdiyini, cəmiyyətin real dərman böhranı ilə siyasətçilərin gündəliyi arasında nə qədər ciddi uçurum yarandığını göstərən nümunələrdəndir. Deputatın müzakirə etdiyi mövzu isə bu uçurumu daha da dərinləşdirir. Vətəndaş dərmanın özünü tapa bilmir, parlament isə içlik kağızının formasını müzakirə edir. Bu isə artıq sadəcə tənqid deyil, ölkədə siyasi gündəliyin nə qədər gerçək problemlərdən uzaqlaşdığını göstərən simvolik bir haldır.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















