Problemi həll etmək istəyirik, amma eyni zamanda başqa bir maliyyə baryeri yaradırıq Deputatdan ETİRAZ
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Pay torpaqlarında böyük ağacların kəsilməsi zəruri olarsa, mövcud qaydalara görə bərpa haqqı çox yüksək məbləğə çevrilir. Bu isə qanunun əsas məqsədini zəiflədə bilər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
"Təsəvvür edin ki, bir vətəndaş öz pay torpağını əkib-becəriləcək vəziyyətə gətirmək istəyir. Ağacı qanuni qaydada kəsir, amma ondan elə bir məbləğdə bərpa haqqı tələb olunur ki, həmin torpaqdan illərlə əldə edə biləcəyi gəlir belə bunu kompensasiya etmir. Belə olan halda kəndli ya torpaqdan istifadə edə bilmir, ya da ümumiyyətlə bu işə girişməkdən çəkinir. Yəni biz problemi həll etmək istəyirik, amma eyni zamanda başqa bir maliyyə baryeri yaradırıq. Buna görə də hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Pay torpaqlarında kənd təsərrüfatı fəaliyyətinə real maneə yaradan ağacların götürülməsi zamanı bərpa haqqı ya differensiallaşdırılmalı, ya azaldılmalı, ya da müəyyən hallarda güzəşt mexanizmi tətbiq edilməlidir. Əks halda qanun kağız üzərində yaxşı görünəcək, amma vətəndaş üçün praktiki çıxış yolu yaratmayacaq".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 İyun 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















