“Problemlər olan ailələrdə uşaqlar 18 yaşına çatandan sonra özləri atalarının adlarından imtina edirlər”
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, soyadın dəyişilməsi daha çox sənət adamlarında, şairlərdə, yazıçılarda, məşhur peşə sahibi olan insanlarda baş verir: “Son vaxtların statistikasına baxsaq, insanların daha çox soyadlarını dəyişdirdiyini müşahidə edirik. Bu vəziyyət daha çox sovet dövründən sonra soyadımızda olan “ova”, “yeva”, soyad sonluqlarını dəyişdirməklə əlaqəli olur. Çox insan soyad sonunu dəyişdirməyə maraqlı olur. Ancaq əksər insanlar isə daha çox ləqəblərin götürülməsi, yəni soyad yerinə ləqəblərin qoyulmasını seçirlər, bəziləri də daha çox atasının adını yaşatdırmaq üçün ata adını soyad kimi seçirlər. Düşünürəm ki, bu, daha çox sənət adamlarında, şairlərdə, yazıçılarda, məşhur peşə sahibi olan insanların soyadlarında baş verir, bəziləri isə ümumiyyətlə tamamilə soyaddan imtina edir və müəyyən bir adın arxasınca gedirlər. Soyadların dəyişdirilməsi ailə institutunda əlbəttə ki, birmənalı qarşılanmır. Bir soyadı daşıyan bir nəsil birdən -birə tamamən o soyaddan imtina edirsə, əlbəttə ki, bu o nəslin demək olar ki, o adla yadda qalmasına mane ola bilir, bu da ondan əvvəlki nəsillərə də mənfi təsir göstərə bilir. Ortadakı soyadın itməsinə səbəb ola bilir. Məsələn, o nəsildən, o soyaddan çıxan peşə sahibləri, müxtəlif daha məşhurluq səviyyəsinə qalxan, daha çox cəmiyyət üçün, bir şəxsiyyət yetişdirilmiş bir nəsil üçün əlbəttə ki, bu mənfi kimi göstərilə bilir.
Adlarla bağlı da biz dəyişiklikləri görürük. Daha çox keçmiş adların, nənə -baba adları qoyanların seçimini biz görürük. Bəziləri ad seçmə məsələsində təsir altına düşürlər. Seriallardan, müasir dövrün adlarından seçim edirlər. Bəzi insanlar iki adlılığı da seçirlər – hal-hazırda bunu da müşahidə edirəm. Həyatlarında hər iki addan da istifadə edirlər. Bir çox insanın sənətdəki adı ilə həyatda ona xitab edilən adı fərqli olur. Belə insanlar az deyil”.
Vüsalə Əmiraslanova
“Ata adının dəyişdirilməsi problemli ailələrdə, atanın övladından imtina etməsi ilə nəticələnən ailələrdə də ola bilir. Bəzən də ümumən ailə problemləri fonunda uşaqlar 18 yaşına çatandan sonra özləri atalarının adlarından imtina edirlər. Bu daha çox problemli ailərdə olur. Ümumiyyətlə düşünürəm ki, əgər bir nəsil bir soyadla tanınırsa, sonluq dəyişimi o qədər də o nəsilə təsir etmir. Amma əgər tamamilə soyadın dəyişiminə yer verilirsə, bu bəzi ailələrdə mənfi qarşılana bilər, yaşlılar bunu bəyənməyə bilərlər. Düşünürəm ki, bu bir nəslin müzakirəsinə çıxarılacaq mövzudur. Əgər ümumi razılığa gəlinirsə, əlbəttə ki, biz psixoloqlar buna yanlış baxmırıq, yenə də çox düşünüləcək, çox danışılacaq bir mövzudur”, - deyə Vüsalə Əmiraslanova qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Yanvar 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















