Icma.az
close
up
RU
Problemli kreditlərdən necə xilas ola bilərik?

Problemli kreditlərdən necə xilas ola bilərik?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına görə, ölkədə vaxtı keçmiş kreditlərin həcmi 481.6 milyon manata çatıb ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur. Bununla yanaşı, son bir il ərzində problemli kreditlərin həcmi 10.9 milyon manat və ya 2.3 faiz yüksəlib. Bəs bu artım nə ilə bağlıdır? Problemli kreditlərdən necə xilas ola bilərik?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Kredit faizlərində artım müşahidə olunur"

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcmi üç faizdən artıq olsaydı, bu zaman problem hesab oluna bilərdi: "Problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində iki faizdən az yer tutur. Beynəlxalq standartlara görə bu pay üç faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır. Likvidlik üçün də problem yaratmır".

V.Bayramovun fikrincə, hər bir halda problemli kreditlərin həcminin artması arzuolunan deyil: "Artım dinamikasının tənzimlənməsi çox vacibdir. Problemli kreditlərin payının ümumi portfeldə azaldılmasına çalışmalıyıq". Millət vəkili problemli kreditlərin artım səbəblərinə də toxunub: "Səbəblərdən biri kredit verən zaman şəxsin ödəmə qabiliyyətinin doğru qiymətləndirilməməsidir. Əvvəlki dövrlərdə verilmiş kreditlər üzrə öhdəliklərin tam müəyyənləşdirilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatların verilməməsidir. Həmçinin kredit faizlərinin yüksək olduğunu da qeyd etməliyik. Son bir ildə də kredit faizlərində artım müşahidə olunur. Bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinə birbaşa təsir edir".

Birinci yerdə istehlak, ikinci yerdə biznes

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc problemli kreditlərin daha çox istehlak kreditlərində olduğunu vurğuladı: "Problemli kreditlər iki yerə ayrılır - biznes məqsədli götürülmüş problemli kreditlər və istehlak kreditləri. İstehlak kreditləri birinci yerdədir. Hansısa vətəndaş iş yerini itirirsə, ödəmə qabiliyyəti aşağı düşür. Bununla da problemli kreditin yaranmasına səbəb olur. İstehlak kreditləri sayca biznes kreditlərindən çox olsa da, məbləğ olaraq biznes kreditləri daha böyükdür. Problemli kreditlərin artımında BOKT-ların da rolu var. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır. İkinci yerdə biznes kreditləridir. Bu kreditlərin problemli kreditə çevrilməsi o halda baş verir ki, biznes quran şəxs bazardakı riskləri müəyyən edə bilmir, son nəticədə iflas olur. Lakin biznes kreditlərində problemli hallar elə də çox deyil".

V.Oruc bildirdi ki, ipoteka kreditləri ən az problem müşahidə olunandır. Çünki orada həll imkanları daha genişdir: "İpoteka krediti ilə alınan mənzillərdə ödəmə problemi olanda kredit ödəyicisinin, mülkiyyətçinin dəyişdirilməsi, yeni alıcının tapılması ilə bu problemin aradan qaldırılması daha asan başa gəlir".

Ekspert düşünür ki, problemli kreditlərin son vaxtlardakı artımı dövrü mahiyyət daşıyır: "Neft satışında azalma, dünyanı və ölkəmizi 2025-ci ildə gözləyən iqtisadi problemlər, o cümlədən ölkəmizin müharibədən yeni çıxması müəyyən iqtisadi çətinliklərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, gələcəkdə müəyyən qabaqlayıcı tədbirlər görməklə bu artımın qarşısını almaq mümkün olacaq".

"Sağlamlaşdırılma əsas həll yoludur"

V.Oruc problemli kreditlərlə bağlı problemin həlli üçün atılmalı olan addımlara da toxundu: "Artım cüzi olsa da, ciddi xəbərdarlıqdır. Qarşısı vaxtında alınmalıdır ki, daha da böyüməsin. İlin sonuna qədər kommersiya bankları bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Hər an problemli kreditə çevrilə biləcək yeni kreditlərə də ehtiyatlı yanaşmaq lazımdır. Yeni kreditlərin verilməsində kifayət qədər mühafizəkar mövqedən yanaşılması və risklərin nəzərə alınmasına da ehtiyac var. Mərkəzi Bank problemli kredit portfelinə malik banklara nəzarəti gücləndirməlidir".

V.Orucun sözlərinə görə, bu sahədə atıla biləcək ən doğru addım kreditlərin sağlamlaşdırılmasıdır: "Problemli kreditlər bankların likvidliyinə, dayanıqlılığına, dinamikliyinə mənfi təsir göstərir. Bank öz fəaliyyətini yüksək səviyyədə qurmaq istəyirsə, problemli kreditləri sağlamlaşdırmalıdır. Müəyyən dəstəkləyici addımlar atılmalıdır ki, həmin banklar kreditlərin sağlamlaşmasına çalışsınlar. Çünki problemli kreditlərin sağlamlaşdırılması onların əsas həlli yoludur. Şəxslərə və ya sahibkarlara şərait yaradılır ki, mövcud problemli kreditin ödənişini təmin etsinlər. Problemli kreditlər sağlamlaşdırılmadıqca onlar kredit portfelində öz yerini qoruyub saxlayacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri