Icma.az
close
up
RU
Problemli kreditlərin həcmi niyə artır?

Problemli kreditlərin həcmi niyə artır?

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin oktyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528.1 milyon manat təşkil edib. Problemli kreditlərin məbləği aylıq nisbətdə azalsa da, 2024-cü ilin eyni dövrünə nisbətən 10% artıb.

Bəs artımın əsas səbəbləri nələrdir? 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Banco.az-a danışıb. 

"Problemli kreditlərin artması maliyyə sektoru üçün o qədər yaxşı xəbər deyil. Bu, verilmiş kreditlərin nəzərdə tutulmuş qrafiklər üzrə geri qaytarılmasında olan problemi göstərir. Lakin mütləq rəqəmlərdən çox nisbi rəqəmlər daha əhəmiyyətlidir. Yəni, problemli kreditlərin ümumi kreditlərdə xüsusi payı önəmlidir. Burada isə pisləşmə var. Belə ki, 31 dekabr 2024-cü ildə problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 2,4% idisə, 31 avqustda bu göstərici 2,8%-ə qədər artıb.

Kreditlərin strukturunun da təhlillərdə, qiymətləndirmələrdə vacib rolu var. İpoteka kreditlərində problemli kreditlərin yaxşılaşması müşahidə olunur. 31 dekabr 2024-cü ildə vaxtı keçmiş kreditlərin xüsusi payı 0,8% idisə, 31 avqustda bu göstərici 0,7%-ə enib. Amma, biznes və istehlak kreditlərində isə pisləşmə var. Problemli kreditlər hər ikisində təqribən 0,5% artıb".

İqtisadçı bildirib ki, ümumiyyətlə, problemli kreditlərin xüsusi çəkisinin artması ikitərəfli siqnal verir:

"Birincisi, bankların maliyyə göstəricilərinin pisləşməsinə səbəb olan göstərici, ikincisi isə borcgötürənlərin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan göstərici. Düşünürəm ki, problemli kreditlərin payının artmasının əsas səbəblərindən biri faiz dərəcələrinin artmasıdır.

Son iki ildir faiz dərəcələrinin sürətli artımını müşahidə edirik. Faiz dərəcələrində təqribən 3-4% artım var. Bu, çox əhəmiyyətli artımdır. Yəni, ümumi şəkildə ölkədə faiz dərəcələri son 2 ildə 25-30% artıb. Bu da təbii ki, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Eyni zamanda əhalinin real gəlirləri, bu həcmdə artmadığına görə, faiz dərəcələrinin kəskin artması əhalinin maliyyə yükünü artırır".

"Bütün bunlara baxmayaraq, göstəricilər hələ də Mərkəzi Bank üçün komfortlu səviyyədədir. Problemli kreditlərin 3%-dən aşağı olması bu sahədə hələ ciddi narahatçılığın olmadığını göstərir. Paralel olaraq Mərkəzi Bank məsuliyyətsiz kreditləşmə ilə bağlı hədlər, limitlər təyin edir. Hətta prudensial qaydalara görə, Azərbaycandakı ehtiyatlı yanaşma qonşu dövlətlərlə müqayisədə daha ciddidir. Bu baxımdan, bank sisteminin, maliyyə sisteminin etibarlılığı kifayət qədər yaxşıdır", - X. Kərimli qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri