Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Professor Cahangir Məmmədlidən Anar Yusifoğluna yubiley təbriki

Professor Cahangir Məmmədlidən Anar Yusifoğluna yubiley təbriki

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Professor Cahangir Məmmədli jurnalist Anar Yusifoğlunu 50 illik yubiley münasibətilə təbrik edib, onunla bağlı arzu və fikirlərini dilə gətirib.
Moderator.az-a daxil olan təbrik məktubunu oxuculara təqdim edirik:
“İstedadlı jurnalist, polifonik yaradıcılıq fəaliyyətilə ədəbi-ictimai fikirdə çoxdan nüfuz qazanmış Anar Yusifoğlunun 50 yaşı və media sisteminə gəlişinin 30 ili bu yaxınlarda tamam oldu. Mən Anarı bir çox istiqamətdən yaxşı tanıdığım üçün onun 50 yaşının milli mediamızda necə qeyd olunduğunu uzun müddət izlədim. Bizim nüfuzlu qəzetlərimiz, elektron portallarımız mənim yaxçı tanıdığım və içimdə həmişə qiymətini verdiyim bu jurnalisti elə mənim ürəyimcə oxucularına, izləyicilərinə təqdim etdilər. Bəlkə elə bu təqdimatlardan çox adama məlum oldu ki, jurnalistikanın bütün yaradıcılıq prinsiplərini özündə daşıyan Anarın əslində birbaşa jurnalist təhsili yoxdu. İyirmi yaşından jurnalistikaya gəlmiş Anar Azərbaycan Pedaqoji Universitetini bitirib. Anar jurnalistikada yaradıcılığının lap ilk illərindən sübut elədi ki, o, mətbuata təsadüfən gəlməyib. “Jurnalist olurmu, doğulurmu?” məlum sualına çoxlarının cavabına əks olaraq Anar sübut elədi ki, ədəbi-bədii yaradıcılığa ürək istəyi ilə gələn insanların böyük əksəriyyətində mütləq bir Allah vergisi var - yəni jurnalist həm də doğulur.
...Və Anar Yusifoğlu yüksək səviyyədə  bitirdiyi Pedaqoji Universitetin ona verdiyi filoloji nəzəriyyə ilə və Allahdan gələn fitri istedadı ilə lap gənc yaşlarından ictimai fikirdə tanındı və qəbul olundu.
Anar jurnalistikada ilk addımlarını ANS-dən başladı. Və bu yerdə o, yaranışından istedad sahibi olan, Vətənə, dövlətə, milli maraqlarımıza sədaqətlə jurnalist xidməti göstərən Mirşahinin tələbəsi oldu: həm müstəqim mənada, həm də mənəvi. Mən o zamandan yaradıcılığını izlədiyim Anarın reportajlarında jurnalistikanın dəqiqlik, qərəzsizlik, balanslılıq, vicdanlılıq kimi klassikamızdan gələn prinsiplərin aydın ifadəsini görürdüm. Bu yaradıcılıq prinsiplərinə Mirşahin bizim yanımızda - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bələd olmuşdu və yaradıcılığının lap ilk çağlarından bu prinsipləri Allah vergisi olan istedadı ilə birləşdirmişdi və özü mükəmməl bir məktəb yaratmışdı: Mirşahin məktəbi. Anar Mirşahinin yanında əvvəlcə bu məktəbin öyrəncisi, daha sonra davamçısı oldu.
Doğrusu, mənim Anara sevgi və hörmətimin bir tərəfində də onun özünə sənət müəllimi seçdiyi Mirşahinə o gündən bu günə olan sədaqəti dayanır. Təsadüfi deyil ki, Mirşahinin publisistikasında Vətən və milli maraqlar sevgisini həzm edə bilməyən antiazərbaycanlıların dedi-qodularına Anarın da cəsarətli cavabları dayanır...
Anar Yusifoğlu bir az sonra “525-ci qəzet”də peşəsini davam etdirir. “525-ci qəzet” nəşr olunduğu lap ilk illərdən müstəqil qəzetlər sistemində böyük nüfuz qazanmışdı. Bu qəzetin yazıçı Anar kimi, Elçin kimi, Rafael Hüseynov və s.kimi ədəbi-bədii dünyanın ustad müəllifləri elə o zamandan vardı və belə qəzetdə əməkdaşlıq etməyə hər adamın cəsarəti çatmazdı. Qəzetin Baş redaktoru Rəşad Məcid Anarın istedadını dərhal hiss etmişdi və ona çox vacib bir sahə tapşımışdı: Milli məclisdə parlament müxbiri. Anar üzərinə düşən bu vəzifəni “525-ci qəzet”in fəaliyyət prinsipinə çox uyğun bir formatda yerinə yetirmişdi. Təsadüfü deyil ki, bu gün həm də Mətbuat Şurasının sədri olan Rəşad Məcid Anarın 50 illik yubileyini çox böyük qayğı ilə qeyd etməyi vacib saydı və həmin tədbirdə Rəşad Məcidin giriş nitqi Anarın bir jurnalist kimi qiymətləndirməyin real göstəricisi oldu.
2005-ci ildə İctimai Televiziya və Radio Şirkətinin işə başlaması ərəfəsində bu telekanala Baş direktor vəzifəsinə seçilmiş İsmayıl Ömərov Yayım Şurasına müraciət edərək telekanala dəvət etdikləri jurnalistlərin siyahısını gündəliyə salmağı bizdən xahiş etdi. O zaman mən İctimai Televiziya və Radio Şirkəti Yayım Şurasının sədri idim və təklif olunan bu siyahıda Anarın adını görəndə çox razı qaldım. 9 nəfər şura üzvünün, demək olar ki, hamısı Anarı bir jurnalist kimi yaxşı tanıdıqlarını bildirdilər və Anar Yusifoğlu elə həmin vaxtdan İTV-nin rəhbər işçilərindən biri kimi işə başladı.
Deməli, mən yaradıcılığına xeyli vaxtdan bəri bələd olduğum Anarla indi eyni məkanda bir yerdə işləyəsi oldum...
İctimai televiziyanın düyməsini sıxıb efirə xeyir-dua verən Prezident İlham Əliyev öz çıxışında İctimai televiziyanın demokratik prinsiplərə əsaslanan fəaliyyətinin dünya təcrübəsini şərh etdi və xüsusi vurğuladı ki, bu gün demokratik dövlət quruculuğunda belə bir televiziya bizə çox lazımdır.
Prezident İlham Əliyevin bu çıxışı İTV-nin fəaliyyəti üçün bir proqram xarakteri daşıyırdı və bu prinsipləri həyata keçirən yaradıcı kollektivin, o cümlədən Anar Yusifoğlunun da böyük əməyi oldu. Hər bir işin təməl prinsiplərinin dəqiqliyi və bu dəqiqliyin reallığı olur. Şirkətin Baş direktoru İsmayıl Ömərovun və onun formalaşdırdığı yaradıcı kollektivin qoyduğu bu təməl sonrakı nəslin də fəaliyyətində özünü göstərdi. Bu gün İctimai Teleradio şirkətinin fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Maarifçilik prinsipini əsas tutan ictimai teleradio rəhbərliyi bu gün tarixi təcrübəni inkişaf etdirərək, Azərbaycan dövlətçiliyinin, milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşməsi işində ilk sırada dayanan bir media qurumudur. Bu zənginləşmə prosesində öz istedadlı yaradıcılığı ilə kollektivin önündə gedən əməkdaşlardan biri də Anar Yusifoğludur.
Mən də bütün media sistemində ömrünün 50 yaşı və jurnalistikadakı fəalliyyətinin 30 illik yubileyləri münasibətilə Anar Yusifoğluya ünvanlanan təbriklərə qoşuluram!”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri