Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Professor Əli Sultanlı: ədəbiyyatşünaslıqda klassikləşmiş imza

Professor Əli Sultanlı: ədəbiyyatşünaslıqda klassikləşmiş imza

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Günel ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dissertant

Əli Abdulla oğlu Sultanlı (1906-1960) XX əsr Azərbaycan ədəbi-mədəni mühitində zəngin, çoxşaxəli yaradıcılığı, geniş ictimai fəaliyyəti ilə özünəxas mövqe qazanmış, Naxçıvan torpağının yetirdiyi görkəmli alimlərdən biridir. XX əsr elmi fikrin formalaşmasında xüsusi yer tutan Ə.Sultanlı Azərbaycan elmi və ədəbi mühitində tanınmış alim və tədqiqatçılardan biri hesab olunur. Onun həyat və yaradıcılığının ilkin mərhələsi, yəni anadan olduğu və təhsil aldığı illər gələcək elmi fəaliyyətinin ideya əsaslarını müəyyənləşdirmişdi.

Ə.Sultanlının dünyaya gəldiyi vaxtda da Naxçıvan həm mədəni, həm də maarifçilik ənənələri ilə seçilən bölgələrdən biri idi. Əlinin yetişdiyi sosial-mədəni mühit onda klassik Şərq ədəbiyyatına və xalq ədəbiyyatı nümunələrinə marağın formalaşmasına şərait yaratmışdı. Həmin sosial-mədəni mühit onun təhsil və elmə yönəlməsində mühüm rol oynamışdı. Xüsusilə təhsil aldığı illərdə Azərbaycan və Şərq ədəbiyyatı nümunələri ilə tanışlığı onun dünyagörüşünün və ədəbi zövqünün, eləcə də elmi şəxsiyyət kimi formalaşmasının əsas mərhələsini təşkil edir.

Elmi fəaliyyəti əsasən ədəbiyyatşünaslıq və publisistika sahələri ilə bağlı olan Ə.Sultanlının yaradıcılığı XX əsrin ikinci yarısı və sonrakı dövrlərilə əlaqələndirilir. Onun Azərbaycan ədəbiyyatı, xüsusilə Azərbaycan dramaturgiyasının inkişaf mərhələləri, Qərbi Avropa ədəbiyyatının tədqiqi və tədrisi məsələləri, ədəbi tənqid, klassik və müasir ədəbi proseslərin araşdırılması sahəsində əvəzsiz xidmətləri var.

Professor Ə.Sultanlının 110 illiyinə həsr olunmuş elmi sessiyada akademik İsa Həbibbəyli görkəmli alimin elmi fəaliyyətindən söz açaraq qeyd edirdi ki: “Əli Sultanlı yaradıcılığında əsas yeri “Azərbaycan dramaturgiyasının inkişaf yolları” əsəri tutur. Ə.Sultanlı bu əsərdə ilk dəfə Azərbaycan dramaturgiyasının elmi tarixini qələmə alıb. Ayrı-ayrı icmal və oçerk şəkildə yazılmış əsər bu gün də ədəbiyyatımızın ən dəyərli nümunələrindəndir”.

Ə.Sultanlının elmi fəaliyyəti Azərbaycan filoloji düşüncəsinin formalaşması və klassik ədəbiyyatın sistemli şəkildə tədqiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Alimin elmi fəaliyyəti təkcə ədəbi mətnlərin təhlili ilə məhdudlaşmayıb, həm də ədəbiyyat tarixinin sistemləşdirilməsi, nəzəri-filoloji yanaşmaların inkişafı, ədəbi tənqid məktəbinin formalaşdırılması istiqamətlərini əhatə edir.

Onun tədqiqatlarında əsas istiqamətlərdən biri Azərbaycan klassik ədəbiyyatının elmi əsaslarla öyrənilməsi olub. Alim ədəbi irsi tarixi-mədəni konteksdə dəyərləndirərək, mətnlərin yalnız estetik deyil, həm də ictimai və fəlsəfi məzmununu üzə çıxarmağa çalışmışdı. Bu yanaşma onun elmi üslubunun sistemli və analitik xarakter daşıdığını göstərir. O, həmçinin ədəbiyyaşünaslıqda metodoloji məsələlərə xüsusi diqqət yetirmişdi. Alim tədqiqatlarında mətnin tarixi konteksinin, dil xüsusiyyətlərinin və poetik strukturunun vahid şəkildə öyrənilməsini vacib hesab edirdi. Bu yanaşma Azərbaycan ədəbiyyatşünaslığında elmi təhlil metodlarının təkmilləşdirilməsinə töhfə vermişdi.

Lakin aparılan araşdırmalar göstərir ki, onun yaradıcılığının bəzi istiqamətləri hələ də kifayət qədər öyrənilməyib və ya elmi dövriyyəyə tam daxil edilməyib. Bu baxımdan Ə.Sultanlının elmi irsinin “gizli qalmış” tərəflərinin araşdırılması aktual tədqiqat mövzusu kimi diqqəti cəlb edir.

Ə.Sultanlının elmi irsinin tədqiqində qarşıya çıxan əsas problemlərdən biri onun yaradıcılığının bütün istiqamətlərinin sistemli şəkildə toplanmaması və elmi dövriyyəyə tam şəkildə daxil edilməməsidir. Bu vəziyyət həm obyektiv, həm də tarixi səbəblərlə bağlıdır.

Birinci mühüm problem dövri mətbuat materiallarının natamam şəkildə qorunmasıdır. Sovet dövrü mətbuatında dərc olunmuş bir sıra məqalələr və ədəbi-tənqidi yazılar arxivlərdə mövcud olsa da, onların böyük hissəsi hələ də tədqiqatçılar tərəfindən sistemli şəkildə araşdırılmayıb, tədqiqat obyektinə çevrilməyib.

İkinci bir problem isə arxiv fondlarının kifayət qədər rəqəmsallaşdırılmaması ilə bağlıdır. Nəticədə Ə.Sultanlının müxtəlif illərdə yazdığı publisistik və elmi məqalələrinin bir qismi yalnız fiziki arxivlərdə saxlanılır və elmi ictimaiyyətə çıxışı məhdudlaşdırılır. Ə.Sultanlının tarix sənədləri ilə tanış olan tədqiqatçı Rəna Novruzova “Azərbaycan müəllimi” qəzetində dərc olunan “Müəllim-alim Əli Sultanlı” adlı elmi məqaləsində vurğulayır ki: “Əli Sultanlı gəncliyində şeirlər və mənsur parçalar da yazmışdır. Bunların içərisində təbiət mənzərələrini məftunluqla təsvir edən bir gəncin ürəyi çırpınır. Onun ilk qələm təcrübəsi olan bu parçalar mətbuatda çap olunmadığından oxuculara tanış deyildir”. Bu sadalanan cəhətlər alimin elmi irsinin “gizli qalmış” və ya tam açılmamış tərəflərinin mövcudluğunu göstərir.

Üçüncü mühüm məqam isə onun elmi irsinin ayrıca tədqiqat obyekti kimi az işlənməsidir. Bir çox hallarda alim haqqında məlumatlar ümumiləşdirilmiş olaraq verilib, onun həyatı və elmi irsi kifayət qədər dərindən analiz olunmayıb. Yuxarıda qeyd olunan fikirlər alimin elmi irsinin sistemli və əhatəli şəkildə tədqiqinə ehtiyac olduğunu bir daha göstərir.

Ə.Sultanlı irsinin tədqiqatdan uzaq, “gizli qalmış” yaradıcılığınını bir mühüm istiqaməti də mətbuat sahəsidir. Alim, müəllim, həm də publisist kimi çoxşaxəli fəaliyyət göstərən Ə.Sultanlı mətbuat sahəsində də fəal olmuşdu. O, xüsusilə “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq etmişdi, qəzetdə onun ədəbi-tənqidi məqalələri, ictimai mövzulu yazılarının dərc olunduğu haqqında da natamam məlumatlar vardır. Əli Sultanlı “Şərq qapısı” qəzetində ədəbi-tənqidi yazılarla çıxış etsə də, bu yazıların böyük hissəsi bu günə qədər tam şəkildə öyrənilməyib və elmi tədqiqat obyektinə çevrilməyib. Bu isə onun onun publisistik irsinin “gizli qalmış” hissəsinin mövcudluğunu göstərir.

Ə.Sultanlının elmi irsi Azərbaycan ədəbiyyaşünaslıq elminin inkişaf tarixində mühüm mərhələlərdən birini təşkil edir. Onun fəaliyyəti yalnız mövcud ədəbi mətnlərin təhlililə məhdudlaşmayaraq, eyni zamanda ədəbiyyata metodoloji yanaşmanın formalaşmasına da ciddi təsir göstərmişdi. Lakin aparılan təhlillər göstərir ki, onun elmi və publisistik irsinin müəyyən hissəsi hələ də ətraflı şəkildə araşdırılmayıb və elmi dövriyyədən kənar qalıb. Bu baxımdan Ə.Sultanlının yaradıcılığı təkcə tarixi bir tədqiqat obyekti kimi deyil, həm də müasir ədəbiyyatşünaslıq üçün metodoloji və nəzəri potensial daşıyan bir mənbə kimi qiymətləndirilməlidir.

Alimin elmi fəaliyyəti pedaqoji sahə ilə də sıx bağlı olmuş, ömrünün sonunadək respublikanın ali məktəblərində, elmi-tədqiqat institutlarında dünya və Azərbaycan ədəbiyyatından dərs deməklə yanaşı, geniş elmi-tədqiqat işləri aparıb, bir sıra dəyərli tədqiqat əsərləri yaradaraq pedaqoji sahədə əhəmiyyətli iz buraxıb. Alim gənc tədqiqatçıların elmi dünyagörüşünün formalaşmasında iştirak etmiş, ədəbiyyatşünaslıq elminin akademik mühitdə inkişafına dəstək vermişdi. Bu baxımdan Ə.Sultanlı yalnız tədqiqatçı deyil, həm də elmi məktəb formalaşdıran müəllim, pedaqoq kimi də qiymətlidir.

Nəticə etibarilə onu deyə bilərik ki, Ə.Sultanlının elmi irsinin daha dərindən və geniş şəkildə tədqiqi milli ədəbiyyatşünaslıq tarixinin dolğunlaşdırılması üçün zəruri elmi istiqamətlərdən biridir. Bu irsin kompleks şəkildə öyrənilməsi həm onun elmi mövqeyinin yenidən qiymətləndirilməsinə, həm də Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin inkişaf dinamıkasının daha aydın şəkildə müəyyənləşdirilməsinə imkan yaradacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2026 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri