Icma.az
close
up
RU
Professor Fərrux Rüstəmov: Savadlılıq qlobal davamlı inkişaf üçün vacib amildir

Professor Fərrux Rüstəmov: Savadlılıq qlobal davamlı inkişaf üçün vacib amildir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

8 Sentyabr - Beynəlxalq Savadlılıq Günü olaraq 1967-ci ildən UNESCO tərəfindən təqvimə daxil edilib. Onun yaranması 1966-cı ildə UNESCO-nun baş konfransında savadlılıq məsələlərinin ciddi müzakirə mövzusu olması ilə bağlıdır. Bu günün əsas məqsədi savadlılığın insan hüquqlarının ayrılmaz hissəsi olduğunu, sosial-iqtisadi inkişaf və bərabərliyin təminində mühüm vasitə olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetiinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov bildirib.

Professor qeyd edib ki, Beynəlxalq Savadlılıq Günündə insanların oxu-yazı bacarıqlarını inkişaf etdirməyin vacibliyi, təhsilin əlçatanlığının təmin edilməsi və savadsızlığın aradan qaldırılması təbliğ olunur. Savadlılıq yalnız şəxsi inkişafın deyil, həm də cəmiyyətin rifahının, gender bərabərliyinin, mədəni və intellektual tərəqqinin, eləcə də iqtisadi inkişafın əsas şərtidir. Savadlı cəmiyyətlər daha məhsuldar, innovativ və davamlı inkişaf potensialına malik olur.

Savadlılıq hər bir insanın təməl hüququdur və insan hüquqlarının təminində mühüm yer tutur. Xüsusilə qadınların savadlılığı ailə rifahını möhkəmləndirir, cəmiyyətin inkişafına müsbət təsir göstərir və gender bərabərliyini təmin edir. Savadlılıq müxtəlif mədəniyyətlərin qorunmasında və yeni təhsil-tərbiyə ənənələrinin nəsildən-nəslə ötürülməsində əvəzolunmaz rol oynayır. Bu səbəbdən də keyfiyyətli təhsil və savadlılıq qlobal davamlı inkişafın mühüm amili olaraq BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi müəyyənləşdirilmişdir.

2025-ci il üçün Beynəlxalq Savadlılıq Gününün mövzusu “Rəqəmsal dövrdə savadlılığın təşviqi” olaraq müəyyən edilib. Bu mövzu rəqəmsal texnologiyaların təhsil və gündəlik həyatımızda təsirini vurğulayır. XXI əsrdə yalnız oxuyub-yazmaq kifayət etmir; hər bir insan rəqəmsal mühitdə məlumatları düzgün qiymətləndirməyi, təhlükəsiz istifadə etməyi və yaradıcı şəkildə tətbiq etməyi bacarmalıdır.

Bu günün əhəmiyyəti hər il UNESCO-nun tribunasından dünyada savadlılıqla bağlı hesabatın səsləndirilməsi ilə artır. Hazırda dünyada 773 milyon insan (15 yaşdan yuxarı) oxumaq və yazmaq bacarığından məhrumdur, onların üçdə iki hissəsi qadınlardır. Müharibələr, xəstəliklər və digər sosial-iqtisadi problemlər təhsilin səviyyəsini ildən-ilə aşağı salır. Nəticədə 272 milyon məktəbyaşlı uşaq və gənc məktəbə getmir. Həmçinin iqlim dəyişikliyi və ekstremal hava şəraiti, eləcə də bəzi bölgələrdə elektrik və internet infrastrukturunun olmaması uşaqların təhsil imkanlarını məhdudlaşdırır.

Azərbaycan cəmiyyəti savadlılığın artırılmasına böyük önəm verir. Ölkədə təhsil sistemi həm miqyasına, həm də keyfiyyətinə görə davamlı şəkildə inkişaf edir. Dövlət tərəfindən təhsil infrastrukturu gücləndirilir, məktəb binaları modernləşdirilir və yeni tədris müəssisələri inşa olunur. Ölkədə ümumi təhsil pulsuzdur və bütün uşaqlar üçün əlçatandır, bu da sosial bərabərliyi təmin edir. Məktəblər müasir dərs vəsaitləri, kitablar, texnoloji və rəqəmsal resurslarla təmin edilir. Kompüter sinifləri, laboratoriyalar və kitabxanalar şagirdlərin bilik və bacarıqlarının inkişafını daha effektiv edir. Azərbaycan hökumətinin və cəmiyyətin səyləri nəticəsində əhalinin savadlılıq səviyyəsi 100 faiz təşkil edir ki, bu da savadlı, intellektual və müasir biliklərə malik vətəndaşların formalaşmasını təmin edir.

Beynəlxalq Savadlılıq Günü həm qlobal, həm də milli miqyasda savadlılığın vacibliyini önə çıxarır və hər kəsi təhsilə, ömürboyu öyrənməyə çağırır. Azərbaycanda davamlı dövlət siyasəti, sosial bərabərlik və təhsil sisteminin rəqəmsal transformasiyası ilə ölkə vətəndaşlarının savadlılığı yüksək səviyyədə qorunur və inkişaf etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri