Icma.az
close
up
RU
Professor Fərrux Rüstəmov: Qalib xalqın qalib gələcəyini formalaşdırmaq müəllimlərin üzərinə yeni vəzifələr qoyur

Professor Fərrux Rüstəmov: Qalib xalqın qalib gələcəyini formalaşdırmaq müəllimlərin üzərinə yeni vəzifələr qoyur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 sentyabr, AZƏRTAC

27 Sentyabr Azərbaycan xalqının taleyində və tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün həm hüzn, həm də qürur günü kimi anılır. Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edir, eyni zamanda, xalqın, dövlətin və Ali Baş Komandanın iradəsi və şücaəti ilə qazanılan tarixi Zəfərlə qürur duyuruq. Havadarlarının köməyi ilə 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətinə məhz həmin gün son qoyuldu. Əslində bu müharibə yalnız 1990-cı illərin işğalına qarşı deyildi. Onun kökləri daha dərindir. Vətən müharibəsi Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən sonra torpaqlarımıza gətirilən ermənilərin əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri soyqırımlar, terror və qətliamlara son qoydu. Qisas düşməndən döyüş meydanında alındı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov bildirib.

Professor qeyd edib ki, Vətən müharibəsi yalnız torpaq uğrunda deyil, həm də milli ləyaqətimiz, milli qürurumuz və gələcəyimiz uğrunda gedən haqq savaşı idi. 44 gün ərzində Azərbaycan əsgəri igidliyi və şücaəti ilə Zəfər dastanı yazdı. Füzulidən Zəngilana, Qubadlıdan Hadruta qədər hər qarış torpaq uğrunda qan töküldü, qəhrəmanlıq göstərildi. Şuşanın işğaldan azad edilməsi zəfərin zirvəsi oldu, xalqın yaddaşına “yenidən doğuluş” günü kimi yazıldı. Sıldırım qayalıqları aşaraq Şuşa qalasını fəth edən Azərbaycan əsgərləri dünya hərb tarixində analoqu olmayan bir taktiki əməliyyata imza atdılar. Şuşa qalası milli kimliyimizin rəmzinə çevrildi. Xalq öz böyüklüyünü, yenilməzliyini və mənəvi gücünü dərk etdi.

Bu qələbənin qazanılmasında ən böyük amil Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti idi. O, eyni zamanda, informasiya savaşında qalib gəldi. Xarici jurnalistlər və dünya siyasətçiləri qarşısında sərgilədiyi qətiyyət, nümayiş etdirdiyi məntiqli mövqe Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. Bu, diplomatiya tariximizdə yeni bir mərhələ idi. Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya və informasiya cəbhəsində qalib gəldi. Dünyanın nüfuzlu analitikləri etiraf edirdilər ki, Azərbaycan Prezidenti həm hərbi əməliyyatlarda, həm diplomatiya masasında, həm də informasiya müharibəsində nadir çeviklik və dəqiqlik göstərdi. Prezident Vətən müharibəsinin strategiyasını müəyyənləşdirən, onu incəliklərinə qədər bilən, strateji plan quran bir Ali Baş Komandan kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Onun qətiyyətli çıxışları, xalqa verdiyi xəbərlər hər gün cəmiyyətə həm ümid, həm də inam bəxş edirdi. Onun hər bir bəyanatı xalqımızın sarsılmaz iradəsinin, ölməz mübarizə əzminin ifadəsi idi.

Xalq–iqtidar birliyi isə bu zəfərin ən möhkəm dayağı oldu. Dövlətin güclü siyasəti, ordunun rəşadəti və xalqın əzmi bir amal uğrunda birləşdi. Hər bir vətəndaş “Vətən!” deyib ayağa qalxdı, cəbhədəki əsgərə dayaq oldu. Bu birlik xalqımızın tarixi taleyini dəyişdi, məğlub xalq obrazından qalib xalqa çevrildik.

“Döyüş meydanında canını fəda edən igidlərimizi, qürur qaynağımız olan qazilərimizi yetişdirən müəllim idi. Vətən müharibəsinin qəhrəmanlarını məktəb yetişdirmişdi. Müasir dövrdə qalib xalqın qalib gələcəyini formalaşdırmaq vəzifəsi yenə müəllimlərin üzərinə düşür. İndi müəllimin vəzifəsi təkcə elm öyrətmək deyil, həm də gənc nəsli milli dəyərlər, Vətən sevgisi və dövlətçilik idealları ruhunda yetişdirməkdir.

Vətən müharibəsində tarixi ədalət bərpa olundu. 27 sentyabrda başlanan Vətən müharibəsində yalnız torpaqlarımız azad edilmədi, həm də Azərbaycanın siyasi tarixində yeni bir mərhələ başlandı. Bu mərhələnin memarı isə həm sərkərdə, həm diplomat, həm də xalqın iradəsini təcəssüm etdirən bir lider – Ali Baş Komandan İlham Əliyevdir”, - deyə professor Fərrux Rüstəmov fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see200

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see129

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see124

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see122

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see120

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see119

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri