Icma.az
close
up
RU
Professor Jenyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Professor Jenyin Li: Çin süni intellekt sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Texnoloji əməkdaşlığın sürətli inkişafı fonunda Çin və Azərbaycan elm və təhsil sahəsindəki tərəfdaşlığda yeni mərhələyə qədəm qoyur. Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqi və inkişafı üçün əlverişli şərait yaradılıb.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində “Bir kəmər, bir yol” Elmi və Texnologiya üzrə Alyansın baş katibinin müavini, Lançjou Universitetinin Mərkəzi Asiya Araşdırmaları İnstitutunun dəvətli professoru Jenyin Li söhbət açıb.

Professor Li vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş iclasda iştirak etmək onun üçün böyük şərəf olub. O, Azərbaycanın rəqəmsal və innovativ texnologiyalara yanaşmasının mütərəqqi olduğunu şəxsən müşahidə etdiyini bildirib.

“Prezident İlham Əliyev çıxışında süni intellektin, rəqəmsal texnologiyaların və məlumatların rəqəmsallaşdırılmasının əhəmiyyətini xüsusi qeyd etdi. Bu, çox önəmli bir mesajdır. Çinli dost və alim kimi mən Azərbaycanın bu sahələrdə böyük potensiala malik olduğunu görürəm. Azərbaycan süni intellektin inkişafı üçün əhəmiyyətli imkanlara sahibdir”, — deyə professor bildirib.

Jenyin Li əlavə edib ki, Çinin artıq bir neçə şəhərində Azərbaycan Ticarət Evləri fəaliyyət göstərir: “Biz görürük ki, çinlilər “Made in Azerbaijan” markalı Azərbaycan şərablarına, şirələrinə və digər məhsullara maraq göstərirlər. Bu, çox gözəl istehsaldır. Lakin gələcəkdə Prezident İlham Əliyevin təşəbbüsü ilə innovativ və yüksək texnologiyalı istehsalın, o cümlədən süni intellekt texnologiyalarının inkişafını da gözləyirik. Çin bu istiqamətdə kömək etməyə hazırdır”.

Onun sözlərinə görə, Çin bu gün süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən biridir və bu sahədəki təcrübəsini, texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır. Professor bu liderliyi təmin edən əsas amilləri də qeyd edib:

• Dövlət dəstəyi və strateji planlaşdırma: Elmin, təhsilin və sənayenin inkişafı üçün siyasi və maliyyə bazasını təmin edən “Yeni nəsil süni intellektin inkişafı üzrə milli plan” hazırlanıb.

Çin dünyanın ən böyük rəqəmsal iqtisadiyyatlarından biri kimi istehlak, tibb və nəqliyyat sahələrində unikal məlumat bazalarına malikdir ki, bu da süni intellektin öyrədilməsi üçün ideal platforma yaradır.

• Geniş tətbiq sahələri: Aktiv rəqəmsallaşma süni intellektin internet xidmətləri, maliyyə, təhlükəsizlik və sənaye sahələrində (üz tanıma, intellektual robotlar, rəqəmsal müştəri xidməti) tətbiqinə gətirib çıxarıb.

• İnnovasiyalar və investisiyalar: “Baidu”, “Alibaba”, “Tencent” və “Huawei” kimi nəhəng şirkətlər süni intellekt texnologiyalarını inkişaf etdirir, “SenseTime” və “Megvii” kimi şirkətlər isə yeni bazarlar formalaşdırır.

• Kadr potensialının artımı: Universitetlər süni intellekt üzrə tədris proqramlarını genişləndirir, xaricdə təhsil almış mütəxəssislər geri qayıdır və Çin bu sahədə mühəndis hazırlığı üzrə dünya liderləri sırasına daxildir.

• İnkişaf etmiş infrastruktur: 5G texnologiyasının, bulud hesablamalarının və super kompüterlərin tətbiqi süni intellektin genişmiqyaslı reallaşdırılması üçün texnoloji baza yaradır.

“Ölkələrimiz elmi əməkdaşlığın yeni erasına daxil olur. Biz, Çin alimləri Azərbaycanı etibarlı strateji tərəfdaş kimi görürük. Süni intellekt və rəqəmsal texnologiyalar gələcəyin mühərrikidir. Çin bilik və təcrübəsini bölüşməyə, birgə elmi və təhsil layihələrini həyata keçirməyə hazırdır”, — deyə professor vurğulayıb.

O qeyd edib ki, elmi və texnoloji tərəfdaşlığın inkişafı təkcə innovativ irəliləyişə deyil, həm də xalqlar arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək: “Bu, sadəcə iqtisadi əməkdaşlıq deyil, həm də ölkələrimiz arasında intellektual və mədəni körpüdür. Biz, çinli dostlar hər zaman Azərbaycanı dəstəkləməyə və birgə gələcəyi inkişaf etdirməyə hazırıq”.

Sonda professor Jenyin Li qeyd edib: “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə şəxsən öz adımdan və “Bir kəmər, bir yol” Elm və Texnologiya üzrə Alyans adından AMEA-ya gələcəkdə daha böyük uğurlar arzulayıram. Bu gün, 8 noyabrda həm də Zəfər bayramının beşinci ildönümüdür. Mən ürəkdən Azərbaycan xalqına sülh, xoşbəxtlik, rifah və müdrik Prezident İlham Əliyevin rəhbərliyilə firavanlıq arzulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri