Icma.az
close
up
RU
Ağsuda professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyi qeyd edilib

Ağsuda professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyi qeyd edilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

Tədbir AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilib. 

Əvvəlcə konfrans iştirakçıları rayonun mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. 

Konfransın açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Tarix-Mədəniyyət Qoruğunda ilk dəfədir ki, alimin yubileyi keçirilir. Tədbirin ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına elmin töhfəsi olduğunu vurğulayan AMEA rəhbəri son illərdə Akademiyada aparılan yeniləşmə prosesləri və islahatlardan, o cümlədən arxeologiya sahəsi üzrə əldə olunmuş nailiyyətlərdən danışıb.

Akademik İsa Həbibbəyli bildirib ki, 75 illik yubileyi qeyd edilən professor Qafar Cəbiyev ömrünün böyük bir hissəsini Azərbaycan tarixinin, xüsusilə də orta əsrlər arxeologiyasının araşdırılmasına həsr edib. Qeyd edib ki, Qafar Cəbiyevin araşdırmaları nəticəsində orta əsr yaşayış məskənləri haqqında bir çox yeni elmi faktlar aşkarlanıb, arxeologiya elmimiz zənginləşdirilib.

AMEA rəhbəri vurğulayıb ki, alimin ən böyük xidmətlərindən biri Girdiman vilayətinin tarixi ilə bağlı apardığı tədqiqatlardır. Bu mövzu üzərində illərlə araşdırmalar aparan Qafar Cəbiyev qədim Girdiman dövlətinin siyasi, iqtisadi və mədəni həyatını geniş şəkildə işıqlandırıb, monoqrafiyalar və elmi məqalələrlə mövzunu tarixşünaslığa qazandırıb. Bu tədqiqatlar sayəsində Azərbaycanın erkən orta əsrlər tarixi haqqında daha dolğun təsəvvür formalaşıb.

Ağsu rayonu ərazisində, eləcə də Qəbələ, Şamaxı, İsmayıllı  rayonlarında apardığı mühüm tədqiqatları xüsusi qeyd edən akademik İsa Həbibbəyli söyləyib ki, Qafar Cəbiyev həm də Basqal arxeoloji ekspedisiyasının rəhbəri kimi ölkəmizin maddi-mədəni irsinin qorunmasına mühüm töhfələr verib. Basqalda aparılan qazıntılar nəticəsində əldə edilən tapıntılar Azərbaycan arxeologiyasına yeni elmi materiallar qazandırıb, həmçinin milli irsimizin dünya ictimaiyyətinə təqdimatına imkan yaradıb.

AMEA prezidenti əlavə edib ki, Qafar Cəbiyevin əsərləri və elmi fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınır. Onun məqalələri müxtəlif ölkələrin elmi nəşrlərində dərc olunub, konfranslarda təqdim edilib. Alim dəfələrlə beynəlxalq tədbirlərdə çıxış edərək Azərbaycanın qədim tarixini və arxeoloji tapıntılarını dünya elmi müstəvisində təqdim edib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Qafar Cəbiyev elmi fəaliyyətində olduğu kimi, pedaqoji işində də seçilib. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın müxtəlif bölgələrində tarixçi və arxeoloq kimi fəaliyyət göstərirlər. Bu, yubilyarın elmi məktəb formalaşdırmaq istiqamətindəki xidmətlərinin göstəricisidir.

Sonda AMEA rəhbəri Qafar Cəbiyevin Azərbaycan elminə verdiyi xidmətlərin gələcək nəsillər üçün etibarlı örnək olduğunu vurğulayıb və onu 75 illik yubileyi münasibətilə təbrik edib, ona AMEA-nın Fəxri fərmanını təqdim edib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov respublikada xüsusi hörmət qazanmış tanınmış alim, jurnalist, ictimai xadim Qafar Cəbiyevi 75 illik yubileyi münasibətilə təbrik edib və çıxışında bildirib ki, Qafar Cəbiyev həm məhsuldar tarixçi alim, həm də istedadlı qələm sahibi kimi Azərbaycan elminə və mətbuatına böyük töhfələr vermişdir. Onun xüsusilə arxeologiya sahəsindəki elmi araşdırmaların Azərbaycan elm tarixinin parlaq səhifələrini təşkil edir. RİH başçısı qeyd edib ki, Qafar Cəbiyevin mətbuat, elm və ictimai sahədəki uğurlu, məhsuldar fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Dövlət başçısının Sərəncamı ilə o, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, AMEA Arxeologiya və Antropolgiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, institutun şöbə müdiri professor Abbas Seyidov, professor Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli  çıxış edərək professor Qafar Cəbiyevin elmi fəaliyyəti haqqında, bir pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində önəmli rol oynamasını, xüsusilə, dəfələrlə Milli Televiziya və Radio Şurasının tərkibində olmasının, peşəkar və yaradıcı şəxs kimi respublikada fəaliyyət göstərən milli və özəl televiziya və radio efirlərində milli-mənəvi dəyərlərin, milli tariximizin, ədəbi dilimizin aşınlanmasına öz dəyərli tövsiyələrini və təkliflərini verməsi barədə danışıb, yubilyara öz təbriklərini çatdırıblar. Professor Qafar Cəbiyevə Fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Yubiley mərasimində çıxış edən professor Qafar Cəbiyev ona ünvanlanmış təbriklərə, xoş sözlərə görə minnətdarlığını bildirib və Azərbaycan tarixindən, keçdiyi həyat yolundan maraq kəsb edən qısa məlumat verib.

Sonda professor Qafar Cəbiyevin həyat və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri