Icma.az
close
up
RU
Professor: Özləri də bilir ki, Amaras monastırı “qədim erməni abidəsi deyil, amma saxtakarlıq genlərindədir...

Professor: Özləri də bilir ki, Amaras monastırı “qədim erməni abidəsi deyil, amma saxtakarlıq genlərindədir...

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Erməni mediası və digər “mədəni və tarixi abidələrin qorunması" fondu kimi fəaliyyət göstərərn "Geghard" Fondu iddia edir ki, Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırı Amaras “qədim erməni xalqı”na məxsus “erməni mədəni irsi”dir.

1813-28-ci llərdə havadarları Rusiya tərəfindən Qafqaza köçürülən hay tayfalları Amaras tikilən vaxt – IV əsrdə Azərbaycanda olmadıqlarını bildiyi halda həyasızlıqla belə bir iddia ortaya qoyurlar.
Erməni mediası yazır: Amaras orta əsr Ermənistanının ən əhəmiyyətli monastır komplekslərindən biridir. V əsr tarixçisi Pavstos Buzandın yazdığına görə, Amarasdakı Müqəddəs Qriqoris kilsəsi IV əsrin əvvəllərində İşıqlandırıcı Qriqor tərəfindən tikilmiş, erməni tarixçisi Movses Kalankatliiyə görə, o burda dəfn edilmişdi və onun nəvəsi Qriqoris tərəfindən tikinti tamamlanmışdır. V əsrin əvvəllərində Mesrop Maştots burada Artsaxın ilk məktəbinin əsasını qoydu. Amaras Artsax-Utik bölgəsinin ruhani və yepiskop mərkəzlərindən biri idi. Əsrlər boyu monastır bir neçə dəfə xarici işğalçılar tərəfindən dağıdılıb. 15-16-cı əsrlərdə burada çoxlu erməni əlyazmaları yazılmış və köçürülmüşdür. 2023-cü ilin sentyabrında Amaras Azərbaycan ordusu tərəfindən işğal edilib.
Artsax və Utik ermənilərinin mənəvi-mədəni mərkəzlərindən biri olan Amarasın Bun Ağvank ərazisindən kənarda olsa belə, necə “Ağvank” mədəni strukturu ola biləcəyini təsəvvür etmək mümkün deyil”.

Əslində isə məsələ heç də ermənilərin iddia etdiyi kimi deyil.
Milli-mədəni dəyərlər üzrə tədqiqatçı, Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov ermənilərin bu dəfəki iddiası ilə bağlı Adalet.az-ın suallarını cavablandırır:

- Hörmətli Professor, məlumdur ki, Amaras monastırının tikilmə tarixi ilə hayların Qafqaza köçürüldüyü tarix üst-üstə düşmür...

- Ermənilərin indiyə qədər normal bir iddiasına rast gəlmək mümkün deyil. Elə bu iddiası da digər iddiaları kimi gülünc və eyni zamanda qəzəbləndiricidir. Amaras hara, erməni hara? - deyirsən və həm adamı gülmək tutur, həm əsəb... Ermənistan və onun havadarlarının, Qarabağ sakinlərinin mürəkkəb inanclar kompleksini genetik elementlərə parçalamaq, onları kökündən qoparıb yaranan boşluqları ermənilərlə doldurub “erməni xalqı” adlı yeni millət “formalaşdırmaq” planı birinci Qarabağ müharibəsindən sonrakı 30 ildə, dünya güclərinin təsiri ilə qündəm oldu. Hətta 2020-ci il 44 günlük Qarabağ müharibəsindən sonra da Rusiya, Fransa Amerika kimi dövlətlər tərəfindən açıq şəkildə Qarabağ ermənilərinə hansısa status verilməsi barədə Azərbaycana davamlı təsilər göstərilməyə başlandı. Hazırda bunu hiss etməyən yoxdu. ABŞ , Fransa konqresmenlərinin, Aİ üzvlərinin Ermənistanın bütün saxtakarlıqlarını dəstəkləməsi də dediyimizə sübutdur.

- Faiq müəllim, ermənilərin müsəlman azərbaycanlılara qarşı kilsə , monastır, məbəd iddialarının dünya ictimaiyyəti tərəfindən qəbul edilməsində din amili əsas rol oynayırmı? Məsələn, ermənilər bir çox məqalələrində "müsəlmana kilsə tikmək nə lazım idi" fikirlərlə Azərbaycanı dərindən tanımayan başqa ölkələrin ictimaiyyətini çaşdırırmı?

- Dünyanın tarixdən xəbəri olan qismi bilir ki, Azərbaycan ərazisinə İslam dini VII əsrdə yayılıb . Ona qədər Azərbaycanda, Qarabağda xristianlıq olub və təbii ki, xristian məbədləri də olub. Qarabağın qədim tarixində xristianlığın da digər dinlər kimi formalaşması ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə müəyyən əsaslar yaradıb. Amma müəyyən fərqlər var. Qarabağın xristianlıq tarixində, xristianların dini etiqadlarının, dini simvollarının, ibadət qaydalarının, kilsə və monastrların memarlıq quruluşları erməni toplumunun dini etiqadlarına və memarlığına uyğun gəlmir.

İşğal dövrü, Qarabağdakı xristian dinini mənimsəmək üçün ermənilərə, kilsə və monastrların formalarını dəyişmək ya da uçurdub yerlərində yenilərini tikmək üçün külli miqdarda pul vəsiti ödənilirdi, layihələr həyata keçirirdilər. Ermənilərin işğal dövrü Qarabağda 104 məbəd, sovmə və bazilikanı əsassız olaraq, kilsə adlandırıb onların 59-nu tanrı anasının adına bağlamaları xristian dininə hörmətsizlikdən başqa bir şey deyildir. Ermənilər işğal dövrü dini ibadətgah olmayan bütün abidələr üzərində xaç şəkilləri çızır, erməni dilində ayinlər yazır və dövrü mətbuatda erməni kilsəsi və ya erməni monasr kimi təqdim edirlər.
Məhz bu səbəblərə görə , indi Qarabağdan uzaqda olsalar da Amaras və digər qədim alban abidə və məbədlərinə iddiaları var.

- Yəqin ki, “dəyişdirilmə” hoqqası Amaras üzərində daha geniş aparılıb ki, ermənilər belə inamla “bizim Amaras” deyirlər.

- Əslində ermənilər özünün olmadığı hər şeyə “bizim” deməkdən utanmayan bir toplumdur. “Bizimdir” deməyi, saxta haray-həşir salmağı, özününküləşdirməyi heç bir toplum erməni qədər mükəmməl şəkildə bacarmaz. Amaras monastırını isə 1992-ci ildə Qarabağı işğal etdikdən sonra elə dəyişiblər ki, divarlarına o qədər qondarma xaç, lövhə, yazı yazıb yapışdırıblar ki, sanki ermənilərin dədəsindən qalıb. 2000-ciildə media yazdı ki, abidə ermənilər tərəfindən vandalizmə uğradaraq memarlıq quruluşunda dəyişiklik edilib. Xatırlayırsınızsa, “təmir” üçün vəsait məsələsini  İranın tarixi kilsə mərkəzinin direktoru Şerli Avetyan həll etmişdi. İşğal illərində  qondarma rejimin nümayəndəsi ilə keçirilən görüşdə tərəflər bu haqda razılığa gəlmişdilər. Bu vəsaitlə Amaras monastrının tağlarında, içərisindəki komponentlərdə, xarici görünüşündə dəyişiklik aparıldı. İşğaldan azad edilən ərazilərdə saxta xaç daşları istehsal edən sexlərin tapılması da dediyimizə sübutdur.

 - Məhz buna görə, saxta iddialarında israrlıdırlar...

Ermənilər bu həqiqəti də bilir ki, 1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilib. Sonra, 1848-ci ildə Gəncəsər mitropoliti Ter-Baqdasarın göstərişi ilə Amaras monastırı Erməni Qriqoryan Kilsəsinə tabe edilib. Uzun sözün qısası, ermənilər nə qədər çalışsalar da Alban tarixinin bir hissəsi olan monastır və məbədləri “erməni kilsəsi” kimi sığortalaya bilməyəcəklər.

Söhbəti apardı: Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri