Icma.az
close
up
RU
Professor: Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir və Azərbaycanı itirmək üzrədir

Professor: Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir və Azərbaycanı itirmək üzrədir

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


“Kremlin nümayəndəsi Dmitri Peskov əvvəlcə Zəngəzur dəhlizi məsələsini Azərbaycan və Ermənistanın daxili işi adlandırdı, sonra Rusiyanın tərəflərə kömək edə biləcəyini dedi. Rusiya bir növ itirilmiş mövqeyini bərpa etmək istəyir. Rusiya Gürcüstanı çoxdan itirib, Ermənistanı itirir və Azərbaycanı da itirmək üzrədir. Bu səbəbdən də əvvəlki mövqelərini bərpa etmək üçün reveranslar edirlər. Amma bu gedişlər uğursuzdur”.

Bunu “Reytinq” qəzetinə Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.
C. Nuriyev Azərbaycan və Ermənistanı aldatmağın mümkün ola biləcəyinə inanmır.
“İndi Amerika Ermənistan ərazisində dəhlizə nəzarət etmək təklifini irəli sürüb. Düzdür, Ermənistan bu təklifi qəbul etməyib. Ancaq belə bir təklifin olması Rusiya üçün təhqirdir. Çünki 30 il Ermənistanı Azərbaycana qarşı silahlandıran məhz Rusiya idi. Digər tərəfdən, Ermənistan baş naziri Paşinyan Altaya uçub, regional formada Rusiya ilə əməkdaşlığa hazır olduğunu göstərir. Bu da Rusiya üçün ürəkaçan gediş deyil”,- professor qeyd edib.
C. Nuriyevin fikrincə, Kremlin mətbuat katibi Dmitri Peskovun fikirləri tərəfləri ovundura bilməz, çünki rəsmi və qeyri-rəsmi olaraq Rusiyaya inam yoxdur:
“İnamın itməsinin səbəbkarı Rusiyadır. Rusiya Azərbaycanın sərnişin təyyarəsini vurub və bu məsələ münasibətləri korlayıb. Nəticədə Azərbaycan vətəndaşları həlak olublar. Azərbaycan prezidenti bundan sonra ortaya haqlı və ədalətli mövqe qoyub. Zaman da göstərdi ki, prezident doğru mövqe seçib. Azərbaycan bunu bağışlamaz. Azərbaycan təyyarəyə görə kompensasiya istəyir və s. Bunlar hüquqi baxımdan haqlı tələblərdir”.
Professor sonda xatırladıb ki, iyulun 19-da Şuşada keçirilən III Media Forumu zamanı Azərbaycan prezidenti bir daha təyyarəyənin vurulması məsələsinə qayıdıb.
“Məncə, Rusiya saxtakarlıqdan əl çəkməli, təyyarəni vurduğunu etiraf etməli, kompensasiya verməlidir. Əks halda, münasibətlər daha da gərginləşəcək”,- C. Nuriyev əlavə edib.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri