Icma.az
close
up
RU
Professor: Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri Volqadan axan suyun həcminin azalmasıdır

Professor: Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri Volqadan axan suyun həcminin azalmasıdır

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizində suyun səviyyəsinin azalmasının əsas səbəblərindən biri də Volqa çayından dənizə tökülən suyun az olmasıdır.

Hurriyyet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında H. Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev deyib.

Ə.Əliyev son günlər mətbuatda Xəzərin əsas su mənbəsi olan Volqa çayının üzərində bəndlərin tikilməsinin dənizdə suyun səviyyəsinin azalmasına səbəb olduğu ilə bağlı xəbərlərə münasibət bildirib:

"Düşünürəm ki, bu çox da təsir etmir. Xəzərin səviyyəsi artıb azalan zamanlarda da tikililər orada olub".

O bildirib ki, son müşahidələrə görə, hazırda Xəzərdə suyun enmə dövrü yaşanır, son 20-25 ildə təxminən 30%-ə qədər suyun səviyyəsi azalıb.

Onun sözlərinə görə, 1837-ci ildən Xəzər dənizində müşahidələr aparılır. O qeyd edib ki, 1930-cı ilə qədər Xəzərdə suyun səviyyəsi az stabil olub. 1930-1978-ci ilə qədər isə 3,2 metr azalma müşahidə edilib, bundan sonra isə 1995-cı ilə qədər Xəzərdə suyun səviyyəsi 2,5 metrə qalxıb.

"1996-cı ildən bu günədək Xəzərin səviyyəsi 2,3 metr aşağıdır və bu, davam edir. Əsas səbəb isə Xəzərdə su balansının dəyişməsidir. Xəzər dənizi qapalı su hövzəsidir, əsasını Xəzərə tökülən çaylar təşkil edir. Lakin qlobal iqlim dəyişmələri səbəbindən Xəzərdə temperatur artıb və buxarlanma prosesi sürətlənib. Həmçinin dənizin hövzəsinə tökülən çaylarda suyun səviyyəsinin azalması buna təsir edir. Son 20-25 ildə təxminən 30%-ə qədər suyun səviyyəsi azalıb".

Coğrafiya İnstitutunun rəsmisi vurğulayıb ki, Xəzərin səviyyəsinin dəyişməsində müəyyən periodiklik var. Təxminən dənizdə suyun səviyyəsi 100-150 il enir, sonra artım dövrü başlayır:

"1805-1810-cu illərdə Xəzərdə suyun ən böyük səviyyəsi qeydə alınıb. 2040-2050-ci ilədək də dənizin səviyyəsinin 1-1,5 metr azalmasını görəcəyik. Son 4 min ildə bu periodik dövr 8 dəfə təkrarlanıb".

Professor əlavə edib ki, Xəzərdə suyun səviyyəsi artan dövrdə - 1995-ci ildə Azərbaycanda təxminən 50 min hektar ərazi su altında qalıb. 1 sm qalxanda isə 100 hektar ərazi su altında qala bilir. İndi isə əks proses gedir. Təxminən 40 min hektar ərazi su altından çıxıb. Bu proses əsasən cənub zonasında, Abşeron rayonunda baş verir:

"Son 3 ildə aparılan monitorinqlər göstərir ki, Xəzərin enmə səviyyəsinin sürəti azalıb. İldə 25-30 sm azalma müşahidə edilirdisə, indi 15-17 sm-dir. Xəzər əvvəkli səviyyəsinə yenə qayıdacaq. Sadəcə Xəzərin qayda-qanununa əməl etməklə adaptasiya tədbirləri görmək lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri