Icma.az
close
up
RU
Xəzərin taleyi Volqadan asılıdır: Su kəsilərsə, böyük fəlakət qaçılmazdır

Xəzərin taleyi Volqadan asılıdır: Su kəsilərsə, böyük fəlakət qaçılmazdır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dənizi xilas etmək üçün konkret fəaliyyət planı işlənməlidir



BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Türkmənistanda keçirilən Üçüncü Konfransında Xəzərin dayazlaşması qlobal problem olaraq müzakirəyə çıxarılıb. BMT-nin Baş katibi Antonio Quterreş dünya birliyini dənizə çıxışı olmayan ölkələri dəstəkləmək üçün səylərini artırmağa çağırıb. "Onlar həm inkişaf etməkdə olan ölkələr kimi, həm də dənizə çıxışı olmayan ölkələr kimi ikiqat əziyyət çəkirlər. Bu, onların ticarət imkanlarını məhdudlaşdırır, idxalı daha baha edir, ixracın rəqabət qabiliyyətini azaldır və beynəlxalq bazarlara çıxışı çətinləşdirir", - A.Quterreş bildirib. Konfrans çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirib. Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Çıxışında ekoloji çağırışlara da toxunan Şahin Mustafayev su səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb. Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir. İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb. Baş nazirin müavini qeyd edib ki, Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun ilk toplantısının Bakıda keçirilməsinə hazırlıqlar başlayıb. 

Qlobal böhrandan söhbət getdiyi bir vaxtda yumora nə dərəcədə yer vermək olar, müəmmalıdır. Amma müzakirələr Xəzərlə bağlıdırsa, satirik yumor, bizcə, artıqlıq etməz. Xəzərin dayazlaşması, dənizin çəkilməsi, dəniz suyunun səviyyəsinin azalması, dənizə axıdılan çirkab sularından danışıldıqda “Bəyin oğurlanması” filmində İsrafilin anasının məşhur sözləri yada düşür: “Gəlirlər, yazırlar, gedirlər...”  Xəzərlə bağlı da təxminən eyni mənzərədir. Hardasa yığışırlar, danışırlar, sonra da ayrılıb gedirlər. Xəzərsə dərdləri ilə baş-başa qalır. 

Xəzər xilas gününü gözləyir. Xilasa aparan yollar, üsullar hansıdır? Nə kimi tədbir görülməlidir? 


Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Xəzəri sağlamlaşdırmaq, dayazlaşmanın qarşısını almaq üçün konkret fəaliyyət planı işlənməlidir:

 
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri