Icma.az
close
up
RU
“Xəzərin səviyyəsinin enməsinə əsas səbəb Volqadan suyun həddindən artıq götürülməsidir”

“Xəzərin səviyyəsinin enməsinə əsas səbəb Volqadan suyun həddindən artıq götürülməsidir”

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son illərdə Xəzərdə suyun səviyyəsinin enməsi müşahidə olunur. Bu da əsasən, Volqa çayında baş verən proseslərlə bağlıdır. Ümumiyyətlə, Rusiya ərazisində Volqa çayından həddindən artıq su götürülür".

Bu fikirləri Redaktor.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov Xəzərdə suyun səviyyəsindən bəhs edərkən bildirdi.

Onun sözlərinə görə, Volqa çayında iqlim dəyişikliklərinin təsiri ilə son illər qlobal istiləşmə nəticəsində buxarlanma həddindən artıq çoxalıb:

"Rusiya Federasiyası bunu bu cür izah edir. Amma əslində, ehtiyac və tələbat artdığı üçün sənaye, məişət və kənd təsərrüfatında suya olan tələbat yüksəlib, buna görə də çaydan daha çox su götürülür. Xəzər dənizində suyun 80 faizdən çoxunu Volqa təmin etdiyinə görə, dənizə əvvəlki illərdə, onilliklərdə olduğu qədər su daxil olmur. Ümumilikdə, müəyyən temperatur artımına görə isti fəsillərdə buxarlanma da intensiv olur. Amma bu, elə bir səbəb deyil ki, səviyyə bu qədər aşağı düşsün".

Müsahibimizin sözlərinə görə, Xəzəryanı ölkələrin hamısı bu məsələyə ciddi diqqət yetirir.

"Eyni zamanda, qlobal miqyasda da bu məsələ daim gündəmdədir. Keçən il Azərbaycanda COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin görüşü keçiriləndə də Xəzərə aid yüksək səviyyəli müzakirələr aparıldı. Bu il isə COP30 Braziliyada keçiriləcək. Orada da göllər, çaylar və su ehtiyatları müzakirə olunarkən Xəzər dənizi məsələsinə də toxunulacaq. Həll yolu tapmaq üçün əvvəlcə problemin dəqiq səbəbi araşdırılmalı, müəyyən edilməlidir. Bundan sonra Xəzəryanı ölkələr bir araya gələrək, həm hökumət, həm də ölkələrarası əməkdaşlıq səviyyəsində bu problemin həlli üzərində işləməlidirlər. Ümid edirik ki, bu məsələ həllini tapar. Amma yaxın illərdə səviyyənin qalxması ehtimal olunmur. Hələlik yalnız səviyyənin enmə tendensiyası müşahidə olunur", - deyə Amin Məmmədov bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri